Kamerton(alm. «kammer» – otaq, «ton» – səs) — müəyyən yüksəklikdəki səsi zəif harmonik əlavə səslərlə dəqiq və aydın səsləndirən kiçik portativ (yığcam, yüngül), adətən poladdan hazırlanan, ikidilli uzun çəngələ bənzər xüsusi cihaz.
İfa praktikasında alətin köklənməsi üçün istifadə olunur.
A kapella oxuyan zaman (müşayiətsiz) xorun rəhbəri səsin yüksəkliyini K. vasitəsilə tapır və xorda oxuyanlara göstərir (“xoru kökləyir”). Kamerton birinci oktavanın «lya» notunu səsləndirir.[1]
Kamerton 1711-ci ildə İngilis ifaçısı John Shore tərəfindən icad edilmişdir. Metaldan hazırlanmış kiçik iki tərəfli çəngələ bənzəyirdi. Kamerton simlərə toxunduqda, simlər titrəməyə başlayır və titrəmə tezliyi saniyədə 420 Hz idi.