Kamil Qəhrəmanov

Kamil Şamil oğlu Qəhrəmanov 1937-ci ildə Gürcüstanın Adıgün rayonunda anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1962-ci ildə həmin universiteti bitirib. 1969-cu ildə namizədlik dissertasiyasını, 1982 -ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1986-cı ildə professor elmi dərəcsini alıb.

Kamil
Qəhrəmanov
Doğum tarixi (85 yaş)
Doğum yeri Gürcüstan Adıgün rayonu
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı Professor
İş yeri AMEA Fizika İnstitutu
Alma-mater Bakı Dövlət Universiteti
Təhsili Ali

Həyatı[redaktə | mənbəni redaktə et]

Elmi əsərlərinin sayı-138

Xaricdə dərc olunan məqaələlərinin sayı-53

Jurnallarda darəc olunan məqalələrinin sayı-45

Müəlliflik şəhadətnaməsi və patentlərin sayı-40

Kadr hazırlığı-10


Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Yer üzərində, sualtı və yer kürəsinin süni peykləri üçün termoelektrik soyutma, stabilləşdirmə və generasiya üsullarının tətbiqi, cihazların layihələndirilməsi və istehsalı üçün, kompleks sistem və texnolojilər yaradılıb. Heterogen sistemləri əsasında çoxlaylı strukturlarda fiziki-kimyəvi proseslər tədqiq olunub və elmi məqsədlər üçün cihazlar hazırlanmışdır. Termoelektrik çeviricilərinin hazırlanıb istehsal edilməsi üçün bir sıra materialşünaslıq məsələləri həll olunmuşdu, mexaniki möhkəmlik artırılmışdır, seçilmiş istiqamətlər üçün optik, istilik-fiziki və fiziki-mexaniki parametrlərin sabitliyi artırılmışdır. Evtektikaların elektron quruluşunun xüsusiyyətləri təyin olunmuşdur: termoelementlər üçün yeni effektiv birləşmələrin axtarışı və fərqli materialların kommutasiyasını birləşmələrin elektron quruluşunun və faza diaqramının xüsusi nöqtələrinin nəzərə alınmasına əsaslanmalıdır. Geniş sinif ikili və kvazi-binar evtektikaların əsasında olan kommutasiya materiallarının tədqiqi puls-dövri rejimdə fəaliyyət edən termoelektrik çeviricilərin etibarlığını və resurs səmərəliliyini yaxşılaşdırmışdır. AIVBVI və AVBVI birləşmələri əsasında çeviricilərdə geniş istifadə olunan termolementlər işlənib layihələndirilmişdir. Tələbələri ilə birlikdə onun elmi fəaliyyəti nəticələrindən biri də ilk olaraq kosmik naviqasiya-topoqrafiya komlekslərinin lazer sistemlərinin impuls-periodik rejimdə istilik buraxan obyekti üçün bir sıra dəqiq termostat- avadanlıq yaradılmasıdır, lazer elementlərinin termostabilləşdirmə və layihələndirmə prinsipləri işlənilmışdir ki, əhəmiyyətli dərəcədə onların kriterial parametrik xüsusiyyətlərinı artırdı. Materialların səmərəliliyini artıran, istilik keçiriciliyini azaldan laylararası nanostruktur elementlərinin alınması üsulları tədqiq olunub, bismut və sürmə xalkogenidləri kristallarının laylararası qarşılıqlı mübadiləyə təsir edən amillər tədqiq olunub. Laylararası fəzanın genişlənməsi şərtində elektron quruluşunun dəyişiklikləri tədqiq olunub: enerji zonalarının yerdəyişmə və parçalanmasının nəzəri hesablamaları optik və qalvanomaqnit ölçmələrlə təsdiq edilib.

Elmi əsərlərinin adları[redaktə | mənbəni redaktə et]

1 К.Ш. Кахраманов. Исследование эвтектик некоторых систем AIVBIV – NiSb(Co2Ge) и их применение в термоэлементах. Неорганические материалы, том 17, №7, 1981.

2. К.Ш. Кахраманов, А.П.Алиев. Теплопроводность твердых растворов на основе сульфида свинца. Неорганические материалы, том 18, № 19, 1982.

3. К.Ш. Кахраманов, Р.М.Рошаль. Эвтектические композиции - твердотельные сверхструктуры. Неорганические материалы, том 22, № 10, 1986.

4. F.K. Aleskerov, S.K. Kahramanov, М.М. Asadov, K.S. Kahramanov. Bi2Te3-xSex<Ag>(x=0.04) nanocrystal formation. Semiconductor Physics, Quantum Electronics & Optoelectronics, 2009. V. 12, N 1. p. 72-76.

5. Алескеров Ф.К., Кахраманов К.Ш., Джавадов Н.Г. Формирование наноструктур олова на поверхности (0001) Bi2Te3. Нанотехника, 2009, №4(20), с.51-53

6. Алескеров Ф.К., Кахраманов К.Ш. Межслоевые наноструктуры в термоэлектрических кристаллах типа Bi2Te3. Термоэлектричество, 2009, №2, с. 70-79

7. Алескеров Ф.К., Кахраманов K.Ш. Перколяционный эффект в кристаллах Bi2Te3, легированных медью или никелем. Неорганические материалы, 2012, том 48, №5.

8. K.Sh. Kakhramanov, F.K. Aleskerov, S.Sh. Kakhramanov, S.A. Nasibova. Self-organization of low-dimensional nanostructures in layered crystals of A2VB3VI type. Journal of Thermoelectricity №4, 2013,p.54-66


İstinadlar[redaktə | mənbəni redaktə et]