Kamal Xocəndi

Kamaləddin Məsud Xocəndi və ya Kamal Xocəndi[1] (fars. کمال خجندی‎) (1321, Xücənd1400, Təbriz, قاراقویونلولار) — tacik şair.

Kamal Xocəndi
fars. کمال‌الدین مسعود خُجندی
Doğum tarixi 1321
Doğum yeri
Vəfat tarixi 1400
Vəfat yeri
Fəaliyyəti şair
Əsərlərinin dili fars dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kamal Xocəndinin divanı. 1468-ci ilin oktyabrında Şərəfəddin Hüseyn Sultani tərəfindən Şamaxıda üzü köçürülmüşdür.

Kamal Xocəndi 1321-ci ildə Xocənddə anadan olub. 1385-ci ildə Məkkəyə həccə gedib, həmin il Toxtamış tərəfindən əsir götürülüb, Saraya aparılıb. 5 il sonra vəfat edib, Təbrizdə basdırılıb.

Şairin məzarı Təbrizdə, Abbasi və Beylankı küçələrində yerləşən 2-Kamal məzarlığında (Kamal parkında) Kəmaləddin Behzadın məzarının yanındadır. Məzarın üstünə 1996-cı ildə Kamal Xocəndinin heykəli də ucaldılıb.

14000 beytdən ibarət divanı qalmışdır. Divanın orijinal və köçürmə nüsxələri Bakıda, Daşkənddə, Düşənbədə, Sankt Peterburqda və Londonda saxlanılır. Fars və dari dillərində yazmışdır. Sufi ideyalarından təsirlənmiş, qəzəllər yazmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Фүзули // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 14.