Kamil insan

Kamil İnsan — (ərəb. الإنسان الكامل‎) İslam teologiyası, irfanı, sufiliyimistikasında geniş yayılmış anlayış.

Terminin məzmunu

[redaktə | mənbəni redaktə et]

İslam baxımından kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İslama görə kainatda ən kamil insan əfəndimiz Hz Məhəmməd (s) ibn Abdullahdır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur.[1] Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və dini təlim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yəni onun mənəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli məlumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun me᾽yarları əsasında formalaşdıra bilərik. Əgər islamın nəzərdə tutduğu "kamil insan" simvolunu tanımasaq heç vaxt tam və kamil müsəlman ola bilmərik.[2] Kamil İsnas anlayışını İslamda İbn əl-Ərəbi ilk dəfə fəlsəfi və irfani nəzəriyyə formasında vermişdir.[3] Onun irəli sürdüyü nəzəriyyə uzun əsrlər islam alimləri tərəfindən araşdırılmışdır.[4]

Bu barədə daha ətraflı məlumat əldə etmək üçün Mürtəza Mütəhhərinin "Kamil insan", Könül Bünyadzadənin "İnsan:kamilliyin arxitektonikası" və Ələddin Məlikovun Fəlsəfə və Mistikada "Kamil İnsan" konsepsiyası adlı kitablarına müraciət edə bilərsiniz.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Fəlsəfə və Mistikada "Kamil İnsan" konsepsiyası". 2018-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.
  2. İnsan: Kamilliyin Arxitektonikası. Bakı, Zərdabi LTD, 2014.
  3. "Fəlsəfə və Mistikada "Kamil İnsan" konsepsiyası". 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.
  4. "Fəlsəfə və Mistikada "Kamil İnsan" konsepsiyası". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.