Kaşxatau

Kaşxatau (qaraç.-balk. Къашхатау) - Rusiyanın subyekti olan Kabarda-Balkariya Respublikasında yerləşən şəhər tipli qəsəbə. Çerek rayonunun inzibati mərkəzidir.

Kaşxatau
Къашхатау
43°18′57″ şm. e. 43°36′02″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 39 km²
Əhalisi
Əhalisi
  • 6.417 nəf. (2023)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 361800
Xəritəni göstər/gizlə
Kaşxatau xəritədə
Kaşxatau
Kaşxatau
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd Çerek rayonunun mərkəzi hissəsində, Çerek çayının sol sahilində, Nalçik şəhərindən 35 km cənubda yerləşir. Respublika əhəmiyyətli Urban-Uştulu yolu kəndi Nalçik ilə birləşdirən yerdən keçir.

Qəsəbənin sahəsi 39 km²-dir.

Bu yaşayış yerləri ilə həmsərhəddir: cənubda Babuqent, şimal-qərbdə Qerpeqej, şimalda Auşiqer, şimal-şərqdə Zaraqij və şərqdə Jemtala.

Kənd dağ ətəyində, respublikanın dağ zonasına keçiddə yerləşir. Ərazisi hündürlük ərazidir. Kəndin qərb hissəsindən yuxarıda meşəli bir silsilə uzanır. Çerek çay vadisində yerləşən şərq hissəsi daha az hündürdür və dağətəyi düzənliyi təmsil edir. Qərblə şərq arasındakı hündürlük fərqi 400 metrdir. Orta hündürlük dəniz səviyyəsindən 847 metr-dir. Kəndin ən yüksək nöqtələri Kaşxatau və Sılla-Sırt dağlardır.

Hidroqrafik şəbəkə, əsasən, kəndin ətrrafından axan Çerek çayı və onun kiçik çayları ilə təmsil olunur. Şəhər qəsəbəsi ərazisində kiçik bir su elektrik stansiyası var.

İqlimi rütubətli və mülayim isti və qışı sərindir. Orta illik havanın temperaturu təqribən 9,0 °C-dir, iyulda ortalama + 20.0 °C-dən yanvarda ortalama -3.0 °C arasında dəyişir. İlk mənfi temperatur oktyabrın ortalarında başlayıb aprel ayında sona çatır. Orta illik yağıntının miqdarı təxminən 800 mm-dir. Yağıntıların əsas düşmə vaxtı may-iyul ayları arasındadır. Yazda temperaturun qəfil dəyişməsi ilə əlaqədar dağlardan güclü külək əsir.

Qəsəbənin dəqiq tarixi məlum deyil. 19-cu əsrin sonlarında Kaşxatau dağətəyində yerləşən nadir balkar kəndlərindən biri idi və inzibati cəhətdən Xulamo Balkar Cəmiyyətinin tabeliyində idi.

1920-ci ildə Kaşxatau kəndində kənd soveti yaradıldı.

1944-cü ildə balkarlar Orta Asiyaya sürgün edildi və kənd tərk edilmiş vəziyyətdə qaldı. RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 29 may 1944-cü il tarixli 621/3 nömrəli qərarı ilə Xulamo-Besengiyevski rayonu Sovetski rayonu adlandırıldı və rayon mərkəzi Kaşxatau kəndi Sovetskoye adlandırıldı.[3]

1957-ci ildə, Balkarlar SSRİ Ali Soveti tərəfindən əfv edildi və əvvəlki yaşayış yerlərinə qayıtmalarına icazə verildi.

1964-cü ildə kənd şəhər tipli qəsəbə statusunu aldı.

RSFSR Silahlı Qüvvələri Rəyasət Heyətinin 16 dekabr 1991-ci il tarixli fərmanı ilə kənd əvvəlki adı - Kaşxatau qaytarıldı. Toponim balkar dilindən "keçəl dağ" kimi tərcümə olunur (həqiqətən kədnin üstündə çox da yaşıllıq olmayan bir təpə var)[4].

Əhalinin sayı

[redaktə | mənbəni redaktə et]
İllərə görə əhali: Kaşxatau
(Mənbə: [5][5][6][7][8][9])
İl1959197019892009201020122013201420152016201720182019
Əhali3065369344125228529552755273527353265390547355335577

Əhalinin milli tərkibi[10]

[redaktə | mənbəni redaktə et]
Millət Əhali,
nəf.
Ümumi əhali
içindəki nisbəti, %
balkarlar 4 944 93,4 %
kabardalılar (adıqlar) 158 3,0 %
ruslar 72 1,3 %
digərləri 121 2,3 %
cəmi 5 295 100 %
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. https://rosstat.gov.ru/storage/mediabank/Bul_MO_2023.xlsx (rus.). 2023.
  3. "Указ ПВС РСФСР «О перенесении районных центров Нагорного, Урванского и Чегемского районов, переименовании Хуламо-Безенгиевского района и о ликвидации Черекского района Кабардинской АССР»". alexanderyakovlev.org. 2018-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.
  4. "Вегенер Л. В. Опубликовано в путеводителе «От Марухи до Эльбруса»". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  5. 1 2 "Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2019 года" (rus). Федеральная служба государственной статистики. January 1, 2019. July 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  6. "Россия / Rossija". pop-stat.mashke.org (ingilis). January 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  7. "Том 1. Численность и размещение населения". www.gks.ru (rus). Федеральная служба государственной статистики. September 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  8. "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2012. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  9. "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2013. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  10. "Том 3. Таблица 4. Население по национальности и владению русским языком по муниципальным образованиям и населенным пунктам КБР". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.