Kadeş döyüşü Firon II Ramzesin hökmranlığının beşinci ilində, e.ə. 1274 cü ildə indiki Suriya və Livan sərhəddində, Orentos çayı üzərindəki Kadeş şəhəri uğrunda Qədim Misir və Het çarlığı arasında baş vermiş hərbi toqquşma. Qədim Misir tarixində III Tutmos tərəfindən e.ə. 1457 ci ildə aparılmış Megiddo döyüşündən sonra ikinci böyük hərbi münaqişə.
Kadeş döyüşü | |||
---|---|---|---|
Tarix | e.ə. 1274 – 1259 | ||
Yeri | Kadeş | ||
Nəticəsi | Hetlərin qələbəsi və Qədim Misirin məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Kadeş döyüşü hər iki tərəfə aid səlnamələrdə öz əksini tapmışdır. Qədim Misir səlnamələrində II Ramzes tərəfindən hərbi yürüşün başlanmasından və Kadeş döyüşlərindən xəbər verilir: qoşunları tərəfindən tərk edilmiş II Ramzes tanrı Amunun köməyi ilə qələbə çalmış olur. Döyüş haqqında Karnak, Luksor, Ramesseum , Əbu Simbel və Abidos təsvirlərinə əsaslanan üç və əlavə[1] papirus yazılara əsaslanan 13 təssəvvür mövcuddur.[2][3]
Hettlər tərəfindən düyüş təsəvvürü Babil mixi yazılarına əsaslanır. Het dövlətinin paytaxtı Xattusa şəhərinin xarabalığından tapılmış mixi ilə yazılmış gil lövhələr adıgedən döyüşdən xəbər verir[4].
Kadeş şəhəri Qədim padşahlıq dövrünə aid XVIII sülalə zamanında III Tutmosis tərəfindən altı yürüşdən sonra ələ keçirilmiş olur. Exnaton tərəfindən əsası qoyulmuş paytaxt Axet-Atondan tapılmış gil mixi yazı Amarna məktubları adlandırılan lövhələrdə Qədim Misir və ondan asılı olan Kiçik Asiya dövlətlərilə münasibətlərindən xəbər verilir. Hetlər tərəfindən süquta yetirilmiş Mitanni dövlətinin yerində kiçik knyaz Aziru altında Amurru və knyaz Aitakama altında isə Kadeş dövlətləri yaranmış olur. I Setinin ilk Asiya yürüşündə məqsəd Fələstini azad etmək idi. Sonradan bu yürüşlər Livana qədər davam etdirilmiş, sonrakı yürüşlərdə Amurri və Kadeş ələ keçirilmişdir.[5] Karnak təsvirlərində bunlar geniş əksini tapmışdır. Lakin Suriyanın bu əyalətləri uzun müddət misirlilərin əlində qala bilməmiş və hettlər tərəfindən geri alınmışdır. Bu hal II Ramzesin hakimiyyətinin IV ilinə (e.ə. 1276) qədər davam etmişdir. II Ramzes özünün ilk Asiya yürüşü zamanı Livanın şimalını və Amurrunu geri qaytarmış və Misirin sərhədlərini Uqaritə qədər genişləndirmiş olur. Yerdə qalan Suriya əraziləri II Mivatallinin oğlu III Mivatallinin hökmranlığı altında Het dövlətində qalır.[6]
Bu döyüşdə ilk dəfə olaraq Misirin Qədim padşahlıq dövrünün XVII sülalə fironu II Ramzes het çarı Muvatalli qarşı-qarıya gəlmişdirlər.[7] II Ramzes bu döyüşdə elit şardanlı döyüşçülərlə cinahlanmış 20.000 nəfəlik nubiyalılardan[8], xüsusən piyadalardan və döyüş arabalarından təşkil olunmuş əsas tanrıların: Amun, Ra, Ptah və Setin adını daşıyan 4 diviziyadan ibarət ordusu ilə iştirak etmişdir. Ordu əsasən tunc xəncər və 90 m-lik hədəfi vurmaq qabiliyyətli kompozit kamanlarla silahlanmışdır.
Hetlər Misirin ənənəvi düşmənləri: Naharina, Karkemiş, Kadeş, Uqarit və Halpa çarlarının müttəfiqlərlə birlikdə 37.000 nəfərlik piyada və 3500 döyüş arabasına malik qoşun ilə döyüşə qatılmış olurlar. Misirlilərin döyüş arabasından fərqli olaraq hetlərə məxsus arabalar üç ekipajlı, ağır və az manevrli idilər. Bu döyüşdə hetlər ilk dəfə dəmir kəsici silahdan istifadə etmişlər.
Misir mənbələrində II Ramzes ilk yürüşü zamanı əldə etdiyi zəfərdən ilhamlanaraq Kadeş şəhərini geri qaytarmaq qərarına gəlmişdir. Hakimiyyətinin beşinci ili, e.ə. 1274 cü ildə şimal-şərq sərhəd şəhəri Tyarudan şimal istiqamətində yürüşə başlayır[9]. Bu yürüş eynilə III Tutmosun Qəzzə bölməsinə etdiyi yürüşü xatırladırdı. II Ramzes özü şəxsən irəlidə Amun adlı diviziyaya rəhbərlik edirdi. Ra, Ptah və Set diviziyalarını Amundan 10 km məsafə ayırırdı. Şaron düzündə çevik bir dəstə qoşundan ayrılaraq sahil boyunca qərbdən Kadeş istiqamətində hərəkətə keçir. II Ramzes digər diviziyaların çatmasını gözləmədən Orentes çayını keçmiş olur.
E.ə. 1274-cü il 20 apreldə[10] Misir gözətçiləri iki beduini tuturlar. Onlar Ramzes uğrunda vuruşmaq isdədiklərini, hettlərin misirlilərdən qorxduqlarını Xattusa hakiminin Halpda olduğunu bəyan edirlər. Ramzes bu deyilənlərdən şübhələnməyərək Kadeşə dərhal hücuma keçir. Nəticədə 20–30 km aralı məsafədə olan diviziyalar qərara alınmış bu hücuma dəstək üçün qoşula bilmirlər. Kəşfiyatçılar daha iki nəfər hetlərə düşmən olan xəfiyyəni ələ keçirmiş olurlar. Onlar isə beduinlərin yalan söylədiklərini, bunun bir tələ olduğunu və hetlərin qoşunu Kadeş həndəvərində, şəhərdən şərqdə yerləşmişdir.[11]
Bu arada Muvatalli 1000 ədəd döyüş arabasını Orontes üzərindən misirlilərin Ra diviziyasının üzərinə həmlə etmək üçün göndərir. Bunu gözləməyən misirlilər böyük itkilər verərək Orontes üzərindən geri çəkilməyə məcbur olurlar. II Ramzes Amun diviziyası ilə Ranın geri çəkilməsindən və Ptah və Set diviziyalarının xeyli aralı olmasından çıxılmaz vəziyyətə düşmüş olur. Belə olan halda hetlər qələbəyə arxayınlaşırlar. Lakin sahil istiqamətindən Kadeşə yollanmış cevik dəstənin yetişməsi döyüşün taleyini həll etməsə də II Ramzesin diviziyası ilə düşmüş olduğu mühasirəni yarmasına nail olur. Tezliklə yardımın yetişəcəyinə inanmayan Muvatalli qaçan misirlilərin təqibini dayandıraraq Orontes çayının şərq sahilində qərar tutmağa məcbur olur. Lakin II Ramzes az qüvvə ilə duruş gətirə bilməyəcəyindən əzilmiş dəstələri toplayaraq döyüşdən kənar qalmış Ptah və Set diviziyalarının mövqelərinə çəkilir.
II Ramzes qarşısına qoymuş məqsədə, Kadeşin fəthinə çatmamış olur. Uğrunda müharibə gedən ərazilər hetlərin əlində qalmış olur. Amurri təkrar misirlilər tərəfdən itirilmiş olur. Bentezina Muvatalli tərəfindən Amurri çarı elan edilir. Bu pat vəziyyətinə baxmayaraq döyüş hadisələri II Ramzesi qalib kimi təbliğ etməyə imkan vermişdir. Döyüş səlnamələrində II Ramzesin yüksək rütbəli sərkərdələri tərəfindən döyüş meydanında tək buraxdığı nəticəsində ordunun nüfuzunun ölkə içində aşağı düşdüyü nəql olunur.[12]
Qədim Misir ordusunun bu uğursuzluğu asılı indiki Suriya ərazisindəki vassal dövlətlərin Misirə rüsum ödəməkdən boyun qaçırmalarıına səbəb olmuşdur.[12] Bu halla II Ramzes heç cür razılaşmayaraq hökmranlığının 7-8-ci ilində Suriya və Fələstin üzərinə yenidən yürüş edərək Tiros, Sidon, Beyrut, Biblos, Teler, Tunip və Dapuru fəth edir Muvatallisin xələfi III Mursili bu yürüşə müqavimət göstərmir. Kadeş yürüşündən sonra II Ramzesin sonrakı bütün yürüşləri zəfərlə başa çatmış olur.[13] hetlərin dövlət daxili durumu bir o qədər də ürəkaçan olmur. Ölkə daxili gərginlikdən istifadə edilərək e.ə. 1264 cü ildə Mursili əmisi III Hatusili tərəfindən devrilmiş olur. Mursil özü isə qaçaraq Misirdə sığınacaq tapmış olur.[7] Bununla da hetlər tərəfindən daim artan təzyiqlərə məruz qalmış olur. Bu vəziyyət III Hatusilini Misir ilə sülh bağlamağa məcbur edir. Kadeş döyüşündən 15 il vaxt ötdükdən sonra II Ramzesin 21 ci hökmranlıq ilində e.ə. 1259 cu il 31 oktyabrda (Yuli təqvimi ilə 31 oktyabr və Misir təqvimi ilə isə 21 tibi)[14] Qədim Misir və Het çarlığı arasında münasibətləri aydınlaşdıran ilk sülh, Misir-Het müqaviləsi imzalanmış olur. Bu sənədin nüsxəsi hal-hazırda BMT binasında saxlanılmaqdadır. Bu müqavilədə hər iki dövlətin bir-biriləri qarşısında götürmüş olduqları öhdəliklər və vəzifələrlə yanaşı, əlaqələri möhkəmlətmək məqsədi ilə hər iki çar evinin bir-birilə hədiyə mübadiləsi və III Hatusilinin II Ramzesin qızı ilə evlənmək təklifi də öz əksini tapmışdır.[15] Das mit den Hethitern geschlossene Bündnis wurde bis zum Ende von Ramses II. Regierungszeit von keiner Seite verletzt und hatte bis in die Zeit seines Nachfolgers Merenptah Bestand.[16] Beləliklə II Ramzes yürüşlərinə son qoyaraq ölkə daxili quruculuq işləri ilə məşğul olmağa başlamış olur. Bir il keçməmiş hetlər yenidən əlaqələri kəsmiş olurlar. Suriya və Fələstinin "dəniz xalqları" tərəfindən istilası Qədim Misirin mövqelərini yenidən zəiflətmiş olur.