Kağız pullar

Müxtəlif ölkələrin 5000-lik əsginasları.
1931-ci ildə buraxılmış olan 1 türk lirəsi olan əsginasın arxa tərəfi
Yuan sülaləsinin banknotu

Əsginas[1] — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metalplastik materialdan hazırlanan pul vahidi;

Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir.

Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər.

Əsginaslarla banknotların fərqi

[redaktə | mənbəni redaktə et]

Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir.

  • Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər.
  • Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir.
Azərbaycan Respublikası 100 manatlıq əskinasının üz tərəfiAzərbaycan Respublikası 100 manatlıq əskinasının arxa tərəfi
  1. "Kağız pul: əskinas, əsginas, ya əsginaz?". 2014-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.