Kalidon

Kalidon (q.yun. Κᾰλῠδών) — Yunanıstanda, Cənubi Etoliyada, Evinos çayının qərb sahilində, Arakintosun kənarında yerləşən qədim yunan şəhəri. Kuretlərin şəhəri ilə birlikdə Plevron ölkənin əsas şəhəri idi.[1]

Qədim şəhər
Kalidon
38°22′21″ şm. e. 21°31′59″ ş. u.HGYO
Ölkə
Kalidon xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əfsanəvi Etol və ya oğlu Kalidon tərəfindən qurulmuşdur. Şəhər Homerin dövründə (II. 2, 640. 9. 589) çox məşhur idi və onun tərəfindən "qayalı", "yüksək" və "gözəl" kimi xatırlanırdı.[2]

Yunan miflərində Kalidon qəhrəmanı Meleaqr və "İliada"da (I, 529 v.s.) təsvir olunan Kalidon ovu ilə təriflənir. Ənənəyə görə, Kalidon padşahı Eney tanrılara qurban kəsən zaman Artemidanı unutdu. Qəzəbli ilahə ölkəyə dəhşətli bir qaban göndərdi. Eneyin oğlu Meleaqr qaban tərəfindən öldürüldü, lakin öldürülən heyvanın dərisi və başı üstündə kalidoniyalılarla onların qonşuları olan kuretlə arasında mübahisə yarandı. Mifin süjeti Frinixin "Plevron qadınları" dramının əsası kimi istifadə edilmişdir.

  1. Wikisource Kisholm, Hyu, redaktorCalydon // Britannika Ensiklopediyası (XI). Cambridge University Press. 1911.
  2. Apollod 1.7.7; Homer. Iliad. Vol. 2.640, 9.577, 13.217, 14.116.