Kağız tozağacı

Kağız tozağacı (lat. Betula papyrifera) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.

Kağız tozağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Kağız tozağacı Saskaçevan (Kanada) əyalətinin və Nyu-Hempşir (ABŞ) ştatının simvolik ağacıdır. Təbiətdə növün arealı Şimali Amerikanın şimal hissəsini əhatə edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20-35 sm, gövdəsinin diametri 1 m-dək, enli-silindrik çətirli və nazik, horizontal pulcuqlarla örtülmüşdür. Cavan budaqları tükcüklü, seyrək qatranlə vəzicikli, yaşılımtıl və ya açıq-qonur, sonradan budaqları parlaq tünd-qonur, çılpaq olur. Tumurcuqları xırda, ensiz-yumurtavari, ucu biz, hamardır. Pulcuqların kənarı yapışqanlı, yaşıl, qonurdur. Yarpaqları növbəli düzülüşlü, oval və ya yumurtavari olub, uzunluğu 5-12 sm, eni 4-9 sm, ucu biz, kənarları ikidişlidir. Bünövrəsi yumru, cavanlıqda tükcüklərlə örtülüb, çılpaq, tutqun tünd-yaşıldır, uzunluğu 1,5-3 sm olan tükcüklü saplaqlarda yerləşir. Dişicik sırğaların uzunluğu 2-8 sm, diametri təxminən 1 sm-dir. Yetişmiş meyvələri çoxsaylı, xırda, qanadlı toxumlardan ibarətdir. Meyvələri yayın axırlarında yetişir.

Mərkəzi Nabatat bağında introduksiya edilmişdir. Respublikanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Quru, nəmişli yerlərdə yaxşı bitir.

Qabığının rəngi ilə fərqlənən, kiçik park və bağlarda becərmək üçün yarayan tozağacının dekorativ sortları vardır.