Kanat Kürdoyev

 

Kanat Kürdoyev
Doğum tarixi 12 sentyabr 1909(1909-09-12)
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 1985(1985-10-31) (76 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Elmi dərəcəsi
İş yeri
  • Rusiya Elmlər Akademiyası Şərq Əlyazmaları İnstitutu[d]
Təhsili
Elmi rəhbəri İosif Orbeli
Mükafatları "Qırmızı ulduz" ordeni

Kanat Kalaşeviç Kürdoyev (kürd. Qanat Kûrdoev, rus. Кана́т Кала́шевич Курдо́ев) və ya təxəllüssü ilə Kanate Kürdo (kürd. Qanatê Kurdo; 12 sentyabr 1909, Qars ili31 oktyabr 1985, Leninqrad) — SSRİ şərqşünas dilçi alimi, kürdşünaslığın banilərindən biri. O, əsrin dörddə birindən artıq müəllimi, akademik İosif Orbelinin yaratdığı SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinin Kürdşünaslıq qrupunun rəhbəri olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Kanat Kürdoyev Rusiya imperiyasında, Qars vilayətinin Diqor rayonunun Susuz kəndində (indiki Türkiyədə) kürd kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Tiflisdə bitirmişdir. 1928-ci ildə Ermənistan Kommunist Partiyasının tövsiyəsi ilə Canlı Şərq Dilləri İnstitutunun (Leninqrad) milli azlıqların fəhlə fakültəsinə oxumağa göndərilir. 1931-ci ildə sosial-iqtisadi fakültəni bitirdikdən sonra Leninqrad Tarix, Fəlsəfə, Dilçilik və Ədəbiyyat İnstitutuna daxil olmuşdur. 1936–1939-cu illərdə Leninqrad Universitetinin filologiya fakültəsinin aspirantı olmuşdur. 1939–1941-ci illərdə SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun baş elmi işçisi olmuşdur. Böyük Vətən müharibəsi zamanı, 1943–1945-ci illərdə 2-ci Baltik cəbhəsində döyüşmüşdür.[1]

Kürdoyev 1945–1947-ci illərdə Leninqrad Dövlət Universitetinin Şərq fakültəsində baş müəllim işləmişdir. O, 1950-ci ildən ölümünə qədər SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinin baş elmi işçisi olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Подвиг народа". 2012-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.