Kalsium hidroksid (Ca(OH)2) — kristal ağ rəngli toz halında olan maddə. Qüvvətli əsasdır. Suda zəif həll olur.
Kalsium hidroksid | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | Ca(OH)2 |
Molyar kütlə | 74,093 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 2,211 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 512 °C °S |
Buxarın təzyiqi | 0 Pa[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 1305-62-0 |
PubChem | 14777, 6093208 |
RTECS | EW2800000 |
ChEBI | 31341 |
ChemSpider | 14094 |
Kalsium oksidin( sönməmiş əhəng) su ilə qarşılıqlı təsirindən alınır və reaksiya istiliyin ayrılması ilə gedir:
Kalsium hidroksid qələvilərin bütün reaksiyalarına daxil olur:
Əgər 520-580ºC-yə qədər qızdırılsa parçalanaraq kalsium oksidə çevrilir:
Güclü əsas kimi suda kalsium kationuna və hidroksid anionuna tam dissosiasiya edir:
Kalsium hidroksidin çox geniş tətbiq sahəsi vardır.Su təsislərində yeraltı suların təmizlənməsində, kağız istehsalında, qida sektorunda, suyun codluğunun aşağı salınmasında, ağardıcılarda, betonun hazırlanmasında istifadə olunur.
Tənəffüs sistemini təhriş edərək öskürək, nəfəs darlığına səbəb olur.Kalsium hidroksid uzun müddət dəriyə təmas edərsə dərini aşındıraraq ciddi yanıqlara səbəb ola bilər.