Kameciro Senaqa

Kameciro Senaqa (瀬長 亀次郎, Senaqa Kameciro?, 10 iyun 1907, Tomiqusuku[d], Okinava prefekturası5 oktyabr 2001, Naha)Yaponiya siyasətçisi və Okinavada sosial hərəkat lideri.[1] Yaponiya Kommunist Partiyasının vitse-sədri olmuşdur.[1]

Kameciro Senaqa
yap. 瀬長 亀次郎
Naha meri
yanvar 1957 – noyabr 1957
ƏvvəlkiCuqo Toma
SonrakıTadaşi Toey
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyun 1907(1907-06-10)
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 2001(2001-10-05) (94 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
  • Kaqoşima Universiteti[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Kameciro Senaqa 1907-ci ildə Yaponiyanın Okinava prefekturasında doğulmuşdur.[1] Kaqoşimada yerləşən Yeddinci liseydə təhsil alarkən marksizm-leninizm ilə tanış olmuşdur.[1] Solçu fəaliyyətlərinə görə liseydən xaric edilmiş və bir neçə fabrikdə işləmişdir.[1] İşçi tətillərinin birindəki iştirakına görə saxlanılmış və üç il həbsdə olmuşdur.[1] 1935-ci ildə azadlığa çıxdıqdan sonra hərbi xidmət üçün Çinə göndərilmiş və 1940-cı ildə Okinavaya qayıtmışdır.[1]

İkinci dünya müharibəsindən sonra Okinavada başlayan ABŞ rejimi dövründə Senaqa aktiv siyasətçi olmuşdur.[1] O, Okinava Xalq Partiyasının lideri olmuş və sədri seçilmişdir.[1] Okinavada ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmışdır.[1] 1956-cı ildə Naha şəhərinin meri seçilmiş, lakin bir neçə ay sonra ABŞ hökuməti tərəfindən vəzifəsindən azad edilmişdir.[1] 1970-ci ildə qəbul edilən dəyişiklikdən sonra Okinava Yaponiyanın milli seçkilərində iştirak etməyə başlamış və Senaqa Okinava Xalq Partiyasının namizədi kimi Yaponiya parlamentinin aşağı palatasına seçilmişdir.[1] Okinavanın ABŞ tərəfindən Yaponiyaya qaytarılmasından bir il sonra – 1973-cü ildə partiyası Yaponiya Kommunist Partiyası ilə birləşmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 63. ISBN 0-87011-627-4. İstifadə tarixi: 31 dekabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]