Kadriye Nurmambet

Kadriye Nurmambet (rum. Kadriye Nurmambet, krımtat. Qadriye Nurmambet, 21 avqust 1933, Dobriç[d]31 yanvar 2023[1], Buxarest) — Rumıniyada krımtatar əsilli xalq mahnılarının ifaçısı və folklorşunas. Kadriye ölkədə Dobruca bülbülü[2][3][4][5][6] adını almışdır.

Kadriye Nurmambet
Ümumi məlumatlar
Doğum tarixi 21 avqust 1933(1933-08-21)
Doğum yeri
Vəfat tarixi 31 yanvar 2023(2023-01-31)[1] (89 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, vəkil
Fəaliyyət illəri 1950–2023
Janr xalq mahnısı
Təhsili

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Kadriye Nurmambet 21 avqust 1933-cü ildə Rumıniya krallığı, Doburca vilayəti ərazisində (indiki Dobriç, Bolqarıstan) krımtatatr ailəsində anadan olmuşdur. Onun atası artileriya zabiti olmuşdur. Runımiya İkinci Dünya müharibəsinin əvvəllərində Cənubi Doburcanı Bolqarıstana güzəştə gedərkən, atası şimala, Mecidiyəyə köçür. Burada qarnizon komandiri vəzifəsində çalışır[2].

O, Buxarest Universitetində hüquq fakültəsinə daxil olur. 1957-ci ildə isə universiteti bitirir. O, Rumıniyada krımtatar əsili ilk hüquqşunas qadın olmuşdur. Konstansada hüquq kolegiyasında çalışmışdır[2][3].

Nurmambet uşaqlıqdan folklor və xalq musiqisinə maraq göstərirdi. Krım tatarları və Rumın folklor qruplarında erkən yaşlardan çalışırdı. 1950-ci ildən Rumın ateneumunda, ölkənin tanınmış artistləri ilə birlikdıə konsertlərdə iştirkak etmişdir[2].

1954-cü ildə Buxaresdəki Milli Musiqi Universitetinin professoru Tiberiu Aleksandr onun ifasını yüksək qiymətləndirmiş və onun sayəsində Kadriyenin səsi radioda səslənmişdir. Onun ilk albomu 1960-cı ildə Electrecord etiketinin altında buraxılmışdır. Onun ardından sonra isə 1963, 1974, 1980, 1982 və 1989-cu illərdə də albomlar buraxılır[2].

Kadriye ilk xalq mahnılarəını anasından eçitmişdir. Daha sonra ənənəvi mahnıları toplamağa böyük maraq göstərmişdir. Dobrudca kəndlərini gəzərək krım tatarlarına, noqay və türklərə məxsus folklaru toplamağa başlamışdır. 1957-ci ildə Bükresdəki Etnoqrafiya və Folklor İnstitutunun Qızıl Fondu üçün 90-a yaxın tatar və türk mahnılarını səsləndirmək üçün dəvət almışdır. Həyatı boyunca türklərin ənənəvi musiqi və Rumıniya tatarları əsərlərini qoruya bilmək üçün böyük işlər görmüşdür[2][3].

Onun sonuncu musiqi albomu 2009-cu ildə "Tatar və türk ənənəvi xalq mahnıları" adı altında buraxılır[5][6].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 http://www.radioconstanta.ro/2023/02/01/s-a-stins-din-viata-priveghetoarea-cantecului-popular-tataresc-si-turcesc-kadriye-nurmambet-1932-2023/.
  2. 1 2 3 4 5 6 Agi-Amet, Gemal. Dicţionarul personalităţilor turco-tătare din România. Constanta: Metafora. ISBN 9789739340274.
  3. 1 2 3 Yusuf Ismail, Gülşen. "Romanya'nın bülbül sesi: Kadriye Nurmambet". Kalgay (Crimean Turkish). 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2014.
  4. Bocai, Adina. "Kadriye Nurmambet "pledează", din nou, pentru "Melodii populare tătăreşti şi turceşti"" (rumın). Cuget Liber. 19 October 2009. 24 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2014.
  5. 1 2 Bucinschi, Raluca. Bibliografia Nationala Romana: Documente muzicale tiparite si audiovizuale, Anul XLIV/2011 (PDF). Bucharest: Editura Bibliotecii Nationale a Romaniei. səh. 14. 2020-07-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-24.
  6. 1 2 Romanian Institute for Research on National Minorities. "Lansare de CD: Kadriye Nurmambet, "Melodii populare tătăreşti şi turceşti"". ispmn.gov.ro (Romanian). ISPMN. 3 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 August 2014.