Kandiya krallığı

Kandiya krallığı (it. Regno di Candia) — 1205-1212-ci illərdə Venesiya fəthindən 1645-1669-cu illərdə Kritin Osmanlılar tərəfindən fəthinə qədərki dövründə, Venesiya Respublikasının xarici müstəmləkəsi olan Krit adasının rəsmi adı idi. Bu ada o zamandan erkən müasir dövrə qədər paytaxtı İraklion adı ilə tanınırdı. Artan Osmanlı təhlükəsini nəzərə alaraq, xüsusilə də Kiprin süqutundan sonra, venesiyalılar adanın hərbi infrastrukturunun inkişafına - qalalar, körpülər və yolların bərpasına böyük diqqət ayırdılar. Şəkər və şərabın istehsal və ixracı iqtisadiyyat həyatında saxlanılırdı.[1] Venesiya dövründə Krit iqtisadiyyatı, Venesiya kapitalist maşınının əvvəlki şöhrətinə baxmayaraq istismar olunan Yunan kəndlilərinin əməyinin aşağı effektivliyi həmçinin tabeliyində olan pravoslav yunan əhalisi ilə katolikliyi əhatə edən Venesiya azlığı arasında konfliktlərin artması səbəbindən tədricən tənəzzülə uğramışdır. Müəyyən mədəni qarşılıqlı əlaqəyə baxmayaraq, yunan əhalisi Venesiyalılar tərəfindən etibarsız və döyüş qabiliyyəti olmayan insanlar kimi xarakterizə edilirdi.[2] Venesiya ilə Türklər arasındakı gedən uzun (70 illik) müharibə dövründə Krtin iqtisadi əhəmiyyətini tədricən sarsıtdı.

müstəmləkə
Kandiya krallığı
Regno di Candia
Bayraq Gerb
Bayraq Gerb
Venesiya Respublikasının simvolu olan Müqəddəs Mark Aslan, Krit xəritəsinin keşiyində durur
Venesiya Respublikasının simvolu olan Müqəddəs Mark Aslan, Krit xəritəsinin keşiyində durur
 
 
1205 — 1669

Paytaxt İraklion
Dilləri Yunan dili, Venesiya, Krit və Latın dili
Dövlət dini Roma-Katolik kilsəsi(rəsmi) Yunan pravoslav kilsəsi(məşhur)
Valyuta Dukat
İdarəetmə forması monarxiya
{{{rəhbər_titulu}}}
 • 2012-2016(ilk) Cakomo Tyepolo
 • 1667(son) Cirolamo Battaca
Tarixi
 • 1204 Dördüncü Səlib Yürüşü
 • 1205 Venesiya sessiyası
 • 13631368 Krit qiyamı
 • 
1570-1573
Osmanlı-Venesiya müharibəsi
 • 1645-1669 Krit müharibəsi
 • 
1715
Sahilyanı Krit adalarının Osmanlı tərəfindən işğalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krit adası 1204-cü ilə qədər Bizans İmperiyasının bir hissəsi idi, lakin Dördüncü Səlib Yürüşü zamanı imperiya ləğv edildi və onun ərazisini yürüyüş liderləri arasında bölündü. Kritə ilk Bonifaci I Monferrat seçildi, lakin ada üzərində nəzarəti həyata keçirə bilmədiyi üçün qısa müddətdə Venesiya olan hüquqlarını 1000 gümüş marka satdı. 1204-cü ildə Girit Genuya respublikası tərəfindən fəth edildi, lakin 1205-ci ildə Venesiya qoşunları adanı işğal etdi. 1210-cu il müharibəsindən sonra ada nəhayət Venesiyanın tərkibinə qatıldı.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Venesiyalılar adanı Venesiya şəhərinin mahalları adında altı bölgəyə böldülər. Venesiya nəzarətində olan Tinos və Kritra adaları Kandiya krallığına birləşdirildi. XIV əsrin əvvəllərində bu regionlar Kritin dörd müasir prefekturası ilə eyni olan dörd əyaləti birləşdirildi.

Milli-azadlıq hərəkatı

[redaktə | mənbəni redaktə et]

Kritin yunan əhalisi 1261-ci ildə bərpa olunmuş Bizans imperiyası rəhbərlərinə və hakimiyyətə sadiqliyini qoruyub saxlamağa davam edirdi: məsələn, 1291-ci ildə II Paleoloq Andronik yerli kilsələrdən birinin məbədinin əsas rütbəsində xatırlanılır, baxmayaraq ki, həmin dövrə qədər ada 80 ildən çox venesiyalılar tərəfindən idarə olunurdu. Venesiya hökmranlığının ilk iki əsrində Nikeya İmperiyasının dəstəyi ilə tez-tez Roma katolik venesiyalılarına qarşı usyan edirdi. 1207-1368-ci illər arasında on dörd qiyam baş verir, bunlar arasında 1363-1368-ci illərdə son və əsas üsyan Yunan və katolik kolonistlərini Venesiyanın maliyyə tələblərinə qarşı birləşdirən Müqəddəs Tita qiyamı idi.

Türklərin hücumu

[redaktə | mənbəni redaktə et]
Venesiya Xanya qalasının görüntüsü.

1571-ci ildə Kipr Osmanlı işğalından sonra, Krit Venesiyanın son əsas xarici mülkiyyətinə çevrildi. Respublikanın nisbi hərbi zəifliyi adanın zənginliyi və Şərqi Aralıq dənizinin su yollarını idarə edən strateji mövqeyi ilə birlikdə Osmanlı imperiyasının diqqətini cəlb etmişdi. Kriti fəth etmək üçün iki dövlət mübarizə etdi: Osmanlılar adanın çox hissəsini tez bir zamanda ələ keçirdilər, 1669-cu ilə qədər Osmanlı imperiyasını başqa yerlərə yönəldərək Osmanlı donanmasından üstün olan, Venesiya hərbi-dəniz donanmasının köməyi ilə Kandiyanı ala bilmədi. Venediklilərin əlində yalnız üç ada qaldıː Suda, Qramvusa və Spinalonqa. Dəniz müharibəsi dövründə Kandiyanı bərpa etmək cəhdləri uğursuz oldu və Kritdə olan Venesiya postları nəhayət 1715-ci ildə son Türkiyə-Venesiya-Avstriya müharibəsi zamanı türklər tərəfindən alındı.

  1. "Венецианские мосты на Кипре". 2017-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  2. Greece, the Hidden Centuries: Turkish Rule from the Fall of Constantinople ... - Brewer David - Google Books

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • David Abulafia. Enrico conte di Malta e la sua Vita nel Mediterraneo: 1203—1230, in In Italia, Sicilia e nel Mediterraneo: 1100—1400. 1987.