Karamanlılar

Karamanlılar — (türk. Karamanlılar, yun. Καραμανλήδες) — mərkəzi Anadolunun Karaman şəhərində və Kappadokiya vilayətində yunan pravoslav dininə sitayiş edən türkdilli etnik qrup. Onların formalaşmasına dair müxtəlif versiya vardır.

Bir versiyaya görə karamanlılar türkləşmiş yunanlardır, beləki yunan provoslav dinini sitayiş etmiş və türk dilinidə yazılış üçün yunan hərflərindən istifadə etmişlər.Ancaq onların dilində yunan dilindən götürülmüş sözlər azdır və bu versiyanı az inandırıcı edir. Digər versiayaya görə karamanlılar monqol hücumu nəticəsində XIII əsrdə köçüblər və tanrıçılıqdan provoslavlığa keçiblər. Bu versiyanı o gücləndirir ki, karamanlıların dili anadolu türkmənləri olan yürüklərin dilinə yaxındır.

Dialekt diaspor arasında da geniş işlənir. Ertnik qrupun ən parlaq nümayəndəsi Yunanıstanın keçmiş baş naziri Kostas Karamanlisdir.

İngilis arxeoloqu Riçard Dawkins 1909-1911-ci illər arasında Karamanlılar [1] ilə Bitiniya arasında səyahət etdi. Dawkins bu səfərdən sonra İzmitBursa bölgələrinə gələrək türkcə danışan Rum kəndlərinin olduğunu bildirib. Onun fikrincə, burada danışılan Rum dili Qaramanlıların danışdığı dilə çox yaxın idi. Hətta Dawkins dillərinin Asiya dili olduğunu və Rum dilindən fərqli xüsusiyyətlər göstərdiyini bildirmişdir.[2] Bursa, İzmitYalovadan başqa İznikdə Xristian Türklərin yaşadığı və Grek hərfləri ilə türkcə yazılar qoydukları məlumdur.[3][4][5]

  1. XIX. yüzyıla kadar genel olarak iç ve güneybatı Anadolu’da yaşayan Hristiyan Türkler olan Karamanlı Rumlar olarak adlandırılmışlardır. Karamanlılar için bkz. Baykurt, a.g.e., s. 22; Ferruh Ağca, “Hıristiyan Karamanlı Türkleri ve Karamanlı Ağzı Üzerine”, Türkbilig, Sayı: 11, Ankara 2006, s. 3; Eröz, a.g.e., s. 30; Aydın, “a.g.m.”, s. 13; Vryonis, a.g.e., s. 452-455.
  2. R.M. Dawkins, Modern Greek In Asia Minor, Cambridge University Press, Cambridge 1916, s. 37.
  3. Semavi Eyice, “Anadolu’da Karamanlıca Kitabeler (Grek Harfleriyle Türkçe kitabeler II)”, Belle- ten, C. XLIV, S. 176, Ekim 1980, s. 683; Semavi Eyice, “Anadolu’da Karamanlıca Kitabeler (Grek Harfleriyle Türkçe Kitabeler)”, Belleten, C. XXXIX, S. 153, Ocak 1975, s. 25-56.
  4. Anastasios Iordanoglou, “A Karamanlidic Funerary Inscription (1841) In Nicea (İznik) Museum”, Balkan Studies, Cilt: 19, Selanik 1978, s. 185-191
  5. YALVAR, Cihan. [ANADOLU’DA SON TÜRK İSKÂNI İZNİK İMPARATORLUĞU’NDA KUMAN-KIPÇAKLAR: XIII. YÜZYILDAN XX. YÜZYILA KADAR YALOVA KAZIMİYE (YORTAN) İLE ELMALIK (SARUHANLI) KÖYLERİNDEKİ VARLIKLARI, Türk Dünyası Araştırmaları Ocak - Şubat 2021, Cilt: 127, Sayı: 250, Sayfa: 11-36 "https://dergipark.org.tr/tr/download/article-file/1305483"] (#bad_url). (#archive_missing_date) tarixində arxivləşdirilib.