Kanada–Qazaxıstan münasibətləri

Kanada–Qazaxıstan münasibətləriKanada ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Ölkələr 1992-ci ildə bir-birləri ilə diplomatik əlaqələr qurmuşlar. Kanadanın Astanada səfirliyi var. Qazaxıstanın Ottavada səfirliyi və Torontoda konsulluğu vardır. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf BankıAvropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.

Kanada–Qazaxıstan münasibətləri
Kanada və Qazaxıstan
 Kanada  Qazaxıstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1992-ci ildə ölkələr arasında diplomatik əlaqələr qurulduqdan sonra, Kanadada Almatıda səfirlik açır (daha sonra bu Nursultana köçürülür). Qazaxıstan da Ottavada səfirliyini açır[1]. 31 mart 2009-cu ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Kanada Baş naziri Jan Kretien ilə görüşərək ölkələr arasındakı əlaqələrin daha da inkişaf etdirilməsini müzakirə edir. Danışıqlardan sonra Jan Kretien, ölkələrin yeni iqtisadi imkanlardan istifadə etməli olduqlarını və yeni layihələrin vaxtının gəldiyini söyləyir[2]. 2009-cu ilin aprelində Qazaxıstan Baş naziri Kərim Məsimov Kanadalı senator Konsilio Di Nino ilə görüşür. Tərəflər Qazaxıstan-Kanada münasibətlərinin daha da inkişaf etdirilməsini müzakirə edir[3]. 13 noyabr 2013-cü il tarixində Qazaxıstan Xarici İşlər Naziri Yerlan İdrisov və Kanada Xarici İşlər Naziri Jon Berd dinc nüvə enerjisi və bu sahədə yeni texnologiyalar haqqında yeni bir müqavilə imzalayır. Kənd təsərrüfatı sahəsini və ölkələr arasında viza rejimini də müzakirə edirlər[4].

Kənd təsərrüfatı, kənd təsərrüfatı maşınları və mal-qaranın tədarükü ölkələr arasında əməkdaşlığın vacib bir sahəsidir. Kanadalı uran mədən şirkəti Cameco, Qazaxıstan iqtisadiyyatında ən böyük Kanadalı investordur. 2015-ci ildə ölkələr arasındakı ticarət həcmi 641 milyon dollar təşkil etmişdir. Kanadanın Qazaxıstana ixracatı (cəmi 117 milyon ABŞ dolları): aviasiya məhsulları, kənd təsərrüfatı maşınları və neft və qaz istehsalı üçün avadanlıqlar. Qazaxıstanın Kanadaya ixracatı (cəmi 524 milyon ABŞ dolları): xam neft[1].

Qazaxıstanın Kanadadakı səfirləri

[redaktə | mənbəni redaktə et]
  • Erlan Abildaev (2008-11)
  • Konstantin Jiqalov (2012-27.04.2018)
  • Akılbek Kamaldinov (27.04.2018-dən)

Kanadanın Qazaxıstandakı səfirləri

[redaktə | mənbəni redaktə et]
  • Mişel Riçard Bell (1992)
  • Ceremi Kinsman (1992/08)
  • Riçard Mann (1996/08/19)
  • Cerald Skinner 1999/08/11 (1999/11/09)
  • Qektor Kouen 2001/07/16 (2001/10/17)
  • Anna Biolik 2004/08/09 (2004/09)
  • Marqaret Skok 2006/06/14 (2006/10/18)
  • Stiven Millar 2009/07/15 (2009/11/19)
  • Son Stil 2014/03/24 (2014/08/12)
  • Nikolaya Brusso 2017/08/17 (2017/10/19)[5]
  1. 1 2 "Canada - Kazakhstan Relations". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
  2. "Kazakhstan: Central Asian Land of Mystery and Opportunity Attracts Canadian Investment". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
  3. Карим Масимов встретился с сенатором Парламента Канады Консильо Ди Нино[ölü keçid]
  4. "Joint Statement by Foreign Affairs Minister John Baird and Kazakhstan's Minister of Foreign Affairs Yerlan Idrissov". 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
  5. "Heads of Post List: Kazakhstan". Global Affairs Canada (ingilis). 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.