Kanta İbrahimov (9 iyul 1960, Qroznı) — Rus, çeçen yazıçısı və ictimai xadimi, Çeçenistan Respublikasının xalq yazıçısı, Ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyası Dövlət Mükafatı laureatı, Çeçenistan Respublikası Yazıçılar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor.
Kanta İbrahimov | |
---|---|
Doğum tarixi | 9 iyul 1960 (64 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | romançı, iqtisadçı |
Fəaliyyət illəri | 1999-cu ildən |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Alim, kimya elmləri doktoru Həmzət İsmayıloviç İbrahimovun ailəsində anadan olmuşdur. 1982-ci ildən Çeçen-İnquş Dövlət Universitetinin İqtisadiyyat Fakültəsini bitirdikdən sonra Şali rayonundakı Calka sovxozunda iqtisadçı işləmişdir. 1987-ci ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına daxil olur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək "Sevkavneftegaz" (Qroznı) Çeçen-İnquş Elmi-İstehsalat Birliyinin direktor müavini təyin edilmişdir. 1991-ci ildə Çeçen-İnquş Respublikası Nazirlər Sovetinin birinci kateqoriyalı mütəxəssisi, 1992–1994-cü illərdə "Alam" tədqiqat ekoloji mərkəzinin direktor müavini (Qroznı) işləmişdir.
Çeçenistan Respublikasında qarşıdurmanın artmasından sonra Moskvaya köçür, 1995-ci ildə K. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının doktoranturasına daxil olur. 1996-cı ildə "Bazar şəraitində meyvənin inkişafının təşkilati və iqtisadi problemləri və səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl müdafiə etmişdir. 1999-cu ildə Rusiya Federasiyası Vergilər İdarəsinin şöbə müdirinin müavini təyin edilir. 2004-cü ildən Çeçenistan Respublikası Elmlər Akademiyasının akademikidir.
Bədii ədəbiyyatda yazmağa yalnız 38 yaşında başlayır. İlk bədii əsəri "Keçmiş müharibələr" adlı kitabı 1999-cu ildə nəşr olunur.
2002-ci ildən Çeçenistan Respublikası Yazıçılar Birliyinin və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvüdür. 2009-cu ildən Çeçenistan Respublikası Yazıçılar Birliyinin rəhbəridir.
2010-cu ildə İsveç Elmlər Akademiyasında Nobel Komitəsi tərəfindən ilk dəfə 2005-ci ildə nəşr olunan Uşaq Dünyası romanı üçün Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olur[1].
2012-ci ildə Ədəbiyyat üzrə yenidən Nobel Mükafatına Avrora romanına görə yenidən namizəd olur[2].
Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki;
Rusiya Yazıçılar Birliyinin üzvü;
Çeçenistan Respublikası Yazıçılar Birliyinin sədri.
İki qardaş, üç bacıdan ibarət olan ailədirlər.
Bacısı Paskaçeva Bayza — kimya elmləri namizədi.
Qardaşı İbrahimov Küri — Kənd Təsərrüfatı Elmləri Doktoru (1995), 3 elmi əsərin və 3 monoqrafiyanın müəllifi, Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki, Rusiya Ekologiya Akademiyasının akademiki[3].