Ələddin Mehman oğlu Məlikov (ing. Aladdin Malikov; 16 sentyabr 1982[1], Sumqayıt) — müəllim, fəlsəfə və din fəlsəfəsi tədqiqatçısı, epistemoloq, şərqşünas, tərcüməçi və araşdırmaçı yazar, fəlsəfə üzrə elmlər doktoru, dosent.[2][3][4][5]
Ələddin Məlikov 16 sentyabr 1982-ci ildə Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. 1989-cu ilin sentyabr ayının biri tam orta məktəbə getmiş və 2000-ci ildə Z.Nəcəfov adına orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.[6]
Ailəlidir.[7]
- 1989–2000-ci illər şəhid Z.Nəcəfov adına iki saylı tam orta məktəbdə təhsil almışdır.[8]
- 2000–2004-ci illərdə Ümumdünya İslam Elmləri Akademiyası, Dinşünaslıq fakültəsi, "İslam fəlsəfəsi və mistikası" ixtisası üzrə bakalavr pilləsi.[9]
- 2004–2007-ci illərdə Qərb fəlsəfəsi üzrə "fəlsəfə və elmin metodologiyası" ixtisası, magistr pilləsi.[10]
- 2007–2010-cu illərdə, Fəlsəfə tarixi üzrə "fəlsəfə doktoru" (Ph.D) elmi dərəcəsi.
- 2010–2013-cü illərdə "Transandental fəlsəfə" üzrə "fəlsəfə elmlər doktoru" elmi dərəcəsi.[11]
- 2011–2013-cü illərdə fəlsəfənin tədrisi, elmi konfranslarda iştirakı, aktual elmi müddəaların həlli, əsaslandırması və göstərmiş təhsil, tədris, tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsi sonuçu, "dosent" elmi adı verilmişdir.[12]
- Beynəlxalq elmi, fəlsəfi və interdisiplinar "Metafizika" jurnalının[26] təsisçi və baş redaktoru.[27][28]
- "International Center for Developing Peace, Culture and Rationality" mərkəzinin elmi jurnalı olan "Comparative Studies of Human Rights Journal"ın redaksiya heyətinin üzvü.[29]
- "History of Science" jurnalının baş redaktoru.[30]
- Ölkədə və xaricdə müxtəlif universitetlər və institutlarda fəlsəfə, fəlsəfə tarixi, məntiq, epistemologiya, təsəvvüf, elmi tədqiqat metodları, dinlər tarixi, fars dili və ədəbiyyatı, şərq ədəbiyyatı tarixi, ərəb dili qramatikası, multikulturalizm və başqa fənnləri tədris etmişdir.
- AMEA Rəyasət Heyətinin Təhsil şöbəsinin müdiri [31] olmuş, şöbənin ixtisara düşməsi nəticəsində 01.11.22 tarixində işdən çıxmışdır.
- Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun elmi fəaliyyətinin əsas göstəricisi olan "Din Araşdırmaları Jurnalı"nın redaksiya heyətinin üzvü.[32]
O universitetin ilk illərindən etibarən dini, tarixi, fəlsəfi, elmi, ictimai və ədəbi sahələrdə müxtəlif mətbuat orqanlarında məqalələrlə çıxış etmişdir. Fəlsəfə, elm və ədəbi məzmunda bir çox kitabın müəllifidir. Həmçinin bir neçə kitabın tərcüməçisi və redaktoru olmuşdur. Kitabları ölkə daxili və xaricində çap edilmişdir. Bəzi kitabların yazılışında və nəşrində, həmçinin bir çox jurnalların redaksiya heyətinin həqiqi üzvü olaraq iştirak etmişdir. Xarici ölkələrin aparıcı tədqiqat mərkəzləri ilə əməkdaşlıq etmiş, elmi kitab və məqalələrin yoxlanılmasında yaxından iştirak etmişdir.[33]
- İzahlı Dini Terminlər Lüğəti, Həmmüəllif, Bakı, Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, 2020, 320 səh. (ISBN 978-9952-8370-9-4),
- Heydər Əliyevin Kəlamları (21 dildə), Bakı, 2019, 21-23 səhifələr. (ISBN 978-9952-28-442-3)
- Qoşa Qanad Ədəbi Almanax III, Eşqin Qətiyyətdən Doğan Qətiyyətsizliyi, Bakı, AMEA-AHİ, 2019, səh.201-213 (ISBN 978-9952-8364-5-5)
- Azərbaycan Respublikasının Konstitusiyası, (Fars dilində), Bakı, Elm və Təhsil nəşriyyatı, 2019, 84 səh. (ISBN 978-9952-8098-3-1), (http://dx.doi.org/10.33864/MTFZK.2019.32)
- Heydər Əliyevin Kəlmları (21 dildə), Bakı, Mütərcim Nəşriyyatı, 2019, 81 səh. (ISBN 978-9952-28-442-3), (fars dilənə çevirən)
- Fəlsəfə və İrfanda "kamil insan" konsepsiyası, Beynəlxalq Əl- Mustafa Universiteti nəşriyyatı, Birinci çap, 2014, 198, səh.[34],[35]
- İslam Peyğəmbəri Quran və əhli-beyt simasında, Darul-hədis nəşriyyatı, Birinci çap, 2014, 184 səh.
- Həcc əməlləri, Kövsər nəşriyyatı, Birinci çap, 2013, 366 səhifə.
- Məhdəviyyət dialoqu, Beynəlxalq Əl- Mustafa Universiteti nəşriyyatı, ilk çap, 2012, 144 səh.[36]
- İbn Rüşd, Sədrəddin Şirazi və İmmanuel Kant təfəkküründə "Zəka və İman" münasibətlərinin müqayisəli tədqiq və təhlili, Kitab, Birinci çap, Beynəlxalq Əl- Mustafa Universiteti nəşriyyatı, 2010, 303 səh.[37]
- Alvin Karl Plantinqa və Mürtəza Mütəhhəri təfəkküründə Zəka və İman münasibətlərinin müqayisəli tədqiq və təhlili, Maarif nəşriyyatı, Birinci çap, 2009, 339 səhifə.[38]
- Elm və din münasibətlərində dörd nəzəriyyə // Din araşdırmaları jurnalı (ISSN:2618-0030), 2021, №2 (7), səh.211-254., Həmmüəllif. (http://dx.doi.org/10.13140/RG.2.2.29819.80162) [39]
- Din fəlsəfəsinin tarixi, tərifi və digər anlayışlarla fərqi // Social Sciences (ANAS), 2019, №2, səh.61-66. (http://dx.doi.org/10.13140/RG.2.2.21653.06887) [40]
- Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, Məqalə, Metafizika jurnalı, 2018, № 2, səh 23–53.[41]
- İbn Rüşdün din fəlsəfəsi, Dini araşdırmalar jurnalı, 2018, № 1, səh 34–68.[42]
- "İmmanuil Kant fəlsəfəsində beynəlmiləl "Sülh" prossesi və onun zəruriliyi", Məqalə, "Comparative Studies of Human Rights" (İnsan haqlarının müqayisəli tədqiqi) jurnalı, 2016, № 2, səh 35–52.[43]
- Sədrəddin Şirazinin Əl- Hikmətul Mütaaliyə fəlsəfəsinə əsasən İnsan Ruhu və Nəfsinin substansial hərəkəti, Məqalə, Tülu jurnalı, Bahar, 2012, № 35, 23–46.[44],[45]
- İbn Əl-Ərəbi düşüncəsində "Kamil insan" konsepsiyası, Həft Aseman jurnalı, Bahar, 2012, № 53, 7–27.[46]
- "Din Fəlsəfəsi", Ziya məqalələr toplusu, cild 1, ilk çap, Bakı, 2010, səh. 47–54.[47]
- Əbu Hamid Qəzali və Mürtəza Mütəhhəri baxışlarında "Din ilə Zəka münasibətləri", Marif jurnalı, Yay, 2010, № 18, 181–204.[48]
- "İnanc yaxud Zəka", Məqalə, Ziya məqalələr toplusu, cild 1, ilk çap, Bakı, 2010, səh. 38–46.
- İmmanuel Kant, İbn Rüşd və Sədrəddin Şirazi təfəkküründə "Epistemologiya" məsələsinin tədqiq və təhlili, Tülu jurnalı, Bahar, 2009, № 27, səh. 65–84.[49]
- "Alvin Karl Plantinqa və Mürtəza Mütəhhəri baxışında "Ağıl və İman" paradoksunun problemləri və perespektivləri", Pəjuhə jurnalı, 2008, № 32, səh. 27–38.
- "İslam və Fəlsəfə" (müvafiq yoxsa müxalif), Son Ümid jurnalı, 2008, № 7, səh. 61–63.
- "Azərbaycan Respublikası oddan İslamadək (dini- fəlsəfi cərəyanlar)", Təqrib təfəkkürü jurnalı, Bahar, 2008, № 14, səh. 137–159.
- "Əbu Nəsr Əl- Farabi və Sədrəddin Şirazi baxışında vəhy məsələsinə fəlsəfi baxış", Pəjuhə jurnalı, 2008, № 34, səh. 8–21.
- Sədrəddin Şirazi fəlsəfəsində ağıl və iman münasibətlərinin təhlili, Məqalə, Metafizika jurnalı, 2019, № 1, səh 37–57.[50]
- "Nizami Gəncəvi və Sədrəddin Şirazi görüşlərində insan nəfsinin substansial inkişafı", Beynəlxalq Nizami Gəncəvi Konfransının məqalələr toplusu, Təbriz, cild 1, 2018, səh 649.[51]
- "Azərbaycan Cümhuriyyət dövrünün fəlsəfi fikrini formalaşdıran amillər", "Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik" elmi konfransının materialı, 20.02.2018.[52],[53]
- "Müasir şərqşünaslığın aktual problemləri" (Ziya Bünyadov qiraətləri) Konfransının matrealı, "XX əsr Azərbaycan tarixi və mənbəşünaslıq elminin inkişafında akademik Ziya Bünyadovun rolu", "Müasir şərqşünaslığın aktual problemləri" (Ziya Bünyadov qiraətləri) Konfransının məqalələr toplusu, ilk çap, 2017, səh 93.[54]
- "Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" Konfransının matrealı, "Cənubi qafqazda etnik- ərazi münaqişələrin regional proseslərə təsiri", "Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" konfransının məqalələr toplusu, ilk çap, 2017, səh 9.[55]
- "əl-Farabi" konfransının matrealı "Əbu Nəsr Əl- Farabi baxışında Vəhyin keyfiyyəti", Əl- Farabi konfransının seçilmiş məqalələr toplusu, Fəlsəfə tarixi dərnəyi, ilk çap, Qış, 2011, səh. 49–50.
- "Elmin inkişafı tarixi" Konfransının matrealı, "Dini elmlərinin praktiki tədbirləri və teori əsasları", Elm inkişafının tarixində dinin rolu konfransının seçilmiş məqalələrinin xülasəsi, Azad İslam Universiteti, ilk çap, Qış, 2009, səh 23[56],[57]
İşin adı |
İşin növü |
Ümumi sayı |
WikiBooks |
Həmmüəllif
|
Kitabları |
Kitab |
15 |
Bax→ |
2
|
Məqalələri |
Məqalə |
110 |
Bax→ |
5
|
Tezisləri |
Tezis |
27 |
Bax→ |
2
|
- "Epistemologiya sahəsində tədqiqatlara görə Nəsirəddin Tusi" adına İİR-nın "elm mükafatı"na layiq görülmüşdür.[58]
- "Əllamə Hilli" adına gənc alimlər üçün keçirilən Qnoseoloji araşdırmalar mükafatına layiq görülmüşdür.[59]
- AMEA Rəyasət heyətinin 28 may- Respublika günü münasibətilə AMEA-nın gənc alimləri üçün elan etdiyi qrant- elmi müsabiqədə, "Epistemologiya" sahəsində əsərlərinə görə, müsabiqənin qalibi olmuşdur.[60]
Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti Ramiz Mehdiyevin elmi işlər üzrə köməkçisi olduğu vaxtda,[61] haqqında mətbuatda gerçək olmayan və reallığı əks etdirməyən xəbər nəşr edilib. Xəbərdə bildiilirdi: "əvvəllər Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Rəsmi yazışmalara nəzarət şöbəsində işləmiş Məlikov Ələddin Mehman oğlu hazırda AMEA-da 6 vəzifə tutur".[62] Həmin zaman məhz verilən məlumatın Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olması və bunun gerçək olması bir tərəfə qalsın mümkün olmaması barədə rəsmi cavablar mətbuatda öz əksini tapdı.[63] [64]