Kağız kağızağacı (lat. Broussonetia papyrifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü.
Kağız kağızağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Kağız kağızağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Çin və Yaponiyadır
Hündürlüyü 12 m-ə çatan, sıx çətirli ağac və ya koldur. İkievli bitkidir. Gövdəsinin qabığı qırmızımtıl-boz rəngdədir. Budaqları yoğun və nisbətən qısadır. Yarpağın uzunluğu 3–5 sm, eni 1–3 sm-ə çatıb, növbəli və ya spiral şəklində düzülmüş, tamkənarlı və ya üç dilimlidir. Yarpağın əsas hissəsi ürəkvari, dərin oyuğa malikdir. Yarpağın üst tərəfi, cod, tünd yaşıl, alt tərəfi isə hamar, gümüşü-boz rəngdə, yumşaq və sıx məxmərə oxşar tükcüklərlə örtülmüşdür. Yarpaq saplağı 2–5 sm uzunluqda olur. Çiçəkləri ikicinslidir. Çiçək yatağı şar şəklindədir. Erkək çiçəkləri sırğalara toplanmış 4 hissəli çiçəkyanlığından ibarətdir. 4 erkəkciyi vardır. Tozcuqlar narıncı-qırmızı rəngdədir. Dişicikləri şarşəkilli başcığa toplanmış, silindrşəkilli bütöv və ya 4 dilimlidir. Çiçək qrupunun en kəsiyi 2 sm, meyvəyanlığı isə 2–3 sm uzunluqdadır. May ayında çiçəkləyir. Meyvəsi şarşəkilli, qırmızı-çəhrayı rəngdə, şirin, şirəli olub, sentyabr ayında yetişir.
Torpağa çox tələbkar deyil, qumsal, yüngül gilli, şoran torpaqlarda yaxşı inkişaf edir.
Abşeron, Göyçay, Kürdəmir, Gəncə rayonlarında və Kür-Araz ovalığında, bağ və parklarda yaşıllaşdırmada istifadə edilir.
Meyvə və yarpaqları dekorativ görünüşlüdür, tək-tək və qrup əkinlərində, çay kənarlarında torpaqların bərkidilməsində istifadə edilir. Cavan budaqların oduncaq liflərindən, borularından parça, ayaqqabı və müxtəlif növ kağızlar hazırlanır.