Kamal Aslan oğlu Mahmudov (1925, Qazax rayonu – 1962, Rustavi) — İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı.[1]
Kamal Mahmudov | |
---|---|
Kamal Aslan oğlu Mahmudov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 1962 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Kamal Mahmudov 1925-ci ildə Azərbaycan SSR, Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. 1932-ci ildə Şıxlı kəndindəki orta məktəbin birinci sinfinə daxil olub, 1942-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
Kamal orta məktəbi qurtardığı zaman 1941-1945-ci il İkinci dünya müharibəsi başlamışdır. Bütün Azərbaycan gəncləri kimi Kamal da vətənin müdafiəsinə qalxmaya bilməzdi, yaşını bir il artıraraq vətəni müdafiə etmək üçün könüllü olaraq cəbhəyə yollanır. 1944-cü il 23 iyulda sağ ayağını itirdiyinə görə əlil kimi ordudan tərxis olunur.[2]
Kamal Mahmudov 1942-ci ildə Taqanroq şəhəri ətrafında döyüşlərdə öz silahından 15 düşmən məhv etdi və bir-neçəsini yaraladı. Ondan əlavə hücum əməliyyatı zamanı Vinnetsa şəhəri uğrunda gedən döyüşlərdə əl pulemyotu ilə 30-a yaxın düşmən əsgərini məhv etdi. Döyüşlərdə, sağ ayağını itirib.[3]
Sağ ayağını itirmiş gənc əlil olan, həyat eşqi ilə çırpınan Kamal həyatın nəbzini tutaraq 1956-1957-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun mühasibat uçotu fakültəsini bitirib.
Qazax rayonu İkinci Şıxlı kəndində kolxozda hesabdar – baş mühasib vəzifəsində çalışmışdır. 1946-cı ildə ailə qurmuş, bu ailəlikdən onun 5 övladı dünyaya gəlmişdir, 14 nəvə, 24 nəticəsi vardır.
1962-ci il 31 avqust tarixində müharibə vaxtı aldığı ağır mədə xəstəliyindən Gürcüstan Respublikasının Rustavi şəhərində əməliyyat zamanı vəfat etmişdir. O, Şıxlı kənd qəbristanlığında torpağa tapşırılıb.