Kanqal

KanqalTürkiyə ərazisində yetişdirilən it cinsi. Əsasən qoyun iti və qoruma istiqamətlidir. İt adını Sivasın Kanqal ilçəsindən götürülmüşdür[1]. Dünyada müstəqil it cinsi olaraq tanınmada, Türkiyədə təmiz it cinsi hesab edilir. Üstəlik Türkiyə Kinoloji Federasiyası, o cümlədən Türkiyədə rəsmi Kanqal təşkilatlarının görə Ankara Kangal Dərnəyi itin müstəqil cins olması üçün cəhdlər göstərir.[2][3]

Kanqal
Kanqal
Kanqal
Mənşəyi
Ölkə Türkiyə
Xarakteristikaları
Boyu
erkəklər65 - 78 sm
Çəkisi
erkəklər50 - 63 kq
dişilər41 - 54 kq
BKF təsnifatı
Nömrəsi [1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orta Asiyadan gələn Kanqlı (Kəngər) türk boyunun adı bağlıdır.[1] Orxan Yılmaz "Kangal Köpeği / Tarihi-Tanıtımı-Yetiştirilmesi-Islahı" adlı kitabında "Kanqlı" türk boyunun Orta Asiyadan köç edərkən yanlarında üç şeyi gətirdiyini bildirir: at, it və qoyun. 2003-ci ilin 11 avqust tarixində kanqalla bağlı keçirilən I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu cinsin Türküstandan Anadoluya gətirilməsi təstiqlənir.

Kanqallar XVII əsrdən etibarən Osmanlı sarayında istifadə edilir və samson olarak adlandırıldı.[1] Doğan Kartay həm "Türk Çoban Köpəyi Kanqal" kitabında, həm də I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu itlərin həmçinin Yeniçərilər tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini birdirmişdir. Osmalı dönəmində itin "samson" adlandırılması əsasən Roma ləhcəsində aslan mənasını verməsi ilə əlaqədardır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Kanqal köpəyi

Çəkisi: erkəklər 50–63 kq, dişi 41–54 kq, hündürlüyü 65–78 sm. Kanqal iti əsasən qoyun iti istiqamətlidir. Bununla belə onların qoruma xüsusuyyətləri vardır. Sahibinə sədaqətlidir. Üstəlik sahibinin sahibləndiyi hər şeyi qruya bilir. İt döyüşlərində istifadə edilir. Qulaq və quyruq nahiyyəsi çox vaxt kəsilir. Türkiyədə qoyun və ya davarları canavar, çaqqal və ayı kimi vəhşi heyvanlardan qoruyur. Kanqal itləri saatda 50 km (30 mil) qədər sürət yığa bilirlər. Afrika ölkələrinə ixrac edilmişdir. NamibiyaKeniyada kəndlilər tərəfindən keçi otarılmasında istifadə edilir. Effektivliyi ilə seçilir. Heyvanları hətta şirlərdən belə qoruya bilirlər. Bununla belə Afrikada nəslin davamlığını təmin etmək çətindir.

Övliya Çələbi özünün Səyahətnamə əsərində kanqaldan bəhs edir. Bu itlərin "aslan kimi güçlü" və cüssəli olduğunu yazır.

Kanqal gün ərzində uzun və ya kiçik yürüşə çıxarılmalıdır. Mülayim hava şərlərində çölə buraxılır[1]. Xəz baxımına ehtiycı yoxdur. Həftə ərzində bir dəfə xəzini tumarlamaq yetərlidir.

Kanki 2013-cü il FIFA U-20 Dünya Çempionatının rəsmi maskotudur. Adını türkcə "Dost ola bilər" və ya "Qan qardaş" mənasını verən "Kanka" sözündən götürən "Kanki" 1 yaşlı Kanqal balasıdır. İnsan yaşı ilə müqayisədə 14 yaşlı yeniyetmə it olan Kanki Sivasın Kanqal rayonundakı Kanqal damazlıq fermasında doğulub.[4]

  • Анатолийский карабаш, стр. 44–45. // Барановская И.Г., Вайткене Л.Д. Собаки. Серия: Большая иллюстрированная энциклопедия. Москва: Издательство "АСТ", 2016, 256 стр. ISBN 9785170954148.
  • Анатолийская овчарка (анатолийский карабаш), стр. 9. // Собаки. Породы, уход, разведение. Мини-атлас. Выпускающий редактор О.В. Жакова. Санкт-Петербург: Издательский Дом "Кристалл", 2002, 96 стр.
  1. 1 2 3 4 Kangal dog Arxivləşdirilib 2012-05-20 at the Wayback Machine New Zealand Kennel Club. Erişim:20 Şubat 2012.
  2. Floyd, Jennifer. "A Viewpoint on the Anatolian Shepherd/ Kangal/ Akbash Debate." Anatolianworld.com. Shahbazin Anatolians, <http://www.anatolianworld.com/Landrace_Viewpoint.htm Arxivləşdirilib 2013-05-03 at the Wayback Machine>.
  3. A Letter to FCI by the President of the Turkish Kennel Club Arxivləşdirilib 2011-08-31 at the Wayback Machine Kangal.ca.
  4. "Official Mascot launched in Istanbul". FIFA. 14 November 2012. 22 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]