Türkiyə–Yaponiya münasibətləri

Türkiyə–Yaponiya münasibətləri (yap. 日本とトルコの関係; türk. Japonya-Türkiye ilişkileri) — Türkiyə ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr.

Türkiyə–Yaponiya münasibətləri
Türkiyə və Yaponiya
 Türkiyə  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türkiyənin Yaponiya ilə münasibətləri Osmanlı dövrünə qədər uzanır. 1890-cı ildə Yaponiyada baş vermiş Ərtuğrul faciəsi iki ölkə arasındakı münasibətlərin inkişafında vacib məqam olmuşdur. Türkiyə Respublikası müstəqillik əldə etdikdən sonra 1924-cü ildə ölkələr arasında diplomatik əlaqələr qurulmuş və səfirliklər açılmışdır. İkinci dünya müharibəsi zamanı 1945-ci ildə Türkiyə Yaponiyaya qarşı formal müharibə elan etsə də, 1952-ci ildə imzalanmış San-Fransisko müqaviləsindən sonra ölkələr arasında münasibət əvvəlki halına qayıtmışdır.

Osmanlı dövrü

[redaktə | mənbəni redaktə et]

Osmanlı ilə Yaponiya arasında beynəlxalq münasibətlər XIX əsrdə başlamışdır.[1] 1873-cü ildə Yaponiyadan xariciölkələrə göndərilmiş İvakura missiyasının iki iştirakçısı Qeniçiro Fukuçi və Mokuray Şimaci 11–23 aprel 1873-cü ildə İstanbulda olmuşdular.[2] Onlar müasir Türkiyə ərazisinə gəlmiş ilk yaponlar hesab olunurlar.[2]

1875-ci ilin iyulunda Yaponiya Osmanlı ilə diplomatik əlaqələr qurmaq qərarına gəlmişdir.[2] Yaponiyanın xarici işlər naziri Teracima Munenori nazir Sanco Sanetomiyə verdiyi təklif əsasında Londonda görüşlər başlamışdır.[2] Yaponiyanın Londondakı nümayəndəliyinin katibi Hiroşi NakayVatanabe Hiromoto 1876-cı ilin fevralında İstanbula gələrək Raşid Paşa daxil olmaqla bir çox Osmanlı məmuru ilə görüşmüşdür.[2][3] Görüşlər zamanı Osmanlı tərəfi Yaponiya ilə diplomatik əlaqələr qurmaq istədiyini bildirmiş və Nakay bu təklifi hökumətə çatdırmışdır.[2] Onlar hədiyyə kimi verilən Osmanlı hüquq kitablarını qəbul etmişdirlər.[3] Nakay Yaponiyaya qayıtdıqdan 1 il sonra İstanbul barədə olan xatirələrini nəşr etdirmişdir.[2] 1878-ci ilin noyabrında Yaponiya donanmasına məxsus hərbi təlim gəmilərindən ibarət eskadra İstanbulda olmuş və II Əbdülhəmid tərəfindən qəbul edilmişdir.[4] Nakaydan sonra gələn digər yapon ziyarətçilər 12 mart 1881-ci ildə II Əbdülhəmid tərəfindən Yıldız sarayında qəbul edilən Yaponiya DİN-in məmuru Yoşida Masaharu ilə Furukava Nobuyoşi olmuşdurlar.[2][3] Bu qəbulda iki tərəf də diplomatik əlaqələrin qurulması və Yaponiya-Osmanlı Dostluq Müqaviləsinin imzalanması[4] üçün görüşlərin davam etdirilməsi barədə qərar qəbul etmişdir.[2] 1887-ci ilin oktyabrında isə Yaponiya şahzadəsi Komatsu İstanbulu ziyarət etmişdir.[2]

Yaponiyaya məxsus Kongo gəmisi 1891-ci ildə İstanbulda. Rəsm müəllifi Luici Akvaronedir.

İki dövlət arasında əlaqələrin inkişafında Ərtuğrul faciəsi vacib rol oynamışdır. Uzaq Şərqlə əlaqələri inkişaf etdirmək istəyən II Əbdülhəmid 1889-cu ildə Yaponiyaya "Ərtuğrul" gəmisini yollamışdır.[5] 14 iyul 1889-cu ildə İstanbuldan Yokohamaya yola düşən gəmi geri qayıdarkən 16 sentyabr 1890-cı ildə Kaşinozaki mayakı yaxınlığında qayalara çırpılaraq batmışdır.[5] Qəzada ölənlərin dənizdən çıxarılması, basdırılması, abidə tikilməsi, yaralılara kömək edilməsi, xilas edilən əşyaların və insanların İstanbula göndərilməsi kimi hadisələr iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir.[5] Yaponiyaya məxsus HieiKongo döyüş gəmiləri qəzada yaralanları 1891-ci ildə İstanbula gətirmiş və Yaponiyaya qayıtmışdır.[6] Gəmi ilə gələn və Yaponiyada yığılmış maddi yardımı gətirən iki yapon — Şotaro Noda və Yamada Toraciro İstanbulda qalmışdır.[7] II Əbdülhəmidin xahişi ilə hərbi məktəbdə yapon dili dərsi verən Noda xəstələndiyi üçün Yaponiyaya qayıtmış və 1892-ci ildə ölmüşdür.[7] Toraciro isə Birinci dünya müharibəsinə qədər İstabulda yaşamış, 1910-cu ildə Türkiyə haqqında yaponca kitab yazmışdır.[7] Yaponiyaya qayıtdıqdan sonra Osaka Ticarət Gildiyasının fəal üzvü olmuş və Türkiyə–Yaponiya ticarət əlaqələrinin inkişafı üçün səylər göstərmişdir.[8]

1893-cü ilin mayında Yaponiyanın Almaniyadakı səfiri Şuzo Aoki II Əbdülhəmid tərəfindən qəbul edilərək Yaponiya–Osmanlı Dostluq Müqaviləsinin imzalanması üçün müzakirələr aparmışdır.[9] Həmin ilin 21 dekabrında Yaponiya hökuməti müqavilənin qaralama halını hazırlamışdır.[9] Lakin həmin dövrdə iki ölkənin qatıldığı müharibələr də diplomatik görüşlərin baş tutmasına mane olurdu.[8]

Balkan müharibələrində Osmanlı ordusunun tərəfindən iştirak edən xarici müşahidəçilər arasında Avropa ölkələrinin xaricində təmsil edilən yeganə Asiya ölkəsi Yaponiya idi.[10] Yaponiyanın Osmanlıdakı hərbi ataşesi 1907-ci ilin fevralında[9] bu vəzifəyə təyin olunan Moriaka Morişiqe olmuşdur.[10] Moriaka Osmanlıdakı həyatı barədə xatirələrini "Yosei Zuihitsu" adlı əsərdə paylaşmışdır.[10] 1911-ci ildə onun vəzifəsini Muraoka Çotaro tutmuş və Balkan müharibələri zamanı Osmanlı ordusuna hərbi müşahidəçi kimi qatılmışdır.[10]

1910–14-cü illərdə İstanbulda Əbdürrəşid İbrahim tərəfindən "Alem-i İslam ve Japonyaʼda İntişar-ı İslamiyet" adı altında Yaponiya haqqında səyahət kitabı yayımlamışdır.[11] Əbdürrəşid İbrahim Birinci dünya müharibəsindən öncə İstanbuldan Yaponiyaya köçmüş və 1944-cü ildə Tokiodakı ölümünə qədər orada yaşamışdır.[11]

Türkiyə dövrü

[redaktə | mənbəni redaktə et]
Şahzadə AkikoÖmer Çelikin 2014-cü ildəki görüşü.

1923-cü ildə imzalanmış Lozanna müqaviləsi nəticəsində Yaponiya yeni yaranmış Türkiyə Respublikasını 6 avqust 1924-cü[12] ildə tanımış, qarşılıqlı səfirliklər açılmış və diplomatik nümayəndələr göndərilmişdir.[13] Yaponiyanın Türkiyə səfirliyi 23 mart 1925-ci ildə İstanbulda açılmışdır, həmin ilin 17 oktyabrında Yaponiyanın Türkiyədəki ilk səfiri Yukiçi Obata vəzifəsini yerinə yetirməyə başlamışdır.[12] 7 iyul 1925-ci ildə isə Türkiyənin Yaponiyadakı səfirliyi açılmışdır.[12] 1928-ci ilin oktyabrında Tokioda Yaponiya-Türkiyə Dərnəyi qurulmuş və dərnək 1929-cu ilin fevralında Ərtuğrul abidəsi tikdirmişdir.[12] İkinci dünya müharibəsinə qədər iki ölkə arasındakı münasibətlər mülayim qalmışdır.[13] 11 oktyabr 1930-cu ildə Ankarada ölkələr arasında Ticarət və Dənizçilik müqaviləsi imzalanmışdır.[13][12][14] 1931-ci ilin oktyabrında Yaponiya şahzadəsi Takamatsu Türkiyəyi ziyarət etmişdir.[12] 27 oktyabr 1937-ci ildə Yaponiyanın Türkiyə səfirliyi İstanbuldan Ankaraya köçürülmüşdür.[15]

İkinci dünya müharibəsində Türkiyə neytrallığını qorumağa çalışsa da, 6 yanvar 1945-ci ildə ABŞ-nin Türkiyədəki səfiri Lourens Şteynhartın Türkiyənin xarici işlər naziri Hasan Sakaya təkidindən və müttəfiqlərin təzyiqindən sonra Yaponiya ilə diplomatik əlaqələrini kəsərək 23 fevralda Yaponiyaya qarşı formal müharibə elan etmişdir.[13][15][16] Bu hadisə, xüsusilə, Çin tərəfindən müsbət qarşılanmışdır.[16] Diplomatik statusa malik 15 yapon İstanbulun Ayazpaşa bölgəsindəki konsulluq binasında həbs olunmuşdur.[17] Buna baxmayaraq, həbs olunmuş yaponlara bəzən Yıldız parkında gəzməyə icazə verilirdi. Buna qarşılıq olaraq, Yaponiya hökuməti də Türkiyəyə müharibə elan edəcəyini bildirmişdir.[18] Türkiyənin bu addımlarından sonra bəzi Türkiyə qəzetləri yaponlar haqqında irqçi məqalələr yayımlamışdır.[18] Məsələn, "Cumhuriyet" qəzetində yaponların beyin və göz quruluşlarına görə heç vaxt amerikalılar kimi usta pilot olmayacaqları qeyd olunmuşdu.[14]

1952-ci ildə imzalanan San-Fransisko müqaviləsindən sonra ölkələr arasında münasibətlər yenidən normallaşmışdır.[13] 1952-ci ilin iyununda Türkiyənin Yaponiyadakı səfirliyi yenidən açılmış və müharibədən sonra ilk səfiri İzzet Aksular olmuşdur.[15] 1953-cü ilin mayında isə Şiniçi Kamimura Yaponiyanın Türkiyədəki səfiri vəzifəsini yerinə yetirməyə başlamışdır. Koreya müharibəsi zamanı isə BMT güclərinin tərkibində vuruşan Türkiyə qüvvələrinin bir çox əsgəri Yaponiyada da olmuşdur.[13] 1957-ci ildə iki ölkə arasında viza məhdudiyyəti ləğv olunmuşdur.[15] 1958-ci ilin aprelində Türkiyə baş naziri Adnan Menderes Yaponiyaya rəsmi səfər etmişdir.[17]

1984-cü ildən sonra iki ölkə arasında qarşılıqlı iqtisadi fəaliyyətlərlə çox güclü və sürətli artım yaşanmışdır.[13] Bu dövrdə çoxsaylı iqtisadi heyət qarşılıqlı ziyarətlər həyata keçirulmiş və aviasiua müqaviləsi, kapitalların təşviqi müqaviləsi kimi yeniliklərə imza atılmışdır.[13] 1985–88-ci illərdə tikilən Fateh Sultan Mehmet körpüsü Yaponiya şirkətlərinin əməkdaşlığı ilə istifadəyə verilmişdir.[13] 19 mart 1985-ci ildə İran-İraq müharibəsi zamanı Tehranda qalan yaponların xilas edilməsində Türkiyə hökuməti aktiv iştirak etmişdir.[15] 1989-cu ildə İmperator Hirohitonun dəfn mərasimində, həmçinin 1990-cı ilin noyabrında Akihitonun taxta çıxma mərasimində Türkiyə prezidenti Turqut Özal da iştirak etmişdir.[19]

2003-cü il Yaponiyada Türkiyə ili elan olunmuşdur.[13] İl çərçivəsində sərgilər, rəqs performansları, konsertlər, filmlər və teatr tamaşaları daxil olmaqla 150-dən çox rəsmi tədbir baş tutmuşdur.[13] 2004-cü ilin iyulunda Yaponiya hökuməti Türkiyədə Kaman-Kalehöyük Anadolu Arxeoloji İnstitutunu açmış və açılış mərasimində Şahzadə Tomohito da iştirak etmişdir.[20]

Diplomatik missiyalar

[redaktə | mənbəni redaktə et]

1986-cı ildən Türkiyənin Kırşəhər vilayətində davam edən Kaman-Kalehöyük arxeoloji qazıntı işləri Şahzadə Takahito Mikasanın tövsiyəsi ilə başlamışdır.[23] Bu qazıntı işlərini aparan Yaponiya Anadolu Arxeoloji İnstitutunun fəaliyyətləri daha sonra oğlu Şahzadə Tomohito, ondan sonra da nəvəsi Şahzadə Akiko tərəfindən dəstəklənmişdir.[23] Şahzadə Akiko Türkiyə-Yaponiya Dərnəyinin sədri vəzifəsini yerinə yetirir.[23]

1993-cü ildə Ankara şəhərində Türk Yapon Fondu Mədəniyyət Mərkəzi qurulmuşdur.[23]

Ərtuğrul faciəsindən bəhs edən, Yaponiya-Türkiyə istehsalı "Ərtuğrul 1890" filmi 2015-ci ildə buraxılmış və hər iki ölkədə 1 milyondan çox insan tərəfindən izlənmişdi.[23]

2003-cü ildə Şimonoseki şəhərinin dəstəyi ilə İstanbulda yapon bağçası açılmış və 2015-ci ildə yenilənmişdir.[23] Bundan əlavə, Türkiyənin Bursa, Konya, Kayseri, Əskişəhər kimi şəhərlərində də yapon bağçaları salınmışdır.[23]

Cuniçi İnamoto, Hacime Hosoqay, Şinci Kaqava, Yuto Naqatomo, Takayuki Seto kimi Yaponiya futbolçuları Türkiyə çempionatında çıxış etmişdir.[24][25][26][27][28] Alpay Özalan, Eren Albayrak, Fuat Usta, İlhan Mansız, Ömer Tokaç kimi Türkiyə futbolçuları isə Yaponiya çempionatında oynamışdılar.[29][30][31][32]

  1. Şahin, 2004. səh. 93
  2. 1 2 3 4 5 6 7 8 9 10 Abe, 2004. səh. 9
  3. 1 2 3 Misawa, 2009. səh. 36
  4. 1 2 Abe, 2004. səh. 32
  5. 1 2 3 Şahin, 2004. səh. 94
  6. Şahin, 2004. səh. 95
  7. 1 2 3 Abe, 2004. səh. 10
  8. 1 2 Abe, 2004. səh. 11
  9. 1 2 3 Abe, 2004. səh. 33
  10. 1 2 3 4 Altın, 2016. səh. 106
  11. 1 2 Misawa, 2009. səh. 38
  12. 1 2 3 4 5 6 Abe, 2004. səh. 34
  13. 1 2 3 4 5 6 7 8 9 10 11 Abe, 2004. səh. 12
  14. 1 2 Aybay, 2002. səh. 294
  15. 1 2 3 4 5 Abe, 2004. səh. 35
  16. 1 2 Aybay, 2002. səh. 295
  17. 1 2 Aybay, 2002. səh. 298
  18. 1 2 Aybay, 2002. səh. 297
  19. Abe, 2004. səh. 36
  20. Abe, 2004. səh. 37
  21. 1 2 Abe, 2004. səh. 38
  22. "Büyükelçilik Tarihi ve Önceki Büyükelçilerimiz". Türkiyənin Tokio səfirliyi. Archived from the original on 2022-08-10. İstifadə tarixi: 10 iyul 2021.
  23. 1 2 3 4 5 6 7 Türkiye ile Japonya Arasında İlişkiler (PDF) (türkcə). Yaponiyanın Türkiyə səfirliyi. 8. 2022-06-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 iyul 2021.
  24. "İnamoto Galatasaray'da". BeinSports (türkçe). 31 avqust 2006. Archived from the original on 2021-07-17. İstifadə tarixi: 11 iyul 2021.
  25. "Yuto Nagatomo Galatasaray'a gözyaşlarıyla veda etti". Fotomaç (türkçe). 2 iyul 2020. Archived from the original on 2021-11-06. İstifadə tarixi: 11 iyul 2021.
  26. "Hajime Hosogai Bursaspor'da!". Habertürk (türkcə). 2015-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2021.
  27. "Shinji Kagawa'nın sözleşmesi feshedildi! Real Zaragoza..." Fotomaç (türkcə). 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2021.
  28. "Takayuki Seto Osmanlı'da". Fanatik (türkcə). Archived from the original on 2021-07-14. İstifadə tarixi: 11 iyul 2021.
  29. "Japonya'da Alpay'lı Urawa şampiyon". NTV Spor (türkcə). Archived from the original on 2021-07-13. İstifadə tarixi: 11 iyul 2021.
  30. "Eren Albayrak'ın Japonya macerası sona erdi". TRT Spor (türkcə). 19 avqust 2019. Archived from the original on 2021-07-15. İstifadə tarixi: 11 iyul 2021.
  31. "Hiddink Türk antrenörü tavsiye etti". Fotomaç (türkcə). 4 dekabr 2012. Archived from the original on 2021-07-16. İstifadə tarixi: 11 iyul 2021.
  32. "Zonguldaklı futbolcu Japonya'ya transfer oldu!". Pusula Gazetesi (türkcə). 1 iyul 2019. Archived from the original on 2021-07-15. İstifadə tarixi: 12 iyul 2021.