Samanyolu TV — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış, Türkiyənin özəl televiziya kanallarından biri idi. Gülən Hərəkatının sahibi olduğu telekanalın, 2016-cı ildə Türkiyədəki dövlət çevrilişinə cəhddən sonra fəaliyyəti dayandırılmışdır.
Samanyolu TV | |
---|---|
Ölkə | Türkiyə - Azərbaycan |
Yayım ərazisi | Teleyayın |
Dil | Türk dili |
Baş qərargah | Yoxdur |
Yaranma tarixi |
4 oktyabr 1992 (Test yayımı) 13 yanvar 1993 (Normal yayım) |
Bağlanma tarixi |
30 aprel 2016 (Bütün nəşrlər kəsildi) 29 iyul 2016 (Tamamilə bağlandı) |
Sahibi | Fətullah Gülən |
Rəhbərlik | Barış Butan |
Keçmiş adları | STV (1993-2003) |
Şüar |
Bir Yer kanalı (1993-2003) Xoş seyirlər (2003-2014) Biri-birimizə bağlıyıq! (2014-2016) |
Qardaş kanallar |
Samanyolu Avropa Samanyolu Amerika Samanyolu Afrika Samanyolu HaberHD Mehtap TV Yumurcak TV MC TV MC EU Hira TV Dünya TV Ebru TV Tuna Shopping TV Samanyolu Haber Radio Radio Cihan Radio Mehtap Burç FM |
Sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Samanyolu TV, 1993-cü ildə Türkiyədə təsis edilən ilk özəl telekanallardan biri idi. Interstar, Show TV, Flash TV, HBB və Kanal 6 telekanallarından sonra ölkənin altıncı özəl-ümumrespublika kanalı idi. 1996-cı ilin sentyabr ayının 25-də "Türksat 1C" peyki vasitəsilə Orta Asiyada da izlənməyə başladı. 1999-cu ildə "Eutelsat-2" peyki ilə əhatə dairəsi Avropa və Afrika ölkələrinə kimi genişləndi. 11 yanvar 2000-ci il tarixində, Azərbaycandakı studiyasında "STV Xəzər" adlı qardaş kanalı yayıma başladı. Telekanalın əsasən din təbliğatı ilə məşğul idi. Veriliş və seriallarının əksəriyyəti İslam dininin təbliğinə yönəlmişdi. 2013-cü il Gəzi parkı etirazlarında hökumətyönümlü xəbərlər yayımladığına görə etirazçılar tərəfindən boykot edilən telekanallardan biri olmuşdu. 15 noyabr, 2015-ci il tarixində, Fətullahçı Terror Qruplaşmasının təbliğat vasitəsi olduğuna görə digər 13 qardaş kanalla birlikdə "Türksat" peykində yayımı dayandırıldı.[1] Bundan sonra telekanalın avadanlığı binadan çıxarıldı. Telekanalın "Hotbird" və "Astra" yayımlanmasına baxmayaraq 30 aprel 2016-cı il tarixində yayımı dayandı. Həmin ilin iyul ayında Türkiyə hökumətinin Fətullahçı Terror Qruplaşması ilə apardığı mübarizə çərçivəsində fəaliyyəti tamamilə dayandırıldı.