Kapril turşusu (Oktan turşusu) С7Н15COOH - birəsaslı doymuş karbon turşusudur, yağlıtəhər rəngsiz, xoşagəlməz iyli, soyuqda kristallaşan mayedir.
Kapril turşusu | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | С8Н15COOH |
Molyar kütlə | 144,21 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,910 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 16–17 °S |
Qaynama nöqtəsi | 223 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 124-07-2 |
PubChem | 379 |
ChEBI | 28837 |
ChemSpider | 370 |
Kapril turşusu qliserid şəklində inək yağın tərkibində olur; Limburq pendirində, sivuş yağında (izoamil efiri şəklində) və çuğundur bəkməzində tapılmışdır; bitki yağlarından kokos yağının (6-10%), babassu palma yağının (2-8%), tukuma palma yağının (Astrocaryum vulgare) (1,3%), murumuru palma yağının (Astrocaryum murumuru) (1,1%), palma yağının (0,1%-dən az) tərkibidə vardır [2].
Olein turşusunun quru qovulması və normal oktil spirtinin oksidləşməsi zamanı əmələ gəlir.