Kaesanq Panqarep

Kaesanq Panqarep (25 dekabr 1994-cü il təvəllüdlü) — İndoneziya siyasətçisi, sahibkarı və Youtuberi. İndoneziyanın 7-ci prezidenti Coko Vidodonun üçüncü və ya ən kiçik oğlu. Beynəlxalq Bakalavr diplomu ilə Sinqapurda Anqlo-Çin Məktəbini bitirmişdir.[2][3][4] 2023-cü ilin sentyabrında İndoneziya Həmrəylik Partiyasının (PSI) sədri təyin edildi.

Kaesanq Panqarep
Kaesang Pangarep
Kaesanq Panqarep 2016-cı ildə
Kaesanq Panqarep 2016-cı ildə
bayraq
İndoneziya Həmrəylik Partiyasının sədri
bayraq2
Vəzifədədir
25 senyabr 2023-cü ildən
ƏvvəlkiQirinq Qaneşa
Şəxsi məlumatlar
Doğum tarixi (29 yaş)
Doğum yeri Surakarta,
İndoneziya
Vətəndaşlığı  İndoneziya
Partiya PSI
Təhsili Anqlo-Çin Məktəbi (Beynəlxalq) Sinqapur
Fəaliyyəti sahibkar, televiziya prodüseri[d]
Atası Coko Vidodo
Anası İriana Coko Vidodo
Həyat yoldaşı Erina Qudono
Dini İslam[1]
Elmi fəaliyyəti
Tanınır Siyasətçi, youtuber, bloqqer, rapçi, söz yazarı, müğənni və aktyor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinqapurda ACS İnternational-ı Beynəlxalq Bakalavr Diplomu ilə[5][6][7] və Sinqapur Sosial Elmlər Universitetini bitirmişdir.[8] O, hazırda Erik Tahir ilə birlikdə Liqa 1 Persis Solo futbol klubunun sahibidir.[9]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Kaesanq Cokyakartada 10 dekabr 2022-ci il tarixində indoneziyalı model Erina Qudono ilə evləndi.[10]

İnternet şəbəkəsi

[redaktə | mənbəni redaktə et]

O 2011-ci ildə "gündəlik anak kampunq" və ya "cənab kacanq" adlı bloqqer kimi məşhur oldu. Onun yazı tərzi şəxsi həyatı və ailəsi ilə əlaqəsi yaradıcı və komikdir.[11] Bəzən atasını blusukan (bro,qardaş) kimi müşayiət edir.[12][13] Mart 2016-cı ildən Kaesanq YouTubeda fəaliyyətə başladı və bir çox videoları yumor hissi səbəbiylə virus kimi yayıldı. Onun YouTube vloqqinqi məşhur hala gəldi; 2017-ci ilin may ayından etibarən 270 min abunəçi var. Kaesanq Kral Salman ilə Cokovinin naharını qeydə alıb populyarlığını qazanandan sonra #JKWVLOG adlı öz YouTube vloqunu yaratdı.[14] Kaesanq həyatını İndoneziya prezidentinin oğlu olaraq izah etmək üçün İndoneziya televiziya şousu Mata Nacvaya qatıldı. 2017-ci ildə Kaesanq İndoneziyanın vətəndaşları arasında birlik və tolerantlığın inkişafı üçün Bersatulah adlanan bir mahnı buraxdı.[15][16] Kaesanq Panqarep İndoneziya filmi Cek Toko Sebelahda kiçik bir rolda olmuşdur.[17][18][19]

Təhqir iddiaları

[redaktə | mənbəni redaktə et]

Ramadan Rally-də "Ahoku öldür" deyən uşaqlara cavab verən bir video yaratdıqdan sonra Kaesanq təhqir və nifrət aşılaması barədə polisə məlumat verildi.[20][21] Bununla belə polis təhqir mövcudluğuna dair bir sübut tapmadı və işi buraxdı.[22]

Kaesanq İndoneziyanın bir neçə şəhərində fəaliyyət göstərən banan mərkəzli mağazalar şəbəkəsinə sahib olmaqla kulinariya biznesində də fəaldır.[23] O, həmçinin qurbağa şəkilləri ilə təsvir olunan bir geyim xətti yaratdı.[24] Bundan əlavə o, kulinariya KOM və ev təsərrüfatları ilə işləyən 2017-ci ildən etibarən Madhanq adlı bir başlanğıcda marketoloq kimi fəaliyyət göstərir.[25]

2023-cü ildə Kaesanq Depok şəhərinin meri vəzifəsinə namizəd olmaq niyyətində olduğunu bildirdi.[26] İndoneziya Həmrəylik Partiyası (PSI) qısa müddət sonra Qerindra partiyası ilə birlikdə Kaesanqa dəstəyini bildirdi.[27][28] O, 23 sentyabr 2023-cü ildə rəsmi olaraq PSI üzvü oldu və iki gün sonra, 25 sentyabr 2023-cü ildə partiya sədri təyin edildi.[29]

  • Cek Toko Sebelah (2016)
  1. Majalah, Dwi Wiyana. "Makan Daging Babi, Ini Komentar Kaesang Jokowi". Tempo (indoneziya). 22 November 2014. 1 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2018.
  2. Nazeer, Zubaidah. "Jokowi the proud father 'very happy' to be at son's graduation in Singapore". straitstimes.com. 21 November 2014. 24 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2019.
  3. "Participating in a writing contest, Jokowi's Kaesang got a silver medal" [Writing Competition, Kaesang Jokowi Can Medal Silver]. tempo.co (indoneziya). November 21, 2014. August 19, 2017 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
  4. "Jumpa Jokowi, Teman Sekolah Kaesang di Singapura Rebutan "Selfie" - Kompas.com" [Meet Jokowi, Kaesang Schoolmates in Singapore Seal "Selfie"]. kompas.com (indoneziya). November 21, 2014. July 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2019.
  5. Nazeer, Zubaidah. "Jokowi the proud father 'very happy' to be at son's graduation in Singapore". straitstimes.com. 21 November 2014. 24 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2019.
  6. Hestya, Rindu Pradipta. "Participating in a writing contest, Jokowi's Kaesang got a silver medal" [Writing Competition, Kaesang Jokowi Can Medal Silver]. tempo.co (indoneziya). November 21, 2014. August 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2019.
  7. Galih, Bayu, redaktor"Jumpa Jokowi, Teman Sekolah Kaesang di Singapura Rebutan "Selfie" - Kompas.com" [Meet Jokowi, Kaesang Schoolmates in Singapore Seal "Selfie"]. kompas.com (indoneziya). November 21, 2014. July 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2019.
  8. Ang, Jolene. "Indonesia leader Jokowi's son Kaesang Pangarep graduates from SUSS, lauded with entrepreneurship award". The Straits Times. 9 October 2019. 28 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2021.
  9. Junita, Nancy. "Direktur BEI Dukung Persis Solo Segera IPO". Bisnis.com (indoneziya). 29 March 2021. 4 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2022.
  10. "Sah Menikah, Kaesang dan Erina Langsung Dapat KTP Baru". nasional (indoneziya). 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.
  11. "Potret Keluarga Sederhana Jokowi dari 'Diary Anak Kampung'". detik.com. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  12. "Temani Jokowi Blusukan, Kaesang Pakai Topi 'Kecebong'". tempo.co. 2017-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  13. "Lihat Deh, Tulisan di Topi Putra Bungsu Jokowi Ini Bikin Warga Mesem-mesem - Tribunnews.com". tribunnews.com. 2019-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  14. Tan, Yvette. "Meet one of Indonesia's most unlikely YouTube celebrities: The president". mashable.com. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  15. Media, Kompas Cyber. "Kaesang Putra Jokowi "Nge-rap" di YouTube Suarakan Persatuan - Kompas.com". kompas.com. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  16. "Kaesang Pangarep Nge-rap di Lagu 'Bersatulah'". kumparan. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  17. "Is President Jokowi's Son Kaesang Pangarep Becoming a Film Star?". globalindonesianvoices.com. 13 December 2016. 4 July 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 July 2019.
  18. "Jokowi Tonton Film Kaesang Pangarep, Cek Toko Sebelah". bintang.com. 2018-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  19. "Ini Honor Putra Jokowi, Kaesang, di Film Cek Toko Sebelah". tempo.co. 2017-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  20. Purnamasari, Niken. "Melihat Lagi Vlog Kaesang Pangarep yang Sindir 'Dasar Ndeso'". detikNews (indoneziya). 5 July 2017. 9 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2017.
  21. Kuwado, Fabian Januarius. "Ini Kalimat dalam "Vlog" Kaesang yang Dilaporkan ke Polisi". Kompas (indoneziya). 5 July 2017. 7 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2017.
  22. Defianti, Ika. "Polisi Setop Kasus Putra Jokowi Kaesang Pangarep, Ini Alasannya". Liputan6 (indoneziya). 10 July 2017. 23 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 March 2018.
  23. "Mengintip "Gurita Bisnis" Kaesang Pangarep". netz.id (indoneziya). 19 March 2018. 28 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 October 2018.
  24. Aron, Hans Henricus BS. "Mengintip Bisnis Dua Putra Jokowi, dari Katering Hingga Kaos". detikfinance (indoneziya). 28 August 2017. 4 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2018.
  25. Ramadhan, Dony Indra. "Soal Aplikasi 'Madhang', Kaesang : Sudah Ada 2.000 Warung Gabung". detikfood (indoneziya). 18 February 2018. 3 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2018.
  26. Yanwardhana, Emir. "Kaesang Mau Maju Wali Kota Depok, Jokowi Merestui!". CNBC Indonesia (indoneziya). 14 June 2023. 3 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2023.
  27. Damarjati, Danu. "PSI Sambut Deklarasi Kaesang yang Siap Jadi 'Depok Pertama'". detiknews (indoneziya). 10 June 2023. 3 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2023.
  28. Wuragil, Zacharias. "Puji Kaesang, Gerindra Siap Dukung Anak Jokowi Jadi Calon Wali Kota Depok". Tempo (indoneziya). 9 July 2023. 12 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2023.
  29. "Kaesang Pangarep Putra Jokowi Resmi Jadi Ketua Umum PSI". CNN Indonesia (indoneziya). 25 September 2023. 28 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2023.

Xarici linklər

[redaktə | mənbəni redaktə et]