Kamran Şəfiyev

Kamran Rauf oğlu Şəfiyev (22 dekabr 1966, Bakı) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2010—h.h).

Kamran Şəfiyev
Vəzifədədir
22 iyun 2010-cu ildən
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1966(1966-12-22) (58 yaş)
Doğum yeri
Təhsili
Elmi fəaliyyəti
Elm sahəsi hüquqşünas

Təltifləri "Tərəqqi" medalı

Kamran Rauf oğlu Şəfiyev 22 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

1985-ci ildə Başkir Muxtar Sovet Sosialist Respublikasının İşimbay şəhər Xalq Məhkəməsində kargüzar, 1986-cı ildə Ufa şəhər Soveti Xalq Məhkəməsində kargüzar, məhkəmə iclasının katibi işləmişdir.

1994–1998-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində işləmişdir. 1998–2008-ci illərdə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdirinin müavini, 2008–2010-cu illərdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifələrində işləmişdir.

1998–2000-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı tarixli 1521 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

10 iyil 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.

22 iyun 2023-cü ildə Məhkəmə-Hüquq Şurasına üzv seçilib.

Elmi fəaliyyət

[redaktə | mənbəni redaktə et]
  1. Права человека: международные стандарты и законодательство Азербайджанской Республики —Баку: Издательство Şirvannəşr 2003. 235 c.
  2. Право на частную жизнь—Баку: Издательство Şirvannəşr 2010. 207 c.
  3. Право на выражение мнения—Баку: Издательство Şirvannəşr 2017. 221 c.
  1. Права человека в решениях Верховного Суда США ("Ганунчулуг" № 7. 1997)
  2. Смертная казнь в контексте проблемы прав человека ("Ганун" № 5. 1998)
  3. Омбудсмен на страже прав человека ("Ганунчулуг" № 12. 1998)
  4. Правовые аспекты права на жизнь (Azərbaycan hüquq jurnalı № 2. 2002)
  5. Принципы самоопределения народов в условиях глобализации // (Кавказ и Глобализация том 1(3) 2007)
  6. Универсальность прав человека и принцип культурного релятивизма // (Кавказ и Глобализация том 2 (1) 2008)
  7. Сила права и "право силы" в международных отношениях // (Кавказ и Глобализация том 6 (1) 2012)
  8. Право народов на самоопределение:политико-правовой анализ // Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı. — 2014 — № 1. — S. 72–87.
  9. Некоторые вопросы соотношение конституционных прав свободы выражения мнения и свободы совести Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı. — 2015 — № 2. — S. 71–76.
  10. О государственном суверенитете в современном мире //Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı. — 2016 — № 3. — S. 92–102.

Ailəlidir, iki övladı var.

http://www.constcourt.gov.az/structure/9 Arxivləşdirilib 2019-06-13 at the Wayback Machine

https://president.az/articles/29382

https://report.az/daxili-siyaset/mehkeme-huquq-surasina-daha-iki-uzv-secilib/