Kamilə Sarıcalinskaya

Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu2012[1]) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor.

Kəmalə Sarıcalinskaya
Kəmalə Qiyas qızı Sarıcalinskaya
Doğum tarixi 22 oktyabr 1926(1926-10-22)
Doğum yeri
Vəfat tarixi 2012[1]
Elmi dərəcəsi
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2009
  • 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub.
  • 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb.
  • 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb.
  • 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.

Təhsili və elmi dərəcə və elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 1950-ci ildə ADU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
  • 1967, hüquq elmləri namizədi, "Azərbaycan SSR istintaq və məhkəmə təcrübəsində yazının kriminalistik ekspertizası".

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1949 – Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universitetinin) Hüquq fakültəsinin Cinayət hüququ kafedrasında baş laborant.
  • 1952–1954 — həmin kafedrada müəllim.
  • 1957–60-cı illərdə Elmi Tədqiqat Məhkəmə Ekspertizası Laboratoriyasında baş ekspert .
  • 1960–1963 ADU-da aspirant.
  • 1964–1980 Cinayət hüququ və Cinayət prosesi kafedralarında baş müəllim, dosent.
  • 1980–1991 Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri.
  • 1991–2003 Kriminalistika və məhkəmə ekspertizası kafedrasında dosent, professor əvəzi.
  • 2003–2007 Hüquq fakültəsinin dekanı.
  • 2007 Kriminalistika və məhkəmə ekspertizası kafedrasının professoru.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Kriminalistika, Məhkəmə ekspertizası

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 2008 — Kriminalistikanın cinayət –prosessual qanunvericiliyin inkişafına təsir imkanlarına dair.
  • 2005 — Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dair bəzi məsələlər.
  • 2003 — Hüquq(ikinci ali təhsil) fakültəsinin qiyabi təhsil alan tələbələri üçün ixtisas fənlərindən metodik göstərişlər (həmmüəllifliklə).
  • 2006 Kriminalistik texnika. Dərs vəsaiti (həmmüəllifliklə).
  • 2005 Cinayət mühakimə icraatında şəxsiyyətin eyniləşdirilməsinin problemləri.
  • 2004 Məhkəmə ekspertizası. Dərs vəsaiti (həmmüəllifliklə).
  • 2003 Ekspert-xətşünasların hazırlanması (həmmüəllifliklə).
  • 1999 Kriminalistika. Ali məktəblər üçün dərslik (həmmüəllifliklə).
  1. 1 2 http://bsu.edu.az/az/news/bduda_qaraba_ruhu02122020030911.