Nikeya İmperiyası — IV Xaçlı yürüşü dövründə səlibçilərin 1204-cü ildə Konstantinopolu ələ keçirib burada Latın imperiyasını qurması ilə ona qarşı qurulan ortodoks, yunan dilli Bizanslı əsilzadələrin Egey dənizi sahillərində qurduqları ən böyük imperiya Nikeya imperiyası idi. İmperiya 1204–1261-ci illərdə mövcud olmuşdur. Paytaxtı Nikeya (İznik) şəhəri idi.
imperiya | |
Nikeya imperiyası | |
---|---|
Βασίλειον τῆς Νίκαια | |
|
|
|
|
Paytaxt | Nikeya[d] |
Rəsmi dilləri | yunan |
İdarəetmə forması | monarxiya |
İmperator | |
• 1204 — 1222 | I Teodor Laskaris |
• 1222 — 1254 | III Yoanis Vatakis |
• 1254 — 1258 | II Teodor Laskaris |
• 1258 — 1261 | IV Yoanis Laskaris və VI Mixail Palaliologos |
Vikianbarda əlaqəli mediafayllar |
Nikeya imperiyası ilə eyni zamanda Bizans torpaqlarında digər müstəqil və vassal dövlətlər yaranmışdır. Bu dövlətlər aşağıdakılardır:
Nikeya imperiyasının qurucusu I Teodor Laskaris 1204-cü ildə Bizans imperatoru seçilən V Aleksis Dukas Murtzuposun yeznəsi idi. 1204-cü ildə ailəsi ilə bərabər Nikeya şəhərinə qaçmışdı və burada dövlətini qurmuşdur. I Teodor Laskaris 1204-cü ildə keçmiş Manyasda Latın imperiyası ordusu ilə döyüşdə məğlub olmuş və Bursa şəhərinədək Şərqi Mərmərə sahillərini Latın imperiyasının tərkibinə qatılmışdır. Lakin Latın imperiyası bu qələbədən yararlana bilmədilər. Belə ki, bolqarların və Trakiya əhalisinin üsyanına kömək məqsədi ilə gələn Bolqar çarı Kaloyanın ordusu Trakiyaya qədər irəliləmişdir. 1205-ci ildə Ədirnə döyüşündə Latın imperatoru I Baodin bolqarlara əsir düşmüşdü. Bundan istifadə edən I Teodor Laskaris Mərmərə dənizi sahillərini təkrar ələ keçirmişdir və Latın imperiyasının əlində sadəcə Karabiga qalmışdır. 1204-cü ildən başlayan və 1214-cü ilə qədər davam edən Latın imperiyası ilə olan çəkişmələrin nəticəsində İzmirdə sülh müqaviləsi bağlandı. Müqaviləyə görə Latın imperiyasının ələ keçirdiyi Edremitin şimalındakı Şimal-Qərbi Anadolu Latın imperiyasının, Cənubi Mərmərə sahilləridə daxil olmaqla Səlcuq dövləti sərhədlərinə qədər olan Şimal-Qərbi Anadolu Nikeyanın torpaqları kimi tanınmışdır. I Teodor Laskaris 1219-cu ildə Latın imperatoriçəsi Yolandanın kiçik qızı Maria ilə evlənməklə Nikeya-Latın münasibətlərini yumlaştmışdır. I Teodor Laskaris dövründə Nikeya imperiyası qurulmuş və paytaxt Nikeya şəhəri bizans mədəniyyətinin yeni mərkəzinə çevrilmişdi.[1][2]
1224-cü ildə latınlar tərəfindən idarə edilən Selanik krallığının Epir despotluğu tərəfindən işğal edildi. Lakin 1230-cu ildə Epir despotluğu bolqarlar tərəfindən işğal edildi. Beləliklə hərbi gücü zəif olan Trabzon imperiyasının yanında ən güclü bizans soylu dövlət Nikeya qaldı. III Yoanis tərəfindən ölkənin sərhədləri Egey dənizi sahilləri istiqamətində genişləndirməyə başlamışdı. 1235-ci ildə III Yoanis Bolqar Çarı II İvan Assen ilə ittifaq bağlayaraq nüfuzunu Selanik və Epir üstünədə keçirtdi. III Yoanis, 1245-ci ildə Elxanilər dövlətinin orduları Anadolu Səlcuqlu dövlətini Kösədağ savaşında məğlub etməsi və Anadoluya tərəf irəliləməsindən qorxmaqla bərabər Səlcuqluların zəifləməsindən rahatlanmışdı.
1245-ci ildə III Yoanis Müqəddəs Roma German imperatoru II Federikin qızı Heunstaufenli II Konstans ilə evlənərək bu ölkə ilə münasibətləri yaxşılaşdırdı. 1248-ci ildə bolqarları məğlub edib Latın imperiyasını mühasirəyə almağa başladı. 1254-cü ilə qədər Latın imperiyası torpaqlarını öz ölkəsinə qatmağa davam etdi. 1254-cü ildə hakimiyyətə II Teodor Laskaris gəldi. II Teodor bolqarların Trakiyaya hücumunun qarşısını aldı. 1258-ci ildə Epir əhalisi Sicilyalı Manfreddən dəstək alaraq üsyan qaldırdı. Eyni ildə II Teodor vəfat etdi. Yerinə varisi IV Yoanis Laskaris keçdi. Ancaq IV Yoanis uşaq olduğundan hakimiyyəti general Mixail Palaiologosun rəhbərliyi ilə qurulmuş Naiblər Qurumu ələ keçirdi. Nikeya ordusu 1259-cu ildə Balkanlarda Pelagoa döyüşündə birləşmiş Manfred, Epir Despotluğu və Açea düklüyü ordularını məğlub etdi.
Konstantinopolda latınlar, Trabzonda komnenlər, Konyada səlcuqlular tərəfindən əhatələnmiş bir ərazidə yaranmış Nikeya imperiyası yaranması çox mürəkkəb bir dövrü əhatə edir. Ancaq I Teodor Laskarisin sağlam təməllər üzərində qurduğu bu dövlət III Yoanisin dövründə bölgənin ən güclü imperiyasına çevrilmişdi. I Teodor Laskaris ölkəni dörd yandan mühafizə etmək üçün bizans soylu əsgərlərdən əlavə çoxu alman, türk, erməni və latın soylu pullu əsgərlərdən bir ordu qurdu. Digər millətlərdən olan əsgərlərin çoxluğundan rahatsız olan I Teodor yerli əsgərlərin sayını artırmaq istəsə də heç bir nəticə əldə etməmişdi. Ordu komandanlığı çox zaman imperatorun yaxın adamlarında olsa da 1211–1212-ci illərdəki yürüşlərdə imperator I Teodor Laskaris orduya birbaşa özü rəhbərlik edirdi. Hakimiyyətinin sonlarına yaxın Megas Domestikos vəzifəsinə yenidən təsis etdi. İlk vəzifəyə təyin edilən isə Andronik Palaliologos idi. Megas domestikos, imperiyada ordunun quruluşu və idarəolunmasına məsul olan ən yüksək rütbəli şəxs sayılırdı. Andronikin ölümündən sonra bu vəzifə digər generallar arasında bölüşdürüldü. III Yoanisin dövründə Nikeya ordusunda digər yüksək vəzifə Megas Konostaulos idi. Megas Konostaulos Nikeya ordusunda xidmət çəkən pullu latın əsgərlərin komandiri idi. Bu vəzifə son imperator Mixail Palaiologosa verilmişdi. II Teodor Anadoludaki orduya Karyanitesi, Avropadaki orduya isə Yoanis Angelosu rəhbər təyin etdi. II Teodorun dövründə Megas Stratopedarkhes və Megas Arkhon kimi daha iki vəzifə təsis edildi. Megas Stratopedarkhes ordunun qidalanmasını və digər ehtiyaclarını təmin etməli idi. 1255-ci ildə Georgios Mouzalon bu vəzifəyə təyin edildi. Megas Arkhon isə imperator mühafizə dəstəsinin komandiri idi. Bu vəzifəyə təyin edilən ilk şəxs Konstatin Margarites idi.[3]