Kamuran Tanhan (1979, Mardin ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Kamuran Tanhan | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Mardin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1979 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Fəaliyyəti | siyasətçi, vəkil |
Kamuran Tanhan 1979-cu ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub.[1]
Mardində hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin Mardin şöbəsinin İdarə Heyətinin üzvü, İnsan Hüquqları Dərnəyi İdarə Heyətinin əvəzedici üzvü olub.[1]
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.[1]