Kaptaks (2-merkaptobenzotiazol) – benzotiazol sinfinə aid üzvi birləşmədir.
Kaptaks | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C7H5NS2 |
Molyar kütlə | 167,25 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 180,2-181,7 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 149-30-4 |
PubChem | 697993 |
EINECS-də qeyd. nöm. | 205-736-8 |
ChEBI | 34292 |
ChemSpider | 608157 |
2-Merkaptobenzotiazol açıq-qəhvəyi-sarı rəngli kristallardır. Dietil efirində, buzlu sirkə turşusunda, etanolda, qələvilərin sulu məhlullarında, qələvi metallarının karbonatlarda həll olunur, suda isə pis həll olunur.
2-Merkaptobenzotiazolu anilin, karbonsulfidin və kükürdün ≈250 oC temperaturda və ≈ 3.2 MPa təzyiqdə alınır. , Kükürd vulkanizasiyanın sürətlənməsində istifadə olunur, rezini qocalmaya qarşı davamlılığını təmin edir. O. Eyni zamanda analitik kimyada bəzi metalların ionlarının (o cümlədən Ag (I), Au (III, Cu (II), Ba (III), platin metallar) qravimetrik təyin olunmasında, eyni zamanda platin metalların ekstraksiya ayrılmasında istifadə olunur.