Kabaç xatun (674–710)—cu illərdə Buxarada hökmranlıq edən buxaraxudat.
Ubeydullah ibn Ziyad 674-cü ildə Bəykəndi ələ keçirərək Buxara üzərinə yürüdü. O sırada Buxaranı Türk hökmdarı Bidunun dul arvadı Kabaç xatun idarə edirdi. Kabaç xatun çevrədəki türklərdən yardım istədiysə də, Türk birlikləri Ubeydullah qarşısında dayana bilmədi və 1 milyon dirhəm vergi vermək surətiylə Ubeydullahla anlaşma bağladı. Ubeydullah daha sonra 2000 Türk savaşçı ilə Bəsrəyə döndü; bunlar orda bir üsyanın yatırılmasında iştirak etdilər. 676-cı ildə Xorasan valiliyinə təyin edilən Səid ibn Osman, Səmərqəndə bir səfər hazırladı. Soğd, Kiş və Nəsəf əhalisi torpaqlarını qorumaq amacıyla səfərbər olunca Kabaç xatun da onlara qatıldı, ancaq Səid ibn Osman Türk birliklərini məğlubiyyətə uğratdı. Kabaç xatun girovlar göndərdi və itaət ərz etdiyini bildirdi (677). Səid, Buxaranı alaraq Səmərqəndə yönəldi. Ağır itgilər verən Səmərqəndlilər onunla anlaşdılar. I Yəzid dövründə Xorasan valisi Səlm ibn Ziyad, Səmərqənd və Xarəzm üzərinə yürüyüncə (680–81) Kabaç xatun və Mavəraünnəhrin digər şəhərlərindəki türklər birlikdə hərəkətə keçdilərsə də, Səlm Buxaraya girməyə müvəffəq oldu və Kabaç xatun onunla yeni barış andlaşması bağladı. Əbdülməlik ibn Mərvan dövründə Tirmizi ələ keçirən Musa ibn Abdullah ibn Hazim türklər, eftalitlər və tibetlilərdən ibarət bir ordunu məğlub etdi; bölgə əhalisi ona itaət ərz edərək vergi ödəməyi qəbul etdi.
697-ci ildə Xorasan valisi təyin edilən Mühəlləb ibn Əbu Sufrənin faəliyətləri uğursuzluqla nəticələndi. Onun 702-ci ildə ölümünün ardından oğlu Yəzid də etdiyi səfərlərdən bir fərli nəticə ala bilmədi və vəzifədən uzaqlaşdırıldı. I Vəlid dönəmində Xorasan valiliyinə gətirilən Quteybə bin Müslüm Bəlxdə çıxan üsyanı yatırdı (705). Ceyhun çayıni keçib Saqaniyana yönəldiyində Saqaniyan hökmdarı bağlılığını bildirdi. Quteybənin hədəfi türklərin hakimiyətindəki Toxaristan və Mavəraünnəhiri fəth etmək idi. Mavəraünnəhr səfərinə çıxmazdan öncə Toxaristan əyalətinin hakimi Nizək Tarxana elçi göndərib hakimiyətini tanımasını və müsəlman əsirləri sərbəst buraxmasını istədi. Təklifi qəbul edən Nizək Mərvə hərəkət etdi və aralarında barış bağlandı. Quteybə, Bəykənd əhalisinin üsyanı üzərinə gedib şəhəri gəri aldı və bol miqdarda qənimət ələ keçirdi (708). Ardından Buxara üzərinə yürüyən Kuteybə bir nəticə ala bilməyincə Mərvə döndü. Ertəsi il təkrar Buxaraya yürüdü və şiddətli mühasirədan sonra Buxarada Ərəb hakimiyəti quruldu. Kuteybənin Buxaradan ayrılmasının ardından Toxaristan hakimi Nizək, Ərəblərə qarşı ortaq bir hərəkətə qərar verdiysə də, müttəfiqləri Kuteybəyə itaət ərz edincə qaçaraq bir qalaya sığındı. Quteybə onu yaxalayıb Həccacın əmriylə idam etdirdi. Buxaraya hərəkət edən Kuteybə şəhərin bir qisminə ərəbləri yerləşdirdi. 710-cu ildə Sicistan səfərinə çıxdı və Zabulistan hökmdarı Rutbil ilə xərac verməsi şərtiylə barış bağlandı.