Kalinka Bamberskinin qətli

Kalinka Bamberskinin qətli — 1982-ci ilin iyul ayında Almaniya Federativ Respublikasının Lindau şəhərində törədilmiş cinayət. Fransız qadın Kalinka Bamberski 14 yaşında ögey atası Diter Krombaxın evində vəfat etmişdir.[1] Cəsədin tibbi yarılmasının şübhəli nəticələri ilə əlaqədar olaraq qızın atası Andre Bamberski Krombaxın qızının ölümündə əli olub-olmadığını araşdırmaq üçün Almaniya hakimiyyətinə təzyiq göstərməyə başladı. Almaniyada məhkəmə prosesi dayandırldıqdan sonra, 1995-ci ildə Fransa məhkəməsi Krombaxı qiyabi olaraq mühakimə etdi və onu ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bildi. Alman hökuməti Krombaxın ekstradisiyasından imtina etdiyinə görə 2009-cu ildə Bamberski onun oğurlanması və Almaniyadan Fransaya qaçırılmasında iştirak etdi. Orada Krombax məhkəmə qarışısına çıxardıldı və 2011-ci ildə qəsdlə edilməyən qətil ilə nəticələnən qəsdən bədən xəsarətlərini yetirməkdə təqsirli bilindi. Krombax 15 il müddətinə azadlıqdan məhrum edildə; 2020-ci ilin fevral ayında səhhətinə görə həbsdən azad edildi və həmin ilin 12 sentyabrında Vinzendəki qocalar evində öldü. Öz növbəsində, Fransa məhkəməsi Bamberskini Krombaxın oğurlanmasına görə bir il olmaqla şərti cəzaya məhkum etdi. İnsan oğurluğunda ona kömək edən Anton Krasniçi və Kaça Bablovani bir il həbs cəzası aldılar.\

Hadisədən öncə[redaktə | mənbəni redaktə et]

Andre Bamberski[redaktə | mənbəni redaktə et]

Andre Bamberski 1937-ci ildə Valansyen şəhərində anadan olmuşdur.[2] Atası Polşadan Fransa kömür mədənlərində işləməyə gəlmişdi. İkinci Dünya müharibəsi zamanı Andre Polşada babası və nənəsi ilə yaşayırdı.[3] 1945-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin sayəsində Lill şəhərində valideynlərinə qovuşmuşdur. 1946-cı ildə Fransaya qayıdaraq təhsilini davam etdirdi və diplomlu mühasib oldu. 1962-ci ildə Əlcəzairdə 36 aylıq hərbi xidmətdən sonra Mərakeşin Kasablanka şəhərinə köçdü. Bamberski tezliklə Daniel Qonnin ilə evləndi və onların Kalinka (d. 5/7 avqust 1967) və Nikolas (d. təxminən 1970) adlı iki övladı oldu.[4][5][6][7]

Diter Krombax[redaktə | mənbəni redaktə et]

Diter Paul Kristian Krombax (alm. Dieter Paul Christian Krombach‎) 5 may 1935-ci ildə Drezdendə Vermaxt zabiti Valter və onun həyat yoldaşı Marianna Brendle ailəsində anadan olub.[3][8] 9 yaşında Drezden bombardmanından sağ çıxa bildi. Frankfurt-Mayn şəhərində tibb fakültəsinə daxil oldu. Orada Krombax psixiatriya üzrə doktorluq dissertasiyası müdafiə etdi və tezliklə Sürixdə kardioloq kimi işləməyə başladı. 1963-cü ilin noyabrında Monika Hentze ilə evləndi. Ailənin Diana və Boris adlı iki övladı var idi. Evlilik uğurlu getmirdi, Krombax tez-tez Hentzeni döyür və onu öldürməklə hədələyirdi. Monikanın qardaşı Mikael Hentzenin dediklərinə əsasən, o zamanlar belə qəbul olduğu üçün bacısı Krombaxdan şikayət etməmişdi. Bəzi məlumatlara görə, Krombax tez-tez Hentzeyə vitamin inyeksiyaları vururdu. 1969-cu ildə Hentze xəstələnir, nəticədə səs və görmə qabiliyyətini itirir və iflic olur. Həmin ilin oktyabrında Hentze Frankfurt-Mayndə xəstəxanada beyindaxili qansızmadan öldü. Anasının dediyinə görə, bu hadisə Krombaxın həkimi qırağa çəkib ona “ilan zəhəri” vurmasından bir neçə saat sonra baş verdi.[9] İnyeksiya ilə Hentzenin ölümü arasında heç bir əlaqə müəyyən edilmədi. Ölümün rəsmi səbəbi bazilyar arteriyanın trombozu qeyd olundu. Həyat yoldaşının ölümündən 10 ay sonra o, ikinci dəfə evləndi.[3][10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Affaire Bamberski : Dieter Krombach libéré de prison pour raison médicale". lemonde.fr. 21 fevral 2020. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.
  2. D.D. "André Bamberski, l'homme qui n'a jamais renoncé". ladepeche.fr (fransız). 22 мая 2014. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-10.
  3. 1 2 3 Joshua Hammer. "The Kalinka Affair". magazine.atavist.com (ут). The Atavist Magazine. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-10.
  4. Dr. Höhmann, 1982
  5. Viswa Vanapalli. "Where is Kalinka's Mom Danièle Gonnin Now?". thecinemaholic.com (ingilis). 12 июля 2022. 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-10.
  6. Rudler, Lecomte, Nicolas, 1988. səh. 2
  7. "Storiacce: Kalinka, 14 anni, violentata e uccisa". ulisseonline.it (italyan). 18 марта 2022. 2023-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.
  8. Cour d'appel de Paris, 1993. səh. 13
  9. Kriti Mehrotra. "Who Was Dieter Krombach's First Wife? How Did She Die?". thecinemaholic.com (ingilis). 12 июля 2022. 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
  10. Kriti Mehrotra. "How Did Kalinka's Step-Dad Dieter Krombach Die?". thecinemaholic.com (ingilis). 12 июля 2022. 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-10.