Kamillo Kavur

Kamillo Kavur (10 avqust 1810- 6 iyun 1861, Torino), İtalyan dövlət xadimi, beynəlxalq və inqilabçı hərəkatlardan yararlanaraq Savoyya sülaləsi idarəsində İtaliyanın birliyini yaradan və yeni krallığın ilk baş nazırı olan Piyemontlu mühavizəkar dövlət adamı.[1]

Kamillo Benso Kavur
it.
Doğum tarixi
Doğum yeri Turin, I Fransa imperiyası
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Turin, İtaliya krallığı
Vəfat səbəbi Malyariya
Atası Michele Giuseppe Francesco Antonio Benso
Anası Adelaide Suzanne
Milliyyəti İtalyan
Fəaliyyəti siyasətçi, diplomat, iş adamı, yazıçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ailəsi və gənclik dövrü

[redaktə | mənbəni redaktə et]

Köklü bir keçmişi olan Kavurlar nəsli 16-cı əsrdən başlayaraq əsgər və məmur olaraq Savoyya sülaləsinə xidmət etmişdir. Kamillonun Cenevrə doğumlu və Kalvinist olan anası, dövrün bütün siyası, dini və toplumsal cərəyanlarına açıq bir şəhər olan Cenevrənin abu-havasını ailəyə gətirərkən, atası Michele də, köhnə rejimlə əlaqələri ilə əlaqədar Fransız Burjua İnqilabı ilə nüfuzu təhlükə altına girən ailənin Napaleon dövründə yenidən seçkin bir pilləyə gətirmişdi. Kavur, 10 yaşında Turin Hərbi Akademiyasına qəbul oldu. Ailənin kiçik oğlu olaraq miras gözləntisi olmadığından, qarşısındakı tək yol Savoyya və Piyemont şahzadəsi Karl Albertin qoruyuculuğu altında parlaq bir məqama çatmaq idi. Hələ tələbəlik illəri zamanı siyası düşüncələrə maraq hiss etməyə başladı. 1821-ci ildəki məşrutiyyətçi Piyemont inqilabının hərbi tələbələrə qədər yayılan azadlıq və milli yönlərindən təsirləmdi. Ailə içindəki söhbətlər zamanı Burbonlar sülaləsinin yenidən hakimiyyətə keçdiyi Fransadakı daxili siyasi dəyişikliklər, Osmanlı idarəsinə qarşı Yunan üsyanı, Rusiyadakı Dekabrist qiyamı kimi dövrünün mövzularını yaxından izlədi. Bencamin Franklin, Piyemont inqilabının məşjur lideri və uzaq qohumu Santorre de Santarosa kimi insanlara duyduğu simpatiya coşqulu bir şəkildə üzə vurmağa başladı. Özündən üç yaş böyük bir hərbi tələbə olan Baron Severino Kassionun təsiri ilə vətənpərvər və millətçi cərəyanlara yönəldi. Respublikaçı kimi tanınan Kassio ilə yaxınlığından rahatsız olan ailəsi bu münasibətləri sonlandırmasını istəyincə, böyük bir təpki göstərdi. Ailəyi bu müdaxiləyə yönəldən, 1824-cü il-də şəxsi xidmətinə verildiyi Vəliəhd Şahzadə Karl Albertə tərs münasibəti idi. Şahzadə ilə arasının pozulmasına səbəb olan bu durum, saraydan uzaqlaşdırılmasına və 20 il qədər heç bir siyasi vəzifə almamasına səbəb oldu.

Cavour's Kavurlar nəslinin qalası, hal-hazırda Genuyanın bir bölgəsidir

Siyasi fikirlərinin İnkişafı

[redaktə | mənbəni redaktə et]

1826-cı ildə leytenant olaraq orduya qəbul edildi. Əvvəl Turinə sonra isə 1830-cu ildə Genuyaya getdi. Burada aşırı radikal demokratik və respublikaçı fikirlərini müdafiə edən Anna Giustiniani ilə tanışdı. O dövrlərdə Cüzeppe Madzininin rəhbərlik etdiyi gizli inqilabı təşkilat olan Karbonarianın bir çox üzvləri tez-tez Annanın evində görüşərdi. Kavur, Annaya olan sevgisi və Severino Kassio ilə yenidən qurduğu dostluğun təsiri ilə radikalizmi mənimsədi. Bu arada, 1830-cu ildə Fransız İnqilabı inqilabçı hissini daha da qatılaşdırdı. Avropadakı siyasi hadisələrdən bəhs edən qəzetləri yaxşı izləyə bilmək üçün İngiliscə öyrəndi. Fransız yazıçıları Benjamin KonstantFrans Guiztun liberal fikirlərindən irəli çıxaraq mütləq monarxiyaya, , torpaq sahibləri, aristokratiya və ruhani sinfinin mənfəətlərini təmsil edən Burbon tərəfdarı geriçiliyə və taxt ilə kilsə arasındakı birliyə qarşı kəskin bir mövqe sərgilədi. Bu hadisələr üzərinə yenidən rəsmi məqamların xəyallarını qurdu və polis nəzarəti altında tutulmağa başladı. Atasının araya girməsi ilə edam edilməyərək, uzaq bir dağ qalasına sürgün edildi. Artıq orduda qala bilməyəcəyini başa düşdüyündən 1831-ci ildə istefa etdi. Atasının müdaxiləsi ilə Turinin cənubundakı bir kəndə bələdiyyə başçısı kimi göndərildi. Bu zaman əmilərinin bu tərəflərdəki geniş torpaqlarının idarəsini üstləndi. Özünü kənd təsərrüfatı və biznesə həsr etdi. Leridəki torpaqlarının modern bir işlətmə vəziyyətinə gətirdi. Banko de Turinin səhmdarına çevrildi. Bu zamanlarda yoxsulalrın və məhkumların təhsili ilə bağlı problemləri araşdırmağa keçdi. 1834-cü ildə yoxsulluq barədə yazdığı araşdırma, sonrakı il Londonda yayınlanan Report from His Majesty's Commissioners for inquiring into the Administration and practical Operation of the Poor Laws ( Kralın Yoxsullara Yardım Qanunlarının həyata keçirilməsi və praktikadakı işləyişini araşdırmaqla vəzifəli Komitənin Hesabatı ) adlı kitabçada yer aldı. İngiltərədəki Yoxsullara Yardım Qanunlarının tarixi barədə ikinçi kitabçasını 1835-ci ildə Turində nəşr etdirdi. Həmçinin də, çoxdan planlaşdırdığı ParisLondon səyahətlərini tamamladı. Beləcə konstitutsiyalı və liberal rejimlər tərəfindən idarə olunan, sürətli iqtisadi və toplumsal inkişafdan keçən Qərbin iki böyük paytaxtını tanıma fürsətini tapdı. İngiltərədə Tokiavelli ilə rastlaşdı. İngiltərə və Fransadakı parlamentar işləyişi incələdi, universitetlərdəki dərslərə qatıldı, fabrikləri, dəmiryollarını, limanları, xəstəxana, məktəb və həbsxanaları gzdi. Bu iki Qərb paytaxtında və Cenevrədə qazandığı təcrübələr, radikallıqdan uzaqlaşaraq orta yolu izləməsinə səbəb oldu. Daha yaxşı bir cəmiyyət qurmaq üçün şiddətə baş vurmağı gərəkli görən devrimçilərə olduğu qədər, gözü qapalı bir şəkildə hər cür yeniliyə qarşı çıxan, nəticədə inqilabı hərəkatlara səbəb olan qatı mühavizəkarlara da mənfi münasibət duymağa başladı. Hər şeydən əvvəl, yaxşı bir Avropalı olmağı istəməklə birlikdə, millətçi və vətənpərvər mövqeyini də dəyişmədi. Dəyərini anlayan bir dostunun Fransadakı parlaq bir gələcək üçün Pyemontdan ayrılması təklifını bu səbəbdən rədd etdi. 1835-ci ildə səyahətindən geri döndükdən sonra bir sıra ticarı girişim etdi və nəticədə böyük bir sərvət qazandı. Ayrıca yazılarıyla da bəlli bir məşhurluq qazandı.[2]

Gənç yaşlarında Kavurun portreti.

Siyasi kariyerası

[redaktə | mənbəni redaktə et]

1848-ci ilə doğru, Avropanı bürüyəcək inqilabı bir fırtınanın ilk cücərtiləri özünü bəlli edincə, Kavurun siyasətə duyduğu maraq yenidən əvvəlki maraqlarını arxa plana atmağa başladı. Kral Karl Albertin reformist qərarlarının və mətbuata müəyyən bir azadlıq tanımasından sonra tam mənada siyasətə döndü. 1847-ci ildə kralın Fövqəladə Müşafiri Kesare Balbo ilə razılaşaraq, qısa müddətdə radikal reformların baş müdafiəçısı vəziyyətinə gələn II Risorgimento adlı qəzəti nəşr etdirməyə başladı. Bu qəzətdə konstitutsiyalı krallıqdan və Savoyya sülaləsinin öndərliyində İtaliya birliyindən tərəf oldu. İqtisadi sahədəki liberal fikirlərinə baxmayaraq, siyasi mənada o daha çəx mühavizəkar idi. Karl Albertin liberal bir konstitutsiya qəbul etməsində müəyyən bir rol oynadı. II Risorgimentonun vasitəsi ilə, LombardiyaVenesiyanı əlində saxlayan Avstriyaya müharibə elan etməyin tarixi məcburiyyət olduğunu yaymağa başladı. Parlamentə seçildikdən sonra mərkəzçilərlə inqilabçılar arasında orta bir yol izlədiyindən, həm sağın, həm solun düşmənliyini qazandı. Avstriyaya girilən müharibə Piyemontun əleyhinə bir gəlişmə göstərincə, orduya könüllü yazılmağa qərar verdi. Amma III Qanunverici Məclisə seçildikdən sonra, itirilmiş bir savaşın davam etdirilməsini müdafiə edən solun radikal qanadına qarşı çıxaraq, Avstriya ilə sülh andlaşmasının ratikivikasiya üçün çalışmağa başladı. 1848-ci ilin iyununda ara seçimlərində millət vəkili seçilincə, Kustoza məğlubiyyətinin yaratdığı qarışıqlıq ortamında ağıl yolunu göstərməyə çalışdı. Cəhdləri boşa çıxdı, 1849-cu ilin yanvar seçkilərində məğlub oldu. Novara məğlubiyyəti və Karl Albertin taxtdan əl çəkməsindən sonra yenidən Turin millət vəkili seçildi. Maliyyə və hərbi mövzularla bağlı mübahisələrdə dərin bilgisiylə, Marki Massimo Taparelli Azeglionun sağ yönlü hğkümətini dəstəkləyən çoxluq millət vəkilləri arasında vacib bir yer aldı. 1850-ci ilin oktyabrda Azeglio hökumətinin Kənd Təsərrüfatı və Ticarət Nazirliyinə gətirildi və qısa zamanda hökumətin ən vacib və təsirediciüzvü oldu. Fransa, Belçika və İngiltərəylə edilən bir sıra müqaviləylə, sərbəst ticarətin ola bildikcə genişlənməsini üçün şərait yaratmağa çalışdı. Ayrıca, Piyemont ilə böyük dövlətlər arasında bir iqtisadı maraqlar əlaqəsi yaradaraq, Avstriyaya qarşı siyasi bir ittifaqın zəminini hazırlamağa başladı.[3] 1850-ci ildə Maliyyə Nazirliyinə gətirildikdən sonra mərkəz sağ ilə mərkəz sol arasında bir ittifaq yaratmağa çalışdı. Beləcə, Piyemontu dünyəviləşdirməyə və modernləşdirmə siyasətini daha böyük bir hərəkat sərbəstliyinə çatdıra biləcək yeni bir çoxluq yaratmaq istəyirdi. Konnubio (Evlilik) olaraq adlandırıln bu ittifaq, məclisdəki dəstəyini bütünlüklə itirmiş olan Azeglionun istefasına səbəb oldu. 1849-cu ildə Karl Albertın yerinə keçən II Viktor Emanuel, yenidən güclü bir Azeglio hökuməti qurma cəhdlərinin nəticəsizliyi müqabilində, hökumət qurma yekisini Kamillo Kavura verməyə məcbur oldu. Beləcə, Kamillo Kavur, bu tarixdən etibarən ölümünədək İtaliyanın siyasi lideri oldu.

1852-ci ildə II Viktor Emanuel tərəfindən baş nazirliyə gətirilincə, özü mərkəz sağ partiyası ilə Rattazzinni idarə etdiyi mərkəz sol arasında ittifaqa söykənən bir hökumət qurdu. Hökuməti ortaya bir iqtisadi reform programı qoydu: torpaqların mənimsənilməsi və suvarılması, Piyemontun ticarətini inkişaf etdirmə, proteksionist ticarət, Banko de Sedegnanın qurulması və dəmiryollarınınn artırılması. Kavur eyni zamanda ordu islahatı həyata keçirdi və ordu yenidən təşkil olundu. Piyemont kilsəsinin imtiyazlarını qaldıraraq və monastrların mülkiyyətini müsadirə edərək, kilsənin gücünü azaltmağa çalışdı. Bu siyasət kilsəyə qarşı olaraq bilindi və kilsə dairələrinin Kavura qarşı çıxmasına səbəb oldu. Kavur istefa verdi, ancaq vəzifəsinə yenidən döndü. İtaliyanın birliyini yaratmaq məqsədi ilə La FarinaDaniel Maninin qurduğu Societa Nazionale-dən istifadə edərək, yarımadada, milli bir xanədanlığın idarə etdiyi tək krallıq olan Piyemont ilə birləşərək xarıcı işğaldan qurtulmaq ideyasını yaydı. Piyemontun digər dövlətlərdən fərqi burada konstitutsiyalı monarxiyanın olması, həmçinin də keçirilən iqtisadi islahatlar nəticəsində burada sürətli iqtisadi inkişafın olması bu ideyanın daha sürətlə yayılmasına səbəbə olurdu. Digər tərəfdən Avstriyaya qarşı müttəfiq qazanmaq üçün, Kavur Piyemontun İngiltərə və Fransanın müttəfiqi kimi Krım Savaşına qatılmasına qərar verdi.

Kavur Sardiniya krallığının Baş Naziri olarkən, 1850-ci il.

Krım müharibəsi və Paris sülh konfransı

[redaktə | mənbəni redaktə et]

İtaliya problemini Avropa dövlətlərinə çatdırmaq üçün ilk şərait Krım müharibəsi zamanı yarandı. Belə ki, Rusiya imperiyasının Osmanlının ərazi bütövlüyünə etdiyi hörmətsizliklər, həmçinin də onun boğazlara yiyələnmək siyasəti Fransa və İngiltərə tərəfindən müqavimətlə rastlaşdı. Piyemont kralı II Viktor Emanuel Fransa və İngiltərəyə yardım haqqında söz verdi. Lakin Piyemontun Krım macərası Kavurun nazirləri tərəfindən rədd olundu. Kavur iki yol arasında qaldı- ya müharibəyə girmə qərarı verərək, öz nazirləri tərəfindən istefa verməyə məcbur ediləcək, ya da müharibəyə girməmək qərarı verərək, kral tərəfindən vəzifəsindən alınacaqdı. Lakin Kavur həmişəki bacarığı və özünəinamı nəticəsində müharibəyə girmək haqqında öz nazirlərini razı sala bilir. Bu müharibədə Rusiya məğlub edilir. Avstriyanın bu müharibədə bitərəf olması Piyemontu Fransa və İngiltərə ilə daha da yaxınlaşdırır. Bu üç dövlətin təzyiqi olduqdan sonra Avstriya Rusiyaya ultimatum verir və sülhə məcbur edir. Sülh konfransı Parisdə keçirilir. Bğyük dövlətlərin yığıncağına Kavurun səyləri nəticəsində kişin Piyemont dövləti də dəvət olunur. Kavur burada məşhur avropa diplomatları ilə görüşlər keçirir. Nəhayət III Napaleonu razı sala bilir. 1858-ci ildə Plombiers şəhərində keçirilən gizli görüşdə III Napaleonla Kavur razılığa gəlirlər. Belə ki, bu iki dövlət Avstriyanı müharibəyə başlamağa təhrik etməli idilər. Qazanılan qələbədən sonra isə Fransa Avropanın ən böyük dövləti olmalı, həmçinin Piyemont ona SavoyyaNissa şəhərlərini verməli idi, Fransa isə Lombardiyanı Piyemonta verməli idi. 1859-cu ilin əvvəlləri üçün artıq bu gizli görüş haqqında şayiələr yayılmağa başladı. İngiltərə işə qarışdı, onun kompaniyası ilə Kavura qarşı şəxsi və siyasi təzyqlər gücləndi. Kavur tam istefa vermə mərhələsində ikən Avstriya Kavurun buraxdığı şayiəyə inanaraq, Piyemonta silahlanmanı dayandırması haqqında ultimatum verdi. Əks halda isə, müharibə ilə hədələyirdi. Avstriyanın müharibə elan etməsinın ardınca Fransa da Avstriyaya müharibə elan etdi. 1859-cu ilin iyun ayında Maqenta döyüşündə Avstriya qoşunları darmadağın edildi. Bunun ardınca Salferino döyüşündə Avstriya qoşunları tam darmadağın edildilər. Bu qələbədən sonra Orta İtaliyada inqilabı hərəkat başlandı. Bundan qorxuya düşən III Napaleon Avstriya imperatoru I Frans İosiflə Villafrankada sülh imzalandı. Sülhə görə Lombardiya Piyemonta verildi. Müharibə Toskana, ModenaParma hersoqluqlarında və Po çayı ilə Alp dağları arasında, Bolonyadan Kattolikaya qədər uzanan Papalıq Dövlətində inqilabı hərəkarlara yol açdı. Hersoqlar və Papa nümayəndələri qovuldu. Atəşkəs, Kavurun Alplardan Adriatikə qədər bütün İtaliyanı qurtarmaq yanında əhəmiyyətsiz qalan Lombardiyanın ələ keçirilməsi xaricində, hər şeyi sual altında qoyurdu. Kavur, Villafrankadakı uğursuzluğunun hirsini sanki kraldan çıxırmış kimi, istefa verdi. Ancaq kralın təkidi ilə yenidən 1860-cı ildə Baş Nazir oldu. Bu zaman Kavur daha çox daxili hissələrdə olan və keşmiş Piyemont hökmdarlarına məxsus hersoqluqların ilhaqı ilə məşğul olmağa başladı. Bunu isə yalnız Savoyya və Nissanın Fransaya verilməsindən sonra münkün ola bilərdi.

Nissanın Fransaya verilməsi, xalq qəhrəmanı Cüzeppe Haribaldı ilə Kavurun münasibətlərini gərginləşdirdi. Piyemontun Alp dağları divarını əldən çıxarmasını yalnız İtaliyanın daxilinə və İki Siciliya Krallığına tərəf genişlənmə ilə zərərsizləşdirilə bilərdi. Amma qıtənin sakitliyini tez-tez pozduğu üçün Avropa diplomatiyasının sevilməyən adamı vəziyyətinə düşən Kavur, İngiltərədən dəstək almasa vəziyyəti ələ alacaq vəziyyətdə deyildi. Kavurun əl-qolunun bağlanmasından yaranan sakitliyi Cüzeppe Haribaldı pozdu. Məşhur Minlər Səfəri ilə Siciliyaya çıxan Haribaldı adadakı və cənubdakı Burbon hakimiyyətini Balturno döyüşündəki qələbəsi ilə devirdi. Haribaldının cəsur hərbi zəfərləri Kavurun diplomatiyasını bir müddətlik ikinci plana atdı. Daha da vacibi, mülayim və monarxist bir İtaliya ilə respublikaçı bir İtaliya arasındakı mübarizənni ilk cücərtiləri görünməyə başladı. Lakin Haribaldının güzəştə getməsi və Kavurun diplomatiyası nəticəsində bu narazılıq aradan qaldırıldı. Avropadakı gözündə inqilabçı hərəkatları qarşısında hüququn və düzənin, III Napaleonun qarşısında isə Haribaldinin hücumlarına qarşı Papalıq torpaqlarınının son parçasının qoruyucusu vəzifəsini qazanan Kamillo Kavur Haribaldini dayandırmaq və iki İtaliyanı birləşdirmək üçün Vittorio Emanuele komandanlığı altında bir ordunu Marche və Umbriaya göndərdi. 1861-ci ilin martında Turində İtaliya krallığının yaradıldığı elan olundu. Kamillo Kavur isə az müddət sonra vəfat etdi.

  1. Martin, Henri (1859), C. Benso, Paris.
  2. Beales & Biagini, The Risorgimento and the Unification of Italy, p.108.
  3. Jonathan, "The Siege of Milano" Keates, 2005
  • H.Rövşən, "Yeni tarixdən mühazirələr kursu" Bakı,);
  • Oxsford lüğəti, Kamillo Benso maddəsi