Kaşivazaki türk mədəniyyət kəndi

Kaşivazaki türk mədəniyyət kəndi (柏崎トルコ文化村, Kaşivazaki Toruko Bunka Mura?, türk. Kashiwazaki Türk Kültür Köyü)Yaponiyanın Niiqata prefekturasının Kaşivazaki şəhərində yerləşmiş və türk mədəniyyətinə həsr olunmuş əyləncə parkı. 2004-cü ildə bağlanmışdır.

Kaşizavaki türk mədəniyyət kəndi
Kaşivazaki Toruko Bunka Mura (柏崎トルコ文化村?)
Məlumatlar
Parkın tipi əyləncə parkı
Ölkə
Yerləşməsi Kaşivazaki,  Niiqata prefekturası, Yaponiya Yaponiya
Sahəsi 49.000 m2
Yaradılıb 1996
Statusu bağlanıb
Xəritədə yeri
Xəritə

Kaşivazaki türk mədəniyyət kəndi 1996-cı ildə Türkiyə–Yaponiya münasibətlərini inkişaf etdirmək məqsədilə yaradılmışdır.[1] Parkın ilkin tikintisi üçün Niiqata Mərkəzi Bankı 60 milyon ABŞ dolları ayırmışdır.[2] Park üçün Kaşivazaki şəhərinin seçilməsinin səbəbi coğrafiyasının İstanbulu xatırlatması olub.[1] 2004-cü ildə Niiqata prefekturasında baş verən zəlzələ nəticəsində parka ziyan dəymiş və Yaponiyadakı iqtisadi böhranın da təsiri ilə bağlanmasına qərar verilmişdir.[1]

Park bağlandıqdan sonra ərazisi 2006-cı ildə özəl şirkətə satılmışdır.[1] Əraziyi satın alan Tobita adlı yerli biznesmen burada toy salonu inşa etdirmişdir.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Parkın ərazisində Troya atınınNuhun gəmisinin replikaları, məscidlər, amfiteatrlar yerləşirdi.[2] İstanbulda yerləşən Sadberk Xanım Muzeyindən gətirilmiş eksponatlar əsasında parkda sərgilər təşkil olunurdu.

Atatürk heykəli

[redaktə | mənbəni redaktə et]

Parkın əsas xüsusiyyətlərindən biri ev sahibliyi etdiyi Atatürk heykəli olmuşdur.[1] Parkın yaradılması münasibətilə Türkiyənin Yaponiyadakı səfirliyi heykəltaraş Metin Yurdanur tərəfindən hazırlanan bir Atatürk heykəlini parka bağışlamışdır.[1] Bu heykəl parkın simvoluna çevrilmişdir.[1] Atatürkün at belində olduğu bu heykəl 4,2 metr hündürlüyündə, 3,8 metr enində və 4,2 ton ağırlığında olub bürüncdən hazırlanmışdır.[3]

Parkın bağlanmasından sonra heykəlin yeni sahibi Tobita olmuşdur.[1] O, Atatürkün Türkiyənin qurucularından biri olduğunu öyrəndikdən sonra heykəli öz şirkətində saxlamağa başlamışdır.[1] 2009-cu ildə Yaponiya Fondunun prezidenti Sasakava Yoheyin müdaxiləsindən sonra heykəl Tokioya aparılaraq təmir edilmiş və daha sonra Ərtuğrul faciəsinə həsr olunmuş abidənin yerləşdiyi Kuşimotoya aparılmışdır.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "Japonya'daki Atatürk heykelinin yolculuğu". Sabah (türkcə). 20 iyun 2010. 8 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2022.
  2. 1 2 "The Japanese Theme Park Bubble". Park Database (ingiliscə). 8 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2022.
  3. "Atatürk'e Japonlar sahip çıktı". Türkiyede Turizm (türkcə). 12 may 2010. 8 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]