Kabus gəmi (ing. — Ghost ship) — rejissorluğunu Stiv Bekin üstləndiyi 2002-ci il amerikan qorxu filmi. Film Berinq dənizində 1962-ci ildə yoxa çıxmış gəminin tapan dəniz qurtarma-araşdırma komandasının sərgüzəştlərindən bəhs edir. Film 25 oktyabr 2002-də Şimali Amerikada göstərimə girdi və tənqidçilərdən böyük ölçüdə tənqidlər aldı. Dünya miqyasında 68 milyon dollardan çox gəlir əldə etdi. Adına baxmayaraq, filmin 1952-ci ildə çəkilmiş eyniadlı film ilə heç bir əlaqəsi yoxdur.
Kabus gəmi | |
---|---|
ing. Ghost Ship | |
Janr | qorxu filmi |
Əsas mövzu | fövqəltəbiilik |
Prodüserlər | |
Baş rollarda |
|
İstehsalçılar | Village Roadshow Pictures[d] |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi | 22 oktyabr 2002, 25 oktyabr 2002, 1 yanvar 2003, 23 yanvar 2003[1] |
Müddət | 91 ± 1 dəq. |
Büdcə | 20.000.000 $[2] |
Gəlir | 68.349.884 $[2], 30.113.491 $[2] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Vankuver, Avstraliya |
IMDb | ID0288477 |
1962-ci ildə italyan okean gəmisi Antoni Grazada sərnişinlər rəqs edirlər. Balaca qız olan Keyti gəminin kapitanı ona rəqsə dəvət edənə qədər oturur. Bir əl makaradan məftili açan qolu qaldırır. Nəticədə makara qopur və məftil rəqs səhrəsinə sovruraraq sərnişinləri və ekipaji ikiyə bölür. Yetişkinlərdən daha qısa olan Keyti başının üstündən keçən məftildən qurtarır.
40 ildən sonra 2002-ci ildə bir qurtarma komandası -kapitan Sin Mörfi, Maurin İps, Qrir, Doc, Mandə və Santos son uğurlarını qeyd edirlər.
Kabus gəmi 25 oktyabr 2002-də sinemalarda gösstərimə girdiş Kabus gəminin teatr afişası 1980-ci il istehsalı olan "Ölüm gəmisi" filmin afişasına bənzəyir.[3][4]
"Kabus gəmi" 129 rəy əsasında 16% təsdiq reytinqinə malikdir. Ortaq tənqid belədir: "Kabus gəmi qayıq kimi cırıltılı bir süjetlə qorxu hissini çatdıra bilmir". Eynilə "Metacritic" 25 rəy əsasında filmə 28/100 bal verir.