Flores dənizi

Flores dənizi (ing. Flores Sea)— Sakit okeanında Sulavesi adasının qutaracağında Kabia,Sumbava (şimalda) və Flores adaları (cənubda) arasında yerləşir. Dənizin sahəsi 115,000 km², orta dərinliyi 1522 m ,maksimal dərinlik isə 5234 m təşkil edir. Səthində temperatur 26 s (avqust ,sentyabr), 28,8 s (noyabr) təşkil edir. Duzluluğu 32,0 - 34,6 ‰ olur, yağışlar mövsümündə 32 - 33 ‰ enir. Axınlar əsasən cənub və qərb istiqamətində olur. Ərazi seysmik baxımından fəaldır. Sumbava adasında İndoneziyanın fəaliyyətdə olan və hündürlüyü 1949 m çatan Ani-Slau vulkanı vardır. Balıqçılıq inşaf etmişdir.

Flores dənizi
ing. Flores Sea
Dənizin yerləşdiyi ərazi
Dənizin yerləşdiyi ərazi
Ümumi məlumatlar
Sahəsi 115,000 km²
Dərin yeri 5234 m
Orta dərinliyi 1522 m
Duzluluğu 32,0 - 34,6 
Yerləşməsi
7°06′03″ c. e. 119°43′05″ ş. u.HGYO
Ölkə  İndoneziya
Üst akvatoriyası
Yerləşməsi Cənub Şərqi Asiya
Flores dənizi (Sakit okean)
Flores dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar