Kara darvazası (boğaz)

Kara Darvazası boğazı (rus. Карские Ворота) - Yeni Torpaq adasını Vayqaç adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 33 km, eni 50 km, dərinliyi 7 m-dən şərqdə isə 230 m arasında dəyişir. Boğazda temperatur yay ayları 13,5 S, orta illik isə 0,9 S təşkil edir. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bununla belə Qolstrim cərəyanının təsiri ilə bəzən qışda belə buzla örtülmür. Boğazın qərbində Peçora dənizinin cənub-şərqi ilə əhatələnir.

Kara Darvazası boğazı
rus. Карские Ворота
Ümumi məlumatlar
Eni 50 km
Uzunluğu 33 km
Ən böyük dərinliyi 52 m
Yerləşməsi
70°29′56″ şm. e. 58°00′28″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Ayırır Yeni Torpaq adasını Vayqaç adasından
Kara Darvazası boğazı xəritədə
Kara Darvazası boğazı
Kara Darvazası boğazı

Boğaz öz yerləşməsinə görə Yeni Torpaq arxipelaqının cənubunda yerləşir və Şimal Buzlu okeanından keçən Şimal dəniz yolunun bir qolunu təşkil edir. Bu qol nisbətən uzunluğu ilə fərqlənsə də buzdan azad olması ilə fərqlənir.