Kağız ev

La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir.[1] Baş rollarda Ursula Korbero, Pako TousAlba Flores çıxış edirlər.[2] 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır.[3][4] 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir. 8 hissədən ibarət 4-cü hissə 3 aprel 2020-ci ildə nəşr olundu. 3 sentyabr 2021-ci ildə Netflix-də serialın 5-ci və son hissəsinin ilk 5 seriyası yayımlandı. 3 dekabr 2021-ci il tarixində serialın 5-ci bölümünün son 5 bölümü yayımlandı və bununla da serial bitdi.

La casa de papel
isp. La casa de papel
Loqonun şəkli
Serialın posteri.
Serialın posteri.
Janr cinayət, dram, triller, soyğun
Yaradıcısı Aleks Pina
Rollarda Ursula Korbero
İtziar İtuno
Alvaro Morte
Pako Tous
Pedro Alonso
Alba Flores
Migel Herran
Xayme Lorente
Ester Asebo
Enrike Arse
Mariya Pedraza
Darko Periç
Kiti Manver
Bəstəkar Manel Santisteban
İvan Martinez Lakamara
Montajçı David Peleqrin
Luiz Migel
Qonzales Bedmar
Veronika Kallon
Raul Mora
Regino Ernandez
Rakel Marrako
Patrisia Rubio
İstehsalçı ölkə İspaniya İspaniya
Studiya Vancouver Media
Atresmedia
Dil ispan
Rəng rəngli
Mövsüm sayı 2 (5 qisim)
Seriya sayı 43
Seriya vaxtı

67–77 dəqiqə (Antena 3)

41–57 dəqiqə (Netflix)
Davametmə müddəti 2 may 2017 - 3 dekabr 2021
Telekanal Antena 3
IMDb ID6468322
antena3.com/series/casa-…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Professor (isp. El Profesor) ləqəbli sirli bir adam tarixdə ən böyük pul soyğununu həyata keçirməyi planlaşdırır. Bu böyük ambiasiyalı planı həyata keçirmək üçün itirməyə heç nəyi qalmayan, xüsusi qabiliyyətlərə malik 8 nəfəri soyğuna cəlb edir. Məqsəd İspaniya Kral Zərbxanasına basqın təşkil etmək və 2,4 milyard avro pul çap edib aparmaqdır. Bunun üçün onların 11 günə ehtiyacları var. Bu zaman müddətində komanda 67 girov və polislərlə də məşğul olmalıdır.

  • Ursula Korbero Tokio (Silene Oliveyra) rolunda.
  • İtziar İtuno Rakel Murilyo rolunda.
  • Alvaro Morte Professor (Serxio Markina) rolunda.
  • Pako Tous Moskva (Aqustin Ramos) rolunda.
  • Alba Flores Nayrobi (Aqata Ximenez) rolunda.
  • Migel Erran Rio (Anibal Kortes) rolunda.
  • Pedro Alonso Berlin (Andres de Fonollosa) rolunda.
  • Kiti Manver Rakelin anası rolunda.
  • Enrike Arse Arturo Roman rolunda.
  • Mariya Pedraza Alison Parker rolunda.
  • Anna Qras Mersedes rolunda.
  • Fernando Soto Anhel rolunda.
  • Darko Periç Helsinki rolunda.
  • Xuan Fernandes Koronel Prieto rolunda.
  • Xayme Lorente Denver (Daniel Ramos) rolunda.
  • Fran Morsilyo Pablo rolunda.
  • Ester Asebo Monika Qaztambide rolunda.
  • Klara Alvarado Ariadna rolunda.
Başlıq Rejissor Yayım tarixi İzləyici (milyon)
1 "Planlaşdırılmış kimi et" Xesus Kolmenar2 may 2017 (2017-05-02)4.090 (25.1%)[5]
2 "Ölümsaçan diqqətsizliklər" Migel Anhel Vivas9 may 2017 (2017-05-09)3.041 (18.4%)
3 "Od almama" Aleks Rodriqo16 may 2017 (2017-05-16)2.646 (15.7%)
4 "Troya atı" Alexandro Bazzano23 may 2017 (2017-05-23)2.655 (15.7%)
5 "Marmot günü" Xesus Kolmenar30 may 2017 (2017-05-30)2.366 (14.7%)
6 "İsti Soyuq müharibə" Migel Anhel Vivas6 iyun 2017 (2017-06-06)2.474 (15.5%)
7 "Sərin qərarsızlıq" Aleks Rodriqo13 iyun 2017 (2017-06-13)2.420 (15.5%)
8 "Bunu xahiş etmişdin" Alexandro Bazzano20 iyun 2017 (2017-06-20)2.104 (13.7%)
9 "Cürətkar qalib gəlir" Xesus Kolmenar27 iyun 2017 (2017-06-27)2.200 (14.7%)
10 "Qısa müddətliyinə maskalanmış" Aleks Rodriqo16 oktyabr 2017 (2017-10-16)1.995 (12.9%)
11 "Planın sahibi" Alexandro Bazzano23 oktyabr 2017 (2017-10-23)1.737 (10.7%)
12 "Məhsuldarlıq vasitəsi" Xavier Kintas2 noyabr 2017 (2017-11-02)1.571 (10.4%)
13 "Biz nə etmişik?" Xesus Kolmenar & Aleks Rodriqo9 noyabr 2017 (2017-11-09)1.539 (10.4%)
14 "Saata qarşı" Alexandro Bazzano16 noyabr 2017 (2017-11-16)1.487 (9.8%)
15 "Sağ ol, gözəlim" Xesus Kolmenar & Aleks Rodriqo23 noyabr 2017 (2017-11-23)1.798 (12.1%)

Netflix serialın yayım hüquqlarını almış və 25 dekabr 2017-ci ildə birinci hissəsini bütün dünyada yayımlamışdır.[3] Ancaq Netflix Spain vasitəsilə hər iki hissə buraxılmışdır.[1] Birinci hissə 70 dəqiqəlik 9 seriyadan ibarət olsa da, Netflix seriyaların vaxtlarını kəsmiş və 13 seriya şəklində buraxmışdır. Hər seriyanın davametmə müddəti 40-50 dəqiqədir.[4]

DVD buraxılışı

[redaktə | mənbəni redaktə et]

Serialın bütün seriyalarını 8 yanvar 2018-ci ildən etibarən İspanca Amazon saytında öncədən sifariş etmək mümkündür.[6]

Cənubi Koreya uyğunlaşması

[redaktə | mənbəni redaktə et]

2020-ci ilin noyabr ayında Netflix şounun Cənubi Koreyaya uyğunlaşdırılmasını yaradacağını elan etdi. Money Heist: Korea - Joint Economic Area adlı 12 hissədən ibarət istehsal BH Entertainment və Contents Zium arasında əməkdaşlıq olacaq və rejissor Kim Honq-sun olacaq.[7][8][9][10] Uyğunlaşmanın istehsalı Cənubi Koreyada COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.[11]

Spin-off seriyası

[redaktə | mənbəni redaktə et]

2021-ci ilin noyabrında Netflix 2023-cü ildə buraxılması planlaşdırılan Berlin adlı spin-off seriyası yaradacağını elan etdi.[12][13]

  1. 1 2 "Netflix saved one of the best original series of 2017 for end of year: La Casa de Papel • r/television". reddit. 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  2. Rosado, Juan Carlos. "Antena 3 convierte un robo en una serie en 'La casa de papel'" [Antena 3 turns a robbery into a series in 'La casa de papel']. El Periódico de Catalunya (Spanish). 1 May 2017. 9 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  3. 1 2 "Netflix". 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  4. 1 2 "la casa de papel: netflix only showing 13 out of 15 episodes • r/netflix". reddit. 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  5. "'La Casa de Papel' (magnífico 25,1%) se construye sobre sólidos cimientos y 'Supervivientes' (18,4%) resiste" (Spanish). 3 May 2017. 4 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  6. "La casa de papel - Serie Completa" (Spanish). Amazon (Spain). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  7. "Confirmado el elenco de la nueva Casa de Papel con Álex Pina como su productor". VADER (ispan). 2021-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
  8. "La casa de papel: ellos serían los actores de la versión surcoreana". Vogue Mexico (ispan). 2020-12-13. 2021-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.
  9. "Netflix prepara la versión coreana de La casa de papel". La Vanguardia (ispan) (2020-12-01 tarixində nəşr olunub). 2020-12-03. 2021-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.
  10. "Netflix to Launch Korean Version of 'Money Heist' Hit Spanish Series" (ingilis). 2020-12-01. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.
  11. "'Money Heist' Korean remake: cast, plot details, release date and everything we know so far". Nme.com. 2021-12-01. 2021-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-29.
  12. Lang, Jamie. "Bella Ciao! 'Money Heist' Fan Favorite 'Berlin' Is Getting His Own Spinoff Series at Netflix". Variety. 2021-11-30. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-30.
  13. Owens, Kelvin. "'Money Heist' Spinoff Series 'Berlin' Coming to Netflix in 2023". Collider. 2021-12-01. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]