Kannibal

Cənubi Amerikada kannibalizm.

Kannibalizm (fr. cannibale, isp. canibal) və ya Yamyamlıq — öz nəslindən olanı yemək.

Kannibalizm yırtıcılara xas olan əlamətdir. Əsasən heyvanların qida catışmadıqda öz nəslinin nümayəndəsini yeməsinə deyilir. Yırtıcı balıqlar, pişiklər və digər heyvanlarda bu kimi hallara rast gəlinir.

İnsanlarda kannibalizm qədim dövrlərdə mövcud olmuşdur. Təqribən 5 milyon il bundan əvvəl Cənubi Afrikada yaşamış avstralopiteklər (azərb. cənub meymunu‎) kannibal olmuşlar. Avstralopitekləri 2 milyon il bundan əvvəl əvəz etmiş və Afrikada qalıqları tapılmış bacarıqlı insanlar (lat. Homo habilis) da, eləcə də sonuncu nümayəndəsi 28 min il bundan əvvəl məhv olmuş neandertallar (azərb. qədim insanlar‎) da kannibal idilər. Onlar öz nəsillərinin qocalmış, xəstə nümayəndələrini yeyirdilər.