Kamp de Les Korts

Kamp de Les Korts (Les Korts kimi də adlandırılır) — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərində yerləşən idman stadionu. 1957-ci ildə Barselona FK Kamp Nouya köçənə qədər klub ev oyunlarını burada keçirirdi.

Les Korts
Kamp de Les Korts stadionu 1930-cu ildə
Kamp de Les Korts stadionu 1930-cu ildə
Xəritə
Tam adı Kamp de Les Korts
Açılış tarixi 20 may, 1922
Yenidən qurulma tarixi 1926
Bağlanma tarixi 1966
Sökülmə tarixi 2 fevral 1966
Memar Santiaqo Mestres Josep Alemani
Sahibi Barselona FK
Tamaşaçı tutumu 60000
Ev sahibi komanda Barselona FK (1922-1966)
Meydançanın ölçüləri 101 m × 62 m
Ot örtüyü təbii qazon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Les Korts klubun prezidenti Joan Qamper tərəfindən Barselonanı öz stadionu ilə təmin etmək üçün hazırlanmış üzunmüddətli planın nəticəsi kimi tikilmişdi. Stadion Barselonanın ev stadionu kimi Camp de la Indústria stadionunu əvəzləmişdi. 1922-ci ildə açılan stadion ilk əvvəllər 20000 tamaşaçı tutumuna malik olub. Stadionda ilk oyun BarselonaSent Mirren klubları arasında olub. 13 may 10923-cü ildə stadionda Atletik BilbaoCE Evropa arasında İspaniya Kral Kubokunun finalı, 21 dekabr 1924-cü ildə İspaniyaAvstriya milli komandaları arasında oyun təşkil olunub.

24 iyun 1925-ci ildə stadion məlum hadisədən sonra altı ay müddətində bağlı qalıb. Belə ki, oyun zamanı Barselona klubunun azerkeşləri İspaniya himnini fitə basıb və Britaniya Kral Donanması orkestrinin ifa etdiyi God Save the King himnini alqışlayıblar. Migel Primo de Rivera diktaturası Kataloniya millətçiliyini təbliğ edən Joan Qamperi ittiham edib. Les Korts stadionu bağlanıb və Joan Qamber İspaniyadan qovulub.

Stadion Barselona klubunun iki ən uğurlu dövrü ərzində ev stadionu olub. 1920-ci illər ərzində Cek Qrinvellin baş məşqçiliyi və Paulino Alkantara ,Emilio Saqi Linan, Rikardo Samora, Cozep Samiter, Feliks SesumaqaFrans Platko kimi oyunçularla klub Katoloniya futbol çempionatında liderlik edirdi və İspaniyada ən yaxşı klublardan biri kimi görünürdü. Antoni Ramallets, Juan Velasko Zambudio, Sesar Rodrigez, Joan Seqarra , Ladislav Kubala, Luis Suarez kimi futbolçuların klubda çıxış etdiyi 1940–1950-ci illər klubun ikinci qızıl dövrü idi.

Stadion 1940-cı illərdən sonra bir neçə dəfə genişləndirilib və tutumu 60000 nəfərə çatıb. Lakin stadionun daha da genişləndirilməsi üçün əlavə yer yox idi və 1950-ci ildə klub yeni stadionun -Kamp Nounun tikintisi üçün plan hazırlamağa başladı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]