Tanrıçılıq

Tenqriçiliyin simvolu

Tenqriçilik və ya Göy Tanrı diniMərkəzi Asiyada yaranmış, şamanizmanimizmlə xarakterizə olunan dini inanc. Tanrıya ibadət etməklə yanaşı Animizm, ŞamanizmTotemizm bu inancın əsas xəttini təşkil edir. Tenqri sözü Tanrı sözünün qədim türk dilindəki deyiliş şəklidir.[1] Orxon abidələrində ilk oxunan sözdür və yazılışı "" şəklindədir.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Bu inanca görə Göyün ulu ruhu Tanrıdır. İnsanlar özlərini Göy ata Tanrı, torpaq ana Ötüken və insanları qoruyan atalarının ruhları arasında güvəndə hiss edib, onlara və digər təbiət ruhlarına dua edərdilər. Böyük dağların, ağacların və bəzi göllərin güclü ruhları özündə saxladığına inanılaraq dualar bəzən bu cismlərə edilsə də, onlar tanrı olaraq qəbul edilmirdi. Sadəcə onun yerdəki varlığının göstəricisi idi. Göyün və yeraltının yeddi qatı olduğuna və hər qatda çeşidli ruhların mövcud olduğuna inanılırdı. İnsanlar təbiətə, ruhlara və digər insanlara hörmət bəsləyib müəyyən qanunlara riayət edərək dünyalarını tarazlıqda saxlamaları ilə fərdi güclərinin özünün zirvəsinə çatıb xaricə əks olunduğuna inanırdılar. Əgər bu tarazlıq pis ruhların hücumu və ya bir fəlakət səbəbindən pozulardısa bir şamanın köməyi ya da Tanrıya verilən qurban ilə yenidən nizamlanırdı.[2][3]

Bu inancın qalıqlarına monqollarda[q 1] və hələ də təbiətə bağlı, köçəri həyat tərzi yaşayan bəzi türk xalqlarında[q 2] rast gəlmək mümkündür. Tenqriçilikdən başqa dinlərə keçmiş olan xalqlarda bu inanc İslam, Xristianlıq, İudaizmDaosizmlə birlikdə ümumi mədəniyyətin tərkib hissəsi kimi varlığını hələ də davam etdirməkdə, xalq inancında qorunub saxlanmaqdadır. Dilək tutub ağaca parça bağlamaq, yola çıxanın arxasından su atmaq kimi adətlər, "utandığımdan yerin yeddi qat dibinə girdim" kimi ifadələr buna misal olaraq göstərilə bilər. Ölən birinin xatirəsinə keçirilən yas mərasimləri (üçü, yeddisi, qırxı, əlli ikisi, ili) Şamanizm dövründən Tenqriçiliyə, oradan da çağdaş həyatımıza qədər davam edən bir adətdir. Doğuşdan sonra isə tibbi əhəmiyyəti olan qırx gün adəti vardır. Ümumi yanaşdıqda yeni dinlərinin hansı olmasından asılı olmayaraq bütün türkmonqol xalqlarında Tenqriçiliyin izlərinə rast gəlmək mümkündür.

Qədim türklərinmonqolların Tenqriçilik olaraq tanınan inancının adı bir müddət öncəyə qədər Türk şamanizmi deyə anılırdı. Hal hazırda Şamanizm termini təkcə Sibirdəki inanc sistemini yox, bütün dünyadakı ilkin inanc sistemlərini ifadə etdiyindən 1990-cı illərdən bu yana türklərinmonqolların ənənəvi inancı qərb alimləri tərəfindən Tenqrizim (Tanrıçılıq) şəklində qəbul olunaraq, bu ad getdikcə geniş yayılmaqdadır.

Culiya Stiuard Monqol Şamanizmi adlı məqaləsində bunları qeyd edir:[3]

" Qərb alimləri bu inanc üçün Tenqrizm adından getdikcə daha da sıx şəkildə istifadə edir. Bu ad bu inanc üçün daha çox uyğundur, çünki bu inanc tamamilə Tenqrinin ətrafına inşa olunmuşdur və insanların günlük ibadətləri üçün bir Şamana (Qama) ehtiyacları yoxdur. "

Tanrı kultunun ən qədim tapıntılarına 3000 illik Çin mənbələrində Hiung-nuTue'kuelər haqqında yazılmış yazılarda rast gəlmək mümkündür.[4]

Hun hökmdarlarının soylarının Tanrı tərəfindən müqəddəsləşdirildiyinə inanılırdı. Dastanlarda Tanrının yolladığı bir dişi ya da erkək qurdun tanrısal qanının cütləşmə yolu ilə hökmdarların soyuna qarışmış olduğuna olan inanc çeşidli yollarla bildirilir. Bu əfsanələrdən ən qədimi və geniş yayılanı müqəddəs dişi qurd Aşina haqqındakı əfsanələrin fərqli formalarıdır. Bir çox qədim türk toplumunda, GöytürklərdəOrta əsrlərə qədər mövcud olmuş Türk dövlətlərində öz soylarının müqəddəs Aşina soyuna qədər gedib çıxdığını vurğulayan və bu səbəbdən xalqı tərəfindən yaşayan bir yarı Tanrı olaraq qəbul olunan Türk hökmdarlarına rast gəlmək mümkündür. Bu hökmdarlar Tanrını yer üzündə təmsil edən övladları olaraq qəbul olunurdu. Tanrının bu hökmdarlara vermiş olduğuna inanılan qüdrətli hökmdar ruhları səbəbindən adlarına Tanrıqut və ya Qutluq kimi əlavələr edilmişdir.[4]

Orta Asiyada tapılan qədim türk yazılı abidələrindən biri.

Göytürklər türk toplumları arasında inancları, mədəniyyətləri və siyasətləri haqqında dəyərli bilgilərin mövcud olduğu genişmiqyaslı yazılı abidələr yaradan ilk türk xalqıdır. Orxon abidələrində Bilgə xaqan qədim türk inancını aşağıdakı cümlə ilə ifadə etmişdir:[2]

" üzä kök tänri asra yağız yer kılıntıkda, ekin ara kişi oğlı kılınmış.
(Üstdə mavi göy, aşağıda yağız yer yarananda, ikisinin arasında insan övladı yaranmışdır.)
"

Orxon abidələrində Göytürk hökmdarlarının titulları ilə Tanrının bağlılığına diqqət çəkilir:

" tänri täg tänri yaratmış türk bilge kağan.[2] "

Göytürk xaqanlığında Tenqriçilik monoteist bir din kimi mövcud olmuşdur və başqa inancları da özündə əks etdirən bu mədəniyyətdə ən önəmli rolu oynamış, hətta bu dövrdə ən parlaq dövrlərindən birini yaşamışdır. Göytürk hökmdarları xalqı tərəfindən Tanrının seçdiyi elçi olaraq qəbul olunurdu. Dörd elə bölünmüş dövlətin bu ellərinin idarəsini həyata keçirən el xanlar da xalq tərəfindən müqəddəsləşdirilirdi. Ölən bir xan və ya xaqanın öz müqəddəs varlığını davam etdirdiyinə inanılmış və xalqına dəstək olmasına davam etməsi üçün hər il ölüm günündə onun şərəfinə qurban kəsilmişdir.[5]

Bundan başqa Göytürklərdə Şərqi Hunlardan miras qalmış Çin təsirlərinə də rast gəlmək mümkündür. Şərqi Hun İmperiyası dağıldıqdan sonra son hökmdarların bir-birinə düşmən olmasına şərait yaradılmış, cənubda qalan hunlar Han çinlilərinin mədəniyyətindən təsirlənmişdilər. Ehtimal olunur ki, bu dövrdə və daha sonralar Tabğaclar və Kitaylar kimi bir sıra türk toplumları çinlilərin arasında assimilyasiya olmuşdur. Bilgə xaqan atalarının etdiyi bu səhvlərdən yazılı abidələrdə bəhs etmiş, xalqını çinlilərdən gələ biləcək təhlükələrə qarşı xəbərdar etmişdir. Buna baxmayaraq 12 heyvanlı Çin təqvimi və göyün istiqamətlərini heyvan adları ilə adlandırmaq kimi təsirlər qalmışdır. Göytürk xaqanlığının bölündüyü dörd el göyün heyvan adları ilə adlandırılması səbəbindən Qartal eli, Donuz eli, Pələng eli və İt eli olaraq adlandırılmışdır.[2][5]

Yazılı abidələrdə olan bir cümlənin Tenqriçilik inancında Qiyamət gününə işarə etdiyi qəbul olunmuşdur:

" Üze Tengri basmasar, asra yir telinmeser, Türk budun ilingin törüngün kim artatı udaçı erti?
(Üstdən göy çökməsə, altdan yer dəlinməsə, Türk xalqı, sənin elini, törəni kim poza bilər?)
"

Beləliklə Göytürklərdə dünyanın sonu kimi göyün çökməsinin, yerin dəlinməsinin baş verəcəyinə inancın olduğunu demək mümkündür.[5]

Abidələrdən birində Buddizmin türklərin arasında yayılmaması üçün xəbərdaredici bir mətn mövcuddur. Mətndə Böyük xaqanın qardaşı Buddizmin türkləri tənbəl, vecsiz, passiv etdiyi və bunun qarşısının alınmalı olduğunu bildirmişdir.[2]

Tenqriçiliyin digər inanclara qarşı anlayışlı və tolerant olduğunun sübutlarını tapmaq mümkündür. Buna misal olaraq Qara dənizin şimalında aparılan qazıntılarda Tanrıçı olduqları məlum olan bulqarların arasında İudaizm, XristianlıqBuddizmə də inananların olduğuna dair dəlillər tapılmışdır.[6]

Monqollar və bir sıra türk boylarının öndəri olan Çingiz xanın da digər inanclara qarşı düşmən münasibəti yoxdu. Müharibə olmayan vaxtlarda, hətta bəzən müharibədən sonra Buddist monastırlarında dincəlir, meditasiya və oruc tutmaqla ruhunu təmizləyirdi. Tanrıçı toplumları birləşdirib tarixin bitişik torpaqlarda yerləşən ən böyük dövlətini qurmuş Çingiz xan çıxışlarına "Sonsuz Göy Tanrının diləyi ilə …" sözlərindən istifadə edərək başlayırdı. Çingiz xanın dövründə Tenqriçilik HunlarGöytürklərdən sonra təkrar və son dəfə böyük bir məşhurluq qazanmışdır.[3]

Xubilay xan Çini fəth etdikdən sonra oradakı geniş yayılmış dinlərlə də maraqlanmağa başlamışdır. Buna misal olaraq Tenqriçiliklə tanışlığı olan çinlilərə aid "tək bir göy" fəlsəfəsi Tien Mini təqlid etmişdir. Xüsusilə buddist olan uyğur rahiblərinin bilgilərinə və tədris üsullarına heyran qalmış və onlardan bir heyəti Buddanın fəlsəfəsini monqolların arasında da yaymaq və yeni bir Buddist məbədi inşa etmək vəzifəsi ilə Qaraqoruma göndərmişdir. Bu rahiblər təkcə bu günə qədər Monqolustanda mövcud olan Lamaizmi yox, həm də uyğurların öz dillərinə uyğunlaşdırdıqları əlifbanı da özləri ilə aparmışdılar.[2][7]

Buddizmə baxmayaraq Tenqriçilik Monqolustandakı gücünü davam etdirmiş, Buddizm Tenqriçiliklə qarışmışdır. Bugünkü monqolların Buddizm inancı kiçik bir Budda heykəlini, boylarının onqonu və ulu ataları Çingiz xanın rəsmi ilə birlikdə çadırın müqəddəs şimal küncündə yerləşdirməkdən ibarətdir.[3]

Arqun xanın Fransa kralına məktubunda Tenqriçilik (1289)

[redaktə | mənbəni redaktə et]
Arqun xanın Fransa kralına məktubu.

Arqun xan Tanrının imperiyanın legitimliyi və hərbi uğurlarla bağlılığını dilə gətirdi. Hakimiyyət (Suu) Tanrı tərəfindən seçilmiş insana verilmiş ilahi lütf və sərəncamdır ki, Tanrı bu şəxsin vasitəsilə dünyada qayda-qanuna nəzarət edir, başqa sözlə, bu Böyük xanın şəxsində Tanrının təcəssümüdür. Qeyd olunmalıdır ki, müqəddəs ad olan "Tenqri" və ya "Mönke Tenqri" (Əbədi Göy) həmişə cümlənin əvvəlində işlənir, hətta öncəki cümlə natamam görünsə belə, cümlədəki müqəddəs ad yeni cümlənin əvvəlinə keçirilir. Genişlədilmiş bölmənin ortasında müqəddəs "Tenqriyin Küçin" digər cümlələrdən aralı qalmaqla "Xaqanu Suu" (Əlahəzrət xan) ifadəsindən öncə müqəddəs pauza yaradır:

" Əbədi Tanrının gücündən altda. Əlahəzrət xandan (Xubilay xan) altda. Arqun, sözümüz. İred Faransa (Fransa kralına). Keçən il nümayəndə heyətinizin başçısı Mar Bar Sauma bizə bildirdi ki, “əgər Elxanın əsgərləri Misirə yürüş etsələr biz də onlara qoşulacağıq”, biz bu təklifi qəbul edib “Tanrıya dua edərək pələng ilində qışın son ayında yürüş edəcəyik və yazın ilk ayının 15-də Dəməşqə enəcəyik”. İndi, sözünüzə sadiq qalırsınızsa, əsgərlərinizi təyin olunmuş vaxta göndərin, biz Tanrıya ibadət edərək, o torpaqları (Dəməşqlə birlikdə) fəth edirik, Qüdsü isə sizə verəcəyik. Əsgərlərinizi təyin olunmuş vaxtdan gec toplamağınız nə qədər münasib ola bilər? Sonrakı peşmançılıq nə olar? Həmçinin, artıq sözünüz varsa, nümayəndələriniz cəh-cəlal, qızılquş, Frank torpağında bahalı nə əşya və heyvan varsa, götürsünlər və uça-uça gəlsinlər, yalnız Tenqriyin Küçin və Xaqanu Suu sizinlə necə iltifatla davranacağımızı bilir. Bu sözlə biz Muskeril (Buskarello) Xorçini yolladıq. Yazımız inək ilinin birinci ayında, altıncı xuuçiddə (köhnə ayın altıncı günü) biz Xondlonda olanda yazılıb. "

Arqun xanın Roma papası IV Nikolasa məktubunda Tenqriçilik (1290)

[redaktə | mənbəni redaktə et]
Arqun xanın papa IV Nikolasa məktubu.

Arqun xan Tenqriçiliyin qeyri-doqmatik tərəfini göstərib (Qeyd olunmalıdır ki, monqol tanrıçı yazı qaydasına görə müqəddəs ad olan "Mönke Tenqri" həmişə cümlənin başında olur):

" ...Sizin “Qoy (Elxan) vəftizi (xaç suyuna çəkilməyi) qəbul etsin” deməyiniz qanunauyğundur. Biz deyirik: “Biz Çingiz xanın törəmələriyik, öz monqol kimliyimizi qoruyuruq, kimin xaç suyunu qəbul edib-etməməsi yalnız əbədi Tanrının qərar verəcəyi bir şeydir”. Sizin kimi vəftizi qəbul etmiş və təmiz ürəyə sahib insanlar dinə, əbədi Tanrıya və Məsihə qarşı hərəkət etmir. Əbədi Tanrını unutmuş və ona itaət etməyən digər xalqlara qaldıqda isə, onlar yalan danışır və oğurluq edir, elələri çox deyilmi? İndi siz deyirsiniz ki, vəftizi qəbul etmədiyimizə görə inciksiniz və narahatlıq hissini keçirirsiniz. (Lakin) biri əbədi Tanrıya ibadət edirsə və doğru düşüncə ilə yaşayırsa, bu vəftiz olmaq kimi bir şeydir. Bu məktubu Urumidə olanda, pələng ilinin birinci yay ayında, yeni ayın beşində yazdıq. (14 may, 1290) "

Avropada Tenqriçilik

[redaktə | mənbəni redaktə et]
Bulqarlara aid üzərində runik hərflərlə mətnin yazıldığı bəzəkli məzar daşı.

Tenqriçilik hunlar, avarlar, bulqarlar, kumanlar və qədim dövrün digər federativ türkmonqol toplumları, daha sonra isə Qızıl Orda tərəfindən Avropaya yayılmışdır. Tenqriçilik V–IX əsrlər arasında Avropada (paqanizm və xristyanlıqla yanaşı) üç ən yayğın dinlərdən biri idi.

Bu inanc köçəri həyatına o qədər bağlıdır ki, Tanrıçı toplumların köçəri həyatdan oturaq həyata keçmələri dinlərini də itirmələrinə və digər dinlərə keçmələrinə səbəb olmuşdur. Köçəriliyi tərgitməyən boylar dinlərini də qorumuşdur. Şərqi və Orta Avropada Orta Əsrlərin sonlarına qədər Tanrıya dua edən bəzi kiçik köçəri toplumlara rast gəlmək mümkün olmuşdur.[8]

Tudomany sözü qədim macar dilində sehr ya da əsrarəngiz bilgi mənasında işlənirdi.[q 3] Taltos adlanan macar şamanları günlərlə davam edə bilən huşunu itirmədən sonra tudomanyni əldə etmiş olurdu. Taltos sözü qədim türk dilində tal və ya talt sözündən gəlir və huşunu itirmək mənasında işlənir. Şaman olma mərhələsi şaman olacaq şəxsin huşunu itirmiş şəkildə Göyə qədər uzanan ağaca (mac. Tetejetlen nagy fa) çıxması ilə gerçəkləşirdi. Bu Dünyalar ağacı xalqın inancının bir parçasıdır.[9]

Hunların İtaliyaya daxil olmasını göstərən rəsm əsəri.
(müəllif: Ulpiano Çeca)

Bulqarlar Göy tanrısı Tenqriyə Tanqra deyirdi.[10] Tenqriçilik üçün tipik xüsusiyyət olan dağların müqəddəsliyinə inanma inancı ilə bağlı olaraq Balkan yarımadasının ən yüksək zirvəsinə Tanqra deyirdilər. Bu dağın adı Osmanlılar tərəfindən XV əsrdə Muşallah çevrilənə qədər dəyişmədən qalmışdı. Hal hazırda bolqarlar dağ üçün Maşallah sözündən törəmiş olan Musala adını istifadə edirlər.

Bulqarlarla bağlı indiyə qədər tapılmış runik əlifba ilə yazılmış təqribən 80 abidədə Tanqra sözü işlənmişdir. Bulqarlardan əvvəl trakiyalılar və yunanlar tərəfindən də müqəddəs hesab olunan və ətəklərində yunan məbədləri yerləşən Perperikon dağının ən yüksək zirvəsindəki daşa Umayın rəsmi həkk olunmuşdur.[11]

Bulqarların Tenqriçiliyi I Borisin 864-cü ildə Xristianlığı qəbul etməsi ilə başa çatmışdır.

Avropaya köç etmiş köçəri Tanrıçı türk toplumları bir müddət sonra qədim inanclarını unutmuş, yerli slavyan, roman və german xalqlarla qarışmışlar.

Digər türk xalqlarında

[redaktə | mənbəni redaktə et]
Altay bölgəsində qadın kam.

X əsrdən əvvəl ərəbfarslarla təmasda olub İslamı qəbul etmiş türk boyları vardır. İslamı ilk dəfə toplu şəkildə qəbul etmiş türk toplumu Satıq Buğra xanın rəhbərlik etdiyi Qaraxanilər olmuşdur. Bundan sonra İslam Mərkəzi Asiyanın cənub-qərbindəki türk toplumları arasında sürətlə yayılmağa başlamışdır.

Bəzi türk toplumlarının İslamı qəbul etməzdən əvvəl Nestorianlığı qəbul etdiyinə dair dəlillər tapılmışdır. 581-ci ilə aid farsca yazıda bir döyüşdən sonra əsir düşən türk əskərlərinin üzlərində xaç döymələrinin olduğundən bəhs olunur.[2]

762-ci ildə İdigən xaqan Uyğur xaqanlığında Manixeizmi dövlətin rəsmi dini elan etmişdir. Buna baxmayaraq farslardan keçmiş bu din türklərin Tenqriçilik prinsipləri ilə uzlaşmadığından bütün uyğurların bu dini qəbul etdiyinə inanmaq düzgün deyil.[2]

Bundan sonra təqribən 100 il uyğurların əksəriyyəti Buddizmi qəbul edərək bu inanca əsaslanıb ilk oturaq türk mədəniyyətini formalaşdırmışdılar. Uyğurlar Buddizmə öncüllük edib dinin yayılmasında da iştirak etmişdilər. Onlar minlərlə çinsanskritcə yazılmış dini mətnləri öz dillərinə tərcümə etmişdilər. Uyğurlar Buddizmi öz mədəniyyətlərinə uyğunlaşdıraraq bir sıra yeniliklərə imza atmış, hətta ilk dəfə qadınlar üçün bir monastır inşa edərək buddist rahibələr ənənəsinin əsasını qoymuşdular. Uyğurlar qırğızların hücumundan sonra bir müddət köçəri həyat tərzi sürməyə yenidən qayıtmışdılar. Hal hazırda uyğurların əksəriyyəti müsəlmandır. Uyğurların bəzi ənənələri Buddizmdən İslama keçmişdir. Özlərini mənəvi həyata həsr etmiş, maddi varlığa sahib olmayan köçəri rahib ənənələri İslama keçdikdən sonra da davam etmişdir. Qapı-qapı dolaşaraq xeyir dualar ilə yaşayışlarını təmin edən, bəziləri övliya mərtəbəsinə yüksəlmiş dərvişlər buna örnək ola bilər.[2]

XVI əsrdən sonra Sibirdə yaşayan türk toplumları rusların təsirinə məruz qalaraq getdikcə Xristianlığa meyillənmişlər. Buna baxmayaraq bu toplumlarda hələ də Tenqriçilik inancının qalıntılarına rast gəlmək mümkündür. Şaman ənənəsinin hələ də davam etməsi, şamanlara olan inamın keşişlər və ya həkimlərlə müqayisədə daha üstün olması buna örnək ola bilər. Hal hazırda Tenqriçilik inancı Monqolustanda Lamazimlə qarışmış şəkildə və köçəri həyatı davam etdirən Sibirdə yaşayan türk toplumlarında müşahidə olunmaqdadır. Tenqriçilik inancını qoruyub saxlamış toplumlar daim köçəri həyat tərzi ilə seçilsə də, köçəriliyi davam etdirən və İslamı qəbul etmiş bəzi türkmənqırğız boylarına da rast gəlmək mümkündür.[2]

Son əsrlərdə Tenqriçilik inancını çağdaşlaşdırmaq və canlandırmaq istiqamətində cəhdlər edilmişdir. Altay bölgəsində meydana gəlmiş və qərb alimlərinin Burxanizm olaraq adlandırdığı Ağ Yanq bu cəhdlərə örnək ola bilər. 1902-ci ildən 1930-cu ilə qədər davam etmiş Ağ Yanqın ən önəmli xüsusiyyəti şamanlarruslara qarşı olar düşmənçiliyidir. Onlar belə hesab edirdi ki, şamanlar əsrlər boyunca digər dinlərin rituallarını təqlid etmiş, boş-boş işlər etməyə başlamışdılar. Ağ Yanq şamanların Tanrının yox, pisliyin nümayəndələri olduğunu vurğulamış və şamanları məhv etməyə çağırış etmişdir. Ağ Yanqla bağlı çıxışların edildiyi yığıncaqlarda şaman paltarları, qavalları və rusların şeytanlığı hesab olunan rus əsginasları yandırılırdı. Bu ayinlərə 1930-cu ildə bolşeviklər tərəfindən qanlı bir şəkildə son qoyulmuşdur.[1]

Göydəki müqəddəs cismlər

[redaktə | mənbəni redaktə et]

Günəş, Ay, alov və su Tanrının qüdrətinin göstəriciləri hesab olunurdu. İnsanların göyə doğru dua edərək əldə etdiklərinə inandıqları buyan adlı enerjinin mənbəyi Günəşin göydəki mövqeyinə uyğun olaraq dəyişirdi. İnanclara görə buyan enerjisinin ən çox olduğu vaxtlar təzə ay və bədirlənmiş ayın olduğu dövrlərə təsadüf edirdi. İlin ən uzun günü və gecə ilə gündüzün bərabərləşdiyi günlər ən önəmli bayramlardan hesab olunurdu.[3]

Yeni il 21 dekabrdan sonra gələn ilk təzə ayın göründüyü gündə, Qızıl Günəş bayramı isə 21 iyundan sonra gələn ilk bədirlənmiş ayın göründüyü gündə qeyd olunurdu.[3]

Venera planetini türklər Ərklik, monqollar isə Çulpan adlandırırdı. Alovlu ox deyilən meteor axınları və yerə düşən meteorları Ərkliğ xanın göndərdiyinə inanırdılar. Monqollar Böyük Ayı bürcünə Doolon Obdoq, yəni Yeddi yaş damcılı adam deyirdilər. Göyün Ülkər ulduz toplusuna bağlı olduğuna və bu toplunun ətrafında döndüyünə inanılırdı.[3][4]

Ağ Ay bayramında 14 ədəd tüstü çıxarıcı yandırılırdı. Bunların ilk yeddisi Yeddi yaş damcılı adam, digərləri isə Ülkər ulduz toplusuna həsr olunurdu.[3]

Üç – Dünya kosmologiyası

[redaktə | mənbəni redaktə et]
Çuvaşıstan bayrağı üzərində təsvir olunan Həyat ağacı.

Bir sıra qədim inanclar kimi Tenqriçilikdə də real aləmlə yanaşı göy aləmi və yeraltı aləmin var olduğuna inanılırdı. Bu aləmlər arasındakı tək əlaqə dünyanın mərkəzində duran Həyat ağacı hesab olunurdu.

Göy aləmi və yeraltı aləmin hər birinin yeddi qatının olduğuna inanılırdı.[q 4] Şamanlar bu aləmlərə səyahət etmək üçün bir sıra girişlər tanıyırdı. Bu aləmlərin qatlarında yerdəki kimi həyatın mövcud olduğuna və burada müxtəlif varlıqların olduğuna inanılırdı. İnanca görə onların da hörmət bəslədikləri şamanları və ruhları vardı. Bəzən bu varlıqlar yer aləmini ziyarət etsə də, insanlar tərəfindən görülmürdü. Onların varlığı təkcə alovun qəribə cızıltısı və ya tülkünün çıxardığı səslərlə bəlli olurdu və şamanlara görünürdülər.[3][5]

Yeraltı aləmi (Yerlik)

[redaktə | mənbəni redaktə et]

Yeraltı aləmin yer aləmi ilə bənzərliklərinin olduğuna inanılsa da, burada yaşayan varlıqlarda insanlardan fərqli olaraq üç yox, iki ruhun olduğuna inanılırdı. Yeraltı aləmdə yaşayan varlıqlarda bədən istiliyini və nəfəs alınmasını təmin edən ami ruhu yoxdur. Bu səbəbdən də onların dəriləri çox ağ, qanları isə çox tündrənglidir. Yeraltı aləmin Günəşi və Ayı çox az işıq saçır. İnanca görə burada da meşələr, bulaqlar və yaşayış məskənləri mövcuddur.[3]

Yeraltı aləmin hakimi Erlik xandır. Erlik xan Tanrının oğlu hesab olunur. Yeraltı aləmdə yenidən doğulmağı gözləyən ruhları da Erlik xan idarə edir. Xəstə bir insanın süne ruhu ölməzdən öncə yeraltı aləmə gedərdisə, şaman Erlik xanla təmas quraraq onu yenidən geri qaytara bilərdi. Əgər şaman bunu həyata keçirə bilməsə xəstə ölürdü.[3]

Göy aləminin də yer aləminə bənzərlikləri olsa da, bu aləmdə yaşayan varlıqların ruhları olmur. Bu aləm yerdən daha aydınlıqdır. Bəzi rəvayətlərə görə bu aləmin yeddi günəşi vardır. Yerdəki şamanlar bu aləmə səyahət edə bilirdi. Bu aləmdə sağlam və təbiiliyini qoruyub saxlamış təbiət vardır. Burada yaşayan varlıqlar əcdadlarının adətlərindən heç vaxt yayınmamışlar. Bu aləm Tanrının başqa bir oğlu hesab olunan Ülgənin himayəsindədir.

Bəzi günlərdə göy aləminin qapıları açılır və işığı buludların arasından parıldayır. İnanca görə bu anlar şaman dualarının ən təsirli olduğu anlar hesab olunur. Şaman göy aləminə olan xəyali səyahətini bir quşun, maralın, atın belində ya da bu heyvanların cildinə girərək həyata keçirir.[3]

Tenqriçinin dünyaya yanaşması

[redaktə | mənbəni redaktə et]

Tenqriçilərə görə dünya sadəcə üç ölçülü bir yer deyil, eyni zamanda dayanmadan dönən bir çevrədir. Hər şey bu çevrənin içinə bağlıdır. Bu çevrə dayanmadan köhnəlir və yenilənir. Dünyanın üç ölçüsü Günəşin hərəkəti, dayanmadan hərəkət edən fəsillər və bütün varlıqların ölümündən sonra yenidən doğulan ruhlardan ibarətdir.[3]

İnsanların üç ruhu

[redaktə | mənbəni redaktə et]

Tenqriçilikdə insanlar və heyvanların birdən çox ruha sahib olduğuna inanılır. Ümumilikdə insanın üç ruha sahib olduğu qəbul olunur, amma ruhların adları, xüsusiyyətləri və sayları fərqli toplumlarda müxtəliflik göstərə bilir. Buna örnək olaraq Sibirin şimalında yaşayan monqol xalqlarından biri olan samodilərin qadınların dörd, kişilərin isə beş ruha sahib olduğuna inandığını göstərmək olar.[3][4]

Şimali Amerikada, Mərkəzi və Şimali Asiyada tədqiqatlar aparmış Polsen və Hultkratz bu ruh inancının bütün xalqlarda eyni olan iki ruhu haqqında belə bölgü aparmışlar:

  • Nəfəs, həyat ya da bədən ruhu
  • Kölgə ruhu, sərbəst ruh

Bunlardan başqa Polsen və Hultkratz toplumdan topluma dəyişən qismət ruhu, qoruyucu ruhuşaq ruhu inancı haqqında da izah vermişdilər. İnanca görə yeni anadan olan uşağın ami ruhu olur və uşaq bir yaşına keçdikdən sonra bu ruh ərgən ruhuna çevrilir. Eyni zamanda bir topluma aid olan insanların kollektiv ruha sahib olduqlarına inanılır. Kollektiv ruh inancı eyni növə aid olan heyvanlara da aid olunur. Yəni eyni növə aid olan heyvanların böyük bir ümumi ruha bağlı olduqlarına inanılır.[12]

Türkmonqollarda insan ruhları üçün bir çox fərqli adlar işlənir. Buna baxmayaraq bunların xüsusiyyətləri və mənaları hələ də tam araşdırılmayıb. Türklərdə Özüt, Süne, Qut, Sür, Salkin, Tin, Körmös, Yula, monqollarda isə Sünesün, Amin, QutSüldə kimi ruh adları vardır.[4]

Jan-Pol Ru bu ruhlardan başqa uyğurların buddist olduqları dövrlərindən qalmış yazılarda adı keçən özqonaq ruhuna diqqəti çəkir.[4]

Araşdırmalar aparmaq üçün Monqolustana gedən və sonrakı həyatını Tenqriçiliyə həsr etmiş Culiya Stiuard Tenqriçilik haqqında yazdığı məqalələrindən birində ruh inancını belə izah etmişdir:[3]

"
  • Amin ruhu: Nəfəs almağı və bədənin isti olmasını təmin edir. Amin ruhu yenidən canlandırır.[q 5]
  • Sünesün ruhu: Bədənin xaricində suya gedir. Suyun içində hərəkət edir. Təbiətdəki su çevrəsi kimi mövcud olur. İnsan öldükdən sonra yeraltı aləmə gedir. Yenidən dünyaya gəldikdə isə bir bulaqdan çıxar və körpənin içinə girər.[q 6]
  • Süldə ruhu: Bir insana şəxsiyyətini verən mənlik ruhudur. Digər ruhlar bədəni tərk etsə huşsuzluğa, şəxsiyyətini itirməyə ya da komaya düşməyə səbəb olarlar, amma bu ruh bədəni tərk etsə insan ölər. İnsan öldükdən sonra bu ruh təbiətdəki bir cisimə girir və Yer-Su ruhu olur. Bu ruh dünyaya yenidən gəlmir.
"

Heyvanların iki ruhu vardır. Heyvan öldükdən sonra bu ruhlardan biri yenidən dünyaya qayıdır, digəri isə təbiətə qarışır. İnanca görə heyvanlar da yenidən dirilə bilən bir ruha sahib olduqları üçün onlara qarşı yaxşı davranmaq, əziyyət verməmək lazımdır.

Qut, Tanrıqut və İduk

[redaktə | mənbəni redaktə et]

Qut Tanrının təkcə hökmdarlara verdiyi güclü ruhdur. Tanrı bu ruhu bir xaqana layiq bildikdə verir və yenə geri ala bilir. Bu ruha sahib olan xaqanlar Tanrıqut titulunu daşıyır.

İduk Umayın, Yer-Suların və bəzi digər dişi cinsli müqəddəs varlıqların adlarına edilən bir əlavədir və hələ də yetərli qədər araşdırılmamışdır. Jan-Pol Ru belə hesab edir ki, İduk Qut anlayışının dişi cinsli varlıqlara tətbiq olunan bir variantıdır.[4][13]

Tanrının yanındakı digər müqəddəs varlıqlar

[redaktə | mənbəni redaktə et]

Tenqriçilikdə əcdadların müqəddəs sayılması, hətta bəzi böyük hökmdarların ölümlərindən sonra tanrı olaraq qəbul edilməsi səbəbi ilə qəbilədən qəbiləyə fərqliliklər vardır. Bu səbəbdən də Tenqriçilikdən danışdıqda bir ümumiləşdirmə aparmaq mümkün deyildir. Məsələn, Altay bölgəsində çox önəmli bir tanrı hesab olunan Qara xan Oğuz xanın atası hesab olunur. Macar tədqiqatçılar belə hesab edir ki, macarlarda Tanrı mənasına gələn İstən sözü İstəmi xaqanın ölümündən sonra tanrılaşdırılması səbəbindən işlədilmişdir.[5][14]

Tenqriçiliyin monoteist bir din olub-olmaması haqqında fərqli yanaşmalar olduğu üçün bu müqəddəs varlıqların tanrı yoxsa güclü ruhlar olaraq qəbul edilməsi haqqında yekun bir düşüncə yoxdur.

Ən məşhur müqəddəs varlıqlar

[redaktə | mənbəni redaktə et]

Tenqriçiliyə inanılan bölgələrdə Tanrıdan sonra müqəddəs hesab olunan ən məşhur varlıqlar bunlardır:

  • Umay — qədim türk mifologiyasında ev, heyvandarlıq və bərəkət tanrıçası hesab olunur. Tanrının qızı olduğu qəbul olunur.
  • Ülgən — qədim türk mifologiyasında göy aləminin hökmdarı hesab olunur. Tanrının oğlu olduğu qəbul olunur.
  • Erlik — qədim türk mifologiyasında yeraltı aləmin hökmdarı hesab olunur. Tanrının oğlu olduğu qəbul olunur.

Sibir türklərində

[redaktə | mənbəni redaktə et]

Hal hazırda yakutlaraltaylılar ən məşhur müqəddəs varlıqlardan başqa aşağıdakı müqəddəs varlıqlara da inanırlar:[5]

  • Kayra xanaltaylılarda yüksək dərəcəli bir tanrı. İnanca görə göyün ən yüksək qatında, qızıl bir sarayda, qızıl taxtında oturur. Altaylıların Yaradılış əfsanəsində insanların yaradıcısı olaraq qəbul olunur.
  • Ayzıt — eşq, gözəllik və Ay tanrıçası hesab olunur. İnanca görə göyün üçüncü qatında oturur. Qamlar alqışlarında inanılmaz gözəlliyini mədh edir.
  • Gün AnaGünəş tanrıçası hesab olunur. İnanca görə Günəş ilə birlikdə göyün yeddinci, yəni ən yüksək qatında oturur.
  • Ay AtaAy tanrısı hesab olunur. İnanca görə Ay ilə birlikdə göyün altıncı qatında oturur.
  • Alaz xan — evdəki ocağı və ev heyvanlarını qoruyur.
  • Ancasın — ildırımların hökmdarı hesab olunur.
  • Su iyəsi — suda yaşayan gözəl pəri qızlarıdır. İlan ya da quşların cildinə girə bilmə qabiliyyətləri vardır.
  • Daş Qaşıt — qismət tanrısı hesab olunur.
  • Andar xan — alovun hökmdarı hesab olunur. Qədim qırğızlarda bitki tanrıçası ilə eyni adı daşıyır.
  • Satılay — pislik tanrıçası hesab olunur. İnsanların tarazlığını pozur, yoldan çıxardır və ruhi xəstəliklərə səbəb olur. Çarəsiz insanları özünə qəsd etməyə razı salır.
  • Qış xan — qışın hökmdarı hesab olunur.
  • Arah, Toyer, Tarila, Sabıray — yeraltı aləmdə insanların ruhu haqqında qərarlar verən hakim ruhlar olduğu hesab olunur.
  • Qoplon Ata — qoyunların qoruyucusu hesab olunur.
  • Ərdənəy — qədim türk mifologiyasında xəbər tanrısı hesab olunur.
  • Kambar — atların qoruyucusu hesab olunur.
  • Od Ana — qədim türk mifologiyasında alovun tanrıçası.

Təbiət ruhları

[redaktə | mənbəni redaktə et]
Şaman paltarı.

Tenqriçilik inancına görə təbiət ruhlarla doludur. Bu ruhlar mövcud olduqları yerə və xüsusiyyətlərinə görə qruplara ayrılırlar. Onların adları Tenqriçiliyə inanan toplumların fərqli ləhçə və dillərinə görə müxtəliflik göstərə bilir. Ümumilikdə götürdükdə təbiət ruhlarını iki böyük qrupa ayırmaq olar:[13]

  • Göylə bağlılığı olan ruhlar — bu ruhların adına əsasən Göy və ya Tenqri sözləri əlavə olunur.
  • Yerlə bağlılığı olan ruhlar — bu ruhlar ümumi şəkildə türklərdə Yer-Su, monqollarda isə Qazriin ezen olaraq adlandırılır.

Rafael Bezertinov yazdığı Tenqrizm: türklərin və monqolların dini (ing. Tengrianism: Religion of Türks and Mongols) kitabında türklərin inandığı 17 müqəddəs varlığın və monqolların inandığı 99 Göy ruhu və 77 Yer ruhunun bir-birinə əks mövqedə durduqlarını bildirir. Bundan başqa Rafael Bezertinov Tanrı ilə əlaqəli olaraq işlədilən göy sözünün göy ruhuna sahib olduğuna inanılan varlıqlara əlavə olunduğuna diqqəti çəkir. Göy sözü at, qoç, buğa, maral, it və qurd kimi bəzi canlıların adlarına da əlavə olunur. Bu heyvanın rənginə görə yox, onun göyə aid olmasını bildirmək üçün edilir.[13]

Monqollarda Tanrının yanında ən güclü müqəddəs varlıqlar göyün ayrı mövqelərində olduğuna inanılan dörd qüdrətli göy ruhudur. Monqollar bunların adlarına Tenqer, yəni Göy sözünü əlavə edir:

  • Erleq xan — yeraltının hökmdarı hesab olunur. Şərq Tenqeridir.
  • Usan xan — su ruhlarının hökmdarıdır. Cənub Tenqeridir.
  • Tatay Tenqer — Fırtınaların, qasırğaların və ildırımların hökmdarıdır. Şimal Tenqeridir.

Monqolların inancına görə bu göy ruhları çox güclüdür və heç nədən təsirlənmirlər. Şamanlar təkcə onlardan ayinlərdə köməkçi olmalarını xahiş edə bilərlər. Bu ruhlardan başqa Çor, Ozor, Onqon, Körmöz və Burxan ruhları da vardır.

  • Yer-Su — yerlə bağlılığı olan təbiət ruhlarıdır. Bir dağın, gölün, bulağın, qayanın, ağacın, kəndin, binanın, hətta bütöv bir ölkənin də ruhu ola bilər.
  • Çor — tarazlığı pozan, bədən və ruhi xəstəliklərə səbəb olan pis ruhlardır. Bəzi çorlar ölmüş insanların yeraltı aləmə gedən yolu tapa bilməyən süne ruhlarıdır. Belə olduğu halda bir şamanın bu ruhu yenidən yoluna döndərməsi lazımdır. Digər pis ruhlar isə yenidən canlanma çevrəsinin xaricində qalır və əbədi olaraq təbiətdə dolaşır. Şamanlar bu ruhlara təsir göstərib onları xeyir verən ruhlara çevirə bilirlər.
  • Ozor ruhları, Onqon ruhlarıBurxan ruhları — əsasən yaxşı ruhlardır, amma hərdən problem yarada bilirlər. Ozor və Onqon ruhları bəzi əcdadların bir müddət təbiətdə dolaşan süldə ruhlarıdır. Bu ruhlar şamanların mərasimlərdəki ən önəmli köməkçiləridir.
  • Körmöz — ölmüş şamanların ruhlarıdır. Bu ruhlar daim canlı şamanların yanında olur, onlara kömək edirlər. Körmözlər şaman nəsillərinin təcrübəsinə sahib olurlar. Yaxşı və pis körmözlər vardır. Bundan başqa körmözlər yeni ölən insanların ruhlarına yol göstərirlər.
  • Burxan — bu ruhlar çox güclüdür və şamanlar onlara təsir göstərə bilməz. Əgər bu ruhlar bir nəfəri xəstə edərsə, şamanlar sadəcə onlardan xəstədən əl çəkmələrini xahiş edə bilərlər. Təkcə çox güclü bir köməkçi ruha sahib olan şaman bir burxan ruhuna təsir göstərə bilər. Bu baş verərsə burxan ruhu bir onqonun içində tutulan bir onqon ruhuna çevrilir.[3]

Altayların bəzi güclü təbiət ruhları

[redaktə | mənbəni redaktə et]
  • Altay xan — Altay dağlarının hökmdarıdır. Altay dağlarının zirvəsində oturduğuna inanılan güclü ruhdur.
  • Bunçaq xan, Busul xan — bu iki ruh göy aləminin ən yüksək qatında Qara xanın sarayına gedən yolda keşikçilik edir.
  • Təmir xan — güclü dağ ruhudur.
  • Talay — güclü dağ ruhudur.
  • Okto xanYer-Su qrupuna daxil olan güclü bir dağ ruhudur.[5]

Müqəddəs dağlar, göllər və ağaclar

[redaktə | mənbəni redaktə et]
Xan-Tenqri dağının görüntüsü.

Tenqriçiliyə inananların təbiətə qarşı böyük bir hörməti vardır. Çünki təbiət ruhlarla doludur. Böyük bir dağın, görkəmli bir yaşlı ağacın, bir gölün ya da vəhşi heyvanın ruhu, dolayı yolla da şəxsiyyəti vardır. İnsan təbiətdən sadəcə özünə və ailəsinə bəs edən qədərini ala bilər. İsrafçılıq etmək TanrınıYer-Suları qəzəbləndirir. Əgər bir insan təbiətdən nəyisə əldə edə bilirsə, bu təbiət ruhlarının razılığı ilə mümkün olur. Bu səbəbdən də insanlar onlara qarşı minnətdar olur.[3]

Dağı təmsil edən bir oba.

Çinin Tanq dövründən qaldığı hesab olunan Köç Dastanında türklər qırx nəsildən bəri müqəddəs hesab olunan və ondan güc aldıqları Qutlu qayanı çinlilərə verirlər. Dastana görə bundan sonra göy anidən sarı rəngə bürünür, quşların və təbiətdəki digər canlıların səsləri kəsilir. Bozqırlar saralıb solmağa başlayır. Türklərin və sürülərinin arasında yoluxucu xəstəliklər yayılmağa başlayır və Yer-Suların "Köç" səsi hər yerdə əks olunur. Yer-Sular bu şəkildə onlara xəyanət edən türkləri ölkələrindən qovaraq cəzalandırarlar.

Dağ ruhlarının çox güclü olduqlarına inanırlar və bərəkət üçün onlara dua edirlər. Hər Tanrıçı xalq yaşadığı bölgənin ən yüksək dağına xitab edir. Beləliklə Avrasiyada yerləşən bəzi yüksək dağ adları bu inancı özündə mühafizə edə bilmişdir. Bir dağ ruhuna edilən dua, Obaya istiqamətləndirilir. Bu oba dağın yaxınlarında yerləşən və o dağı təmsil edən 2–3 metr yüksəkliyində budaqlardan ibarət olan bir yığınaqdır. Onun yanından keçən bir şəxs ətrafında üç dəfə dolanır və sonda obanın təpəsinə bir daş qoyur. İnanca görə belə edildikdə yolunun davamı üçün uğur və özü üçün güc verilir.[3]

Bəzi müqəddəs dağlar və göllər

[redaktə | mənbəni redaktə et]

Əhd və qurban adətləri

[redaktə | mənbəni redaktə et]

Tenqriçilikdə iki növ qurban vardır; qanlı qurbanqansız qurban:[3][5]

  • Qanlı qurbanlar — Ən çox qəbul olduğuna inanılan qurban ağ atdır. Atdan başqa qoyun, keçi və mal da qurban edilir. Tenqriçilikdə bir heyvanı qurban edərkən riayət olunması vacib bir sıra qaydalar vardır. Bir heyvanın yenidən dünyaya gələcək ruhu olduğuna inanıldığı üçün ona hörmət bəslənilər və yersiz yerə əziyyət verilməz. Qurban ediləcək heyvanın başı kəsilmir. İnanca görə heyvanın ruhu başında, boynunda və nəfəs yolunda olduğu üçün heyvan bölünərək qurban verilir. Bundan başqa qanın axmaması, heyvanın sümüklərinin qırılmaması və heyvanın kürkünün qarın hissəsində olan dəlikdən başqa onun bütöv bir halda qalması vacibdir. Heyvanın qarın hissəsindən bir hissə kəsilərək buradan heyvanın içinə əl soxulur və onun əsas damarı bölünür. Monqolustanda bu ənənə hələ də davam etməkdədir. Daha sonra heyvan iki hissəyə bölünür və iki ayrı alovun üstündə asılır. Hansı hissəsinin alovu dik şəkildə göyə yüksələrsə, həmin hissə kül olana qədər ocağın üstündə saxlanır. İnanca görə o hissənin qoxusu Tanrıya xoş gəlir. Hal hazırda müsəlman qırğızlar Qurban bayramında at da qurban edirlər.
  • Qansız qurbanlar — bu qurban üçün xüsusi olaraq seçilmiş çeşidli qida maddələri, içki, tütün, ev əşyaları və at yarışları ilə güləş kimi üsullardan istifadə olunur. Məsələn, göy guruldayanda bir qab qımız, qatıq ya da ayranla üç dəfə çadırın ətrafında dolanırlar. İldırımın düşdüyü yerdə gənclər, Tanrının razılığını yenidən qazanmaq üçün güləş yarışları keçirərlər. Hər gün edilən və tez-tez rastlanan qurban isə bir qab qımızın bir hissəsini dörd bir yana çiləyərək onu Tanrıya, Ötükenə həsr edib, qalanın içməkdən ibarətdir. Bu adət hal hazırda da Sibirdə və xüsusən də Monqolustanda geniş yayılmışdır. Bunu bəzən araqla da həyata keçirirlər.[3]

Qədim türklərdə cənazə mərasimləri

[redaktə | mənbəni redaktə et]

Tenqriçilikdə insanların birdən çox ruha sahib olduğuna inanılması və bu ruhların fərqli xüsusiyyətləri olduğuna inanılması səbəbindən dövr və bölgələrdən asılı olaraq fərqli cənazə mərasimləri mövcud olmuşdur.

Jan-Pol Ru belə hesab edir ki, qədim Çin mənbələrində usanların əvvəllər cənazələrini yandırmaqları, sonrakı dövrlərdə isə dəfn etdikləri ilə bağlı dəlillər vardır. Bəzi başqa mənbələrə görə dəfn olunacaq cənazələr üçün yerin seçilməsində axar suyun olmasına önəm verilir. Belə olmasında bədənin xaricində axar su ilə hərəkət edə bilən süne ruhunun nəzərə alına biləcəyinə diqqət yetirmək mümkündür. Digər mənbələrdə isə məzarların yeri seçilərkən yüksək təpələrin seçilməsinə önəm verilməsindən bəhs olunur ki, bu da göyə daha yaxın olduğu üçün nəfəs ruhunun nəzərə alına biləcəyinə diqqəti çəkir.

Mahmud Qaşqarlı da qədim türklərin dəfn adətləri ilə bağlı çox faydalı bilgilər vermişdir. O, sadalanan adətlərlə yanaşı ağacların üstündə sərgilənən cənazələrin olduğunu və ölənin yaxınlarının dırnaqları və bıçaqlarla özlərinə zərər verməsindən bəhs edir. Cənazə mərasimlərində xüsusilə üzlərini yaralayıb qan gəlməsini təmin etməyə önəm verilmişdir. Çünki göz yaşlarının qanla qarışaraq axmasının dərin mənası vardır. Cənazə çıxan evdən qırx gün müddətində heç nə alınmır və ora heç nə verilmir. Hətta bəzi toplumlarda qırx gün boyunca ölənin adı çəkilmir. Əks halda ölənin ruhunun evi tərk etməyəcəyinə və getməli olduğu yolu tapa bilməyəcəyinə inanılır.

Jan-Pol Ru Türklərin və monqolların qədim dini kitabında yazırdı:[15]

" Ölümdən sonrakı dövrdə bəzən birdən birə meydana çıxan, bəzən də əvvəlcədən təşkil olunan ağlayıb sızlamaqlarla cənazə mərasimlərindəki özünü döymə rituallarını bir-birinə qarışdırmamaq lazımdır. Çinlilər bu bölgünü çox yaxşı həyata keçirib. Mövzu ilə bağlı təsvirlər klassik xarakter daşıyır: "Onlar cənazənin içində olduğu çadırın qarşısına gələr gəlməz qanlarının göz yaşı ilə birgə axdığını göstərmək üçün bıçaqla üzlərini kəsirlər". Cordanes bunun hunlar tərəfindən də həyata keçirildiyini bildirmişdir. Digər müşahidəçilərdən biri olan İbn Fədlan qorxunc və vəhşi şəkildə qışqırıb ağlayan kişilərin olduğunu qeyd etmişdir. Eyni zamanda at yarışları təşkil olunur, yəni ölünün çadırının ətrafında nizamsız şəkildə dönürlər. Bundan başqa qoyunlar və atlar qurban edilərək çadırın önünə sərilir. Ölü ona baxılması üçün yeddi gün açıqda saxlanır. Yeddi rəqəmi ilə bağlı yeddi yara, yeddi dəfə ətrafında dönmək kimi fəaliyyətlər də həyata keçirilir. …

Dəfn zamanı gələndə cəsəd Heredotun yazdığı, Pazırıq kurqanındakı təsvirlərdən, həmçinin iskit və monqol ənənələrindən də bilindiyi kimi arabanın üzərinə qoyularaq aparılır. Göytürklərdə, Ağ hunlarda, avar türklərində və digər türk toplumlarında arabada aparılan cəsədi alay müşayət edir. Cənazə mərasimləri bir araya toplanmaq üçün mühüm səbəb olduğundan qədimdə olduğu kimi hal hazırda da xalq toplanır və bunun üçün uzaq yerlərdən gəlinir, yad heyətlər dəvət olunur.

Hələ də ölən birinin ölümə uçan ruhunun sunqur şəklində olub olmadığını müəyyən edə bilməmişik, amma "öldü" sözü yerinə "sunqur boldi", yəni sunqur formasına düşdü deyiminin İslamı qəbul etmiş qərb türklərində də qaldığını görmək mümkündür.

"
Balballar.

Emel Esin Türklərdə maddi mədəniyyətin meydana gəlməsi kitabında yazırdı:[16]

" Göytürklər haqqında Çin rəvayətlərindən başa düşmək olur ki, cəsəd qübbəli və dairəvi formada olan türk çadırında saxlanır. Təqvimdə uyğun bir gün seçərək yuğ mərasiminin iki mərhələsi yerinə yetirilirdi. Göytürk bəylərinin məzar daşlarında yuğ tarixləri yazıldığına görə günü müəyyənləşdirərkən bəzi astronomik düşüncələrin də mövcud olduğunu demək mümkündür. Əsasən göründüyü kimi məzar daşlarında göy cisimlərinin təsvirləri də vardır. Mərasim üçün seçilən gündə cəsəd at üstünə mindirilib bəzən çadır şəklində evdə silahları və ayna kimi qiymətli əşyaları ilə yandırılır. Başqa bir mövsümdə külləri basdırılır. Türk xaqanlarının məzar abidələri dağ formasındadır. Daha sonralar göytürklərdə və oğuzlarda cəsəd yandırılmadan geyim və zirehli şəkildə, qılıncı ilə birgə, əlində bir qədəh içki və atı ilə birgə basdırılırdı. Məzar abidəsi kimi ölənin bir portreti və həyatı boyunca girdiyi döyüşlərdən səhnələr təsvir olunurdu.

Ölənin yaşadığı müddət ərzində öldürdüyü düşmən əskərlərini təmsil edən daşlara ya da heykəllərə balballar deyilirdi və bunlar məzarın ətrafına düzülürdü. Balballar və qurban edilən heyvanların o biri dünyada ölənin xidmətində olacağına inanılırdı. J.R.Hemilton və E.Trijarski tərəfindən yeni oxunan maralın təsvir olunduğu bir məzar daşı yazısından da başa düşüldüyü kimi qurban edilən heyvanların da təsviri verilirdi.

"

Jan-Pol Ru Altay türklərində ölüm adlı tədqiqatında yazırdı:[17]

" Əksini göstərən bir dəlil tapılmadığı müddətcə tarixi dövrdəki Altay toplumlarının cənazə mərasimi adətlərinin Orta Asiyanın qədim tarixinə aid ənənələrinin davami olduğunu deyə bilərik.

Nəticədə altaylıların cənazə mərasimləri üçün istifadə etdikləri dəyişik metodları aşağıdakı kimi göstərmək mümkündür:

  • Ağacların üzərində sərgilənən cəsədlər
  • Heyvanların yeməsi üçün qoyulan cəsədlər
  • Yandırılan cəsədlər
  • Mumyalanan cəsədlər
  • Basdırılan cəsədlər

Heyvanların yeməsi üçün nəzərdə tutulan cəsədlər və yandırılan cəsədlərdən başqa digər mərhələlərdən sonra da basdırılma həyata keçirilir.[17]

Yandırma prosesini başa düşmək üçün alov kultu anlayışını başa düşməyimiz lazımdır. Alov kultu alova sitayiş etmək deyil, alovu Tanrıya çatmaq üçün bir vasitə olaraq istifadə etməkdir. Bu səbəbdən Tenqriçilik mərasimlərini tədqiq etdiyimiz zaman cəsədin bədəninin yandırılıb ruhunun uçaraq Tanrıya çatdığı nəticəsinə gəlmək mümkündür. Mumyalama prosesi xaqan üçün ediləcək yas ayininə uzaq ölkələrdən nümayəndələrin dəvət edilməsi, dəvətə cavab verilməsi və bu ölkələrin nümayəndələrinin gələ bilməsi üçün cəsədin bir neçə il gözlədilməsi məcburiyyətindən yaranmışdır. Mumyalamaq üçün lazımlı vəsaitlər ucsuz-bucaqsız meşələrdən təmin olunur.

Çoxlu mətnlərdən ölünün çadıra qoyulduğunu öyrənmişik. Şübhəsiz ki, bu çadır ölənin sağ olduğu müddət ərzində istifadə etdiyi çadır deyil. Bu çadır cənazə mərasimləri üçün xüsusilə istifadə olunan bir cənazə yerdir.[17]

Türklərin qədim dövrlərdən bəri kəfəndən istifadə etdikləri sübut olunmuşdur.[17]

Ümumiyyətlə ölünün ət və içkilərlə birlikdə dəfn olunduğunu göstərən yetərli dəlillərimiz vardır.[18]

Qısası o biri dünyada ehtiyacı ola biləcək hər cür əşyanı basdırırlar.[17]

"

Tenqriçilikdə din xadimləri: Şaman və Baxşi

[redaktə | mənbəni redaktə et]

Tenqriçilik inancında şaman müqəddəs biri hesab olunmur. Ruhlarla bağlılıq qura bildiyi üçün ona hörmət bəsləyirlər. Bu səbəbdən də digər dinlərdəki kimi din xadimlərinin funksiyaları ilə qarşılaşdırılması doğru deyil. Şamanın ən önəmli vəzifəsi pozulan tarazlığı yenidən bərpa etmək və xəstələri sağaltmaqdır. İnsanların gündəlik ibadətləri üçün bir şamana ehtiyac yoxdur.

Bəzi şamanlar daha güclü ruhlarla əlaqə qura bilir və digər şamanlardan güclü olur. Ağ və qara şamanlar vardır. Bunların vəzifələri və bacarıqları fərqlidir. Ağ şamanlar göyə bağlı ruhlarla, qara şamanlar isə yer və yeraltı aləmə bağlı ruhlarla əlaqə qura bilirlər. Şamanların paltarına manyak deyilir. Şamanların manyağından asılmış ona güc verən və pis ruhlardan qoruyan çoxlu əşyalar vardır.[3]

Şamanların odla təmizlənməsi

[redaktə | mənbəni redaktə et]
Tuvalı qadın kam alov ayinində. Tuvalılarda bu ənənə hələ də varlığını qoruyur.

Jan-Pol Ru Türklərin və monqolların qədim dini kitabında yazırdı:[15]

" Hər şeyin odla təmizləndiyinə inanırlar. Elçilər, şahzadələr və ya hansısa yad biri gəldiyi halda bu şəxslərin və gətirdikləri hədiyyələrin təhlükəli ola bilməsi, cadu etmələri, zəhər gətirmələri ya da hansısa pislik etmələri ehtimalı nəzərə alınaraq təmizlənmələri üçün odun arasından keçməlidirlər. "

Şamanların təbiətə verdikləri önəm

[redaktə | mənbəni redaktə et]

Jan-Pol Ru Türklərin və monqolların qədim dini kitabında yazırdı:[15]

" Əvvəlcə də qeyd etdiyimiz kimi heyvan növlərinin yox olması narahatçılığı, yəni təbiətə hörmət, ətrafı qoruma, ehtiyacdan daha artığını istifadə etməmək ya da şaman dinində hakim-sahibləri incitməmək narahatçılığı, olduqca yaxşı bilinən törə və adətlərin əsasını təşkil edir. Ən yaxşı formada Monqol dövründə özünü göstərən bu adətlər hər halda o dövrdən çox əvvəllər meydana gəlmiş, amma Çingiz xan dövründə Yasalar şəklinə gətirilmişdir. "

Şamanların metodları

[redaktə | mənbəni redaktə et]

Çin mənbələrinə görə Mərkəzi Asiyada Şamanizmin bünövrəsi Göy Tanrı, Günəş, Yer-Su, əcdadlar və ocaq kultlarıdır. Bu kontekstdə Mərkəzi Asiyada Şamanizm inancının əsasını insan və təbiətin birlik, bərabərlik və uyğunlaşma düşüncəsi təşkil edir.

Jan-Pol Ru Türklərin və monqolların qədim dini kitabında yazırdı:[15]

" İbn Sina belə görünür ki, türkmənlərin, yəni köçəri türklərin bir qəbiləsində baş verən şaman seansında iştirak etmişdi. İbn Sina gördüklərini belə təsvir edirdi:"Öncədəngörmə üçün kahinə müraciət edildikdə kahin bütün istiqamətlərə doğru qaçmağa başlayır və ürəyi gedənə qədər tənginəfəs olur. Bu vəziyyətdə olarkən xəyalında canlananları deyir və orada hazır şəkildə gözləyənlər, lazımi olanı etmək üçün onun sözlərini diqqətlə dinləyirlər". Yenə XI əsrdə Mahmud Qaşqarlı qam sözündən dörd dəfə istifadə edib. Bu sözü kahin kimi izah edir və xüsusiyyətlərini üç örnəklə açıqlayır: "Şamanlar başa düşülməyən çoxlu söz dedilər", "Şaman cadu etdi", "Şaman öncədən görmə etdi".

Bəlkə də bir müqəddəs qəbul etmə prosesi ya da bu mərhələyə çatmağı qeyd edən hər hansı bir mərasim nəticəsində lazımi səviyyədə hazırlanan və gərəkli alətlərini götürən şaman musiqinin müşayətində öz ətrafında dönərək çıxardığı heyvan səsləri, uçmaq təqlidləri, heyvan kimi tullanmaq və sürünmələr nəticəsində öz varlığını dərk edə bilməyəcək qədər sərxoş ola biləcək şüur səviyyəsinə gələ bilir. Bu vəziyyətdə təcrübəsini, o biri dünyaya səyahətini, çətin yüksəlişini ya da təhlükəli düşməyini, heyvan formalı ruhlarla döyüşünü əldən düşənə qədər mimikasında canlandıracaqdır. … Burada əsas məqsəd ruhları bildikləri sirlər haqqında sorğuya çəkmək, yəni gələcək haqqında məlumat əldə etmək, hətta şəxslərin ruhunu, görünməz ya da miskin varlıqlar tərəfindən oğurlanan və onlar tərəfindən qaçırılmaqla təhdid olunan ruhları axtarmaq, yəni cadu vasitəsi ilə sağaltmaqdır.

"

Külək tayı və Buyanhışıq

[redaktə | mənbəni redaktə et]

Tenqriçilik ənənələrinin canlı qaldığı Monqolustanda insanların şəxsi gücü Külək tayı olaraq adlandırılır. Külək tayının gücü insanın dünyasını tarazlıqda tutması ilə bağlıdır. Çox güclü külək tayı insanın tutarlı məntiqə sahib olmasını, daxili gücün xaricə əks olunmasını və hər zaman düzgün qərarlar verməsini təmin edir. Əgər insan gücündən pis niyətlər üçün istifadə edib tarazlığı pozsa onun külək tayı zəifləyər. Beləliklə karma fəlsəfəsində olduğu kimi pislik edən insanların özlərinə də zərər verdiyinə inanırlar.

İnanca görə külək tayı hər gün edilə bilən kiçik tətbiqetmələrlə gücləndirilə bilər. Dəyərli içkidən göyün dörd bir yanına çiləmək, Tanrıya, yerə və əcdadlara qurban vermək və dua etmək buna örnək ola bilər.

Buyanhışıq ya da qısaca buyan anlayışı da külək tayına bənzər anlayışdır. Buyanhışıq insanın davranışları ilə güclənir ya da zəifləyir. Qadağalara diqqət yetirmədikdə, əcdadlara hörmətsizlik edildikdə və lazım olmadığı halda heyvanları öldürüb təbiətə zərər vurduqda təbiətdəki ruhlar qəzəblənir və insanın buyanı zəifləyir. Külək tayından fərqli olaraq buyan daha çox ictimai enerji mənbəyi olaraq qəbul olunur. Bir topluma aid olan şəxsin etdiyi səhvlə həmin toplumun buyanı da zəifləyir. Bu səbəbdən insanlar bir-birlərinə qarşı səhv etməməyə diqqət edirlər. Toplumun buyanını gücləndirmək üçün şaman tərəfindən həyata keçirilən mərasimlər təşkil olunur.

Külək tayı və buyan inancları insanların bəzi qaydalara riayət edərək bir-birləri və ətrafı ilə yaxşı yaşamalarını təmin edir.[3]

Qədim türklərin daim hərəkətdə olmaları səbəbindən yetəri qədər arxeoloji qazıntılar aparıla biləcək yerlərin olmaması, yazıdan istifadəyə gec başlamaları və tez-tez yad mədəniyyətlərin təsirlərinə məruz qalmaları onlar barəsində tədqiqatlar aparmağı çox çətin bir məsələyə çevirib.

VI əsrdən etibarən mövcud olan yazılı daşları ilə nəyə inandıqlarını sübut edən türklər haqqında digər xalqların yazdığı daha qədim yazılar da mövcuddur. Ən mühüm bilgiləri çin, ərəb, farsBizans mənbələrində tapmaq mümkündür. Buna baxmayaraq bu xalqlar əsasən türkləri düşmən olaraq qəbul etdikləri üçün yazdıqları demək olar ki, müsbət xarakterli deyil. Bu səbəbdən yad mənbələrdə tanrıçı türklərdən "iki ayaq üstə yeriyən itlər", insanlıqdan kənar vəhşilər", "qurd ya da it başlılar" olaraq bəhs edilir. Buna baxmayaraq bu mənbələrdə də faydalı məlumatlar tapmaq mümkündür.[2]

Orta Əsrlərin türk tədqiqatçısı Mahmud Qaşqarlı XI əsrdə tamamladığı "Divanü Lüğat-it-Türk" əsərində Tenqriçiliyi araşdırmaq üçün qiymətli mənbədir. Özü müsəlman olan Mahmud Qaşqarlı kafirlər deyə adlandırdığı Tenqriçilik inancı ilə yaşayan türklərin etdiklərini bəyənmədiyini hər fürsətdə bildirmişdir. Buna baxmayaraq yazmış olduğu əsər İslamdan öncəki türklərin yaşayışını araşdıran bütün alimlər tərəfindən ən etibarlı mənbə olaraq qəbul edilir.[2]

Tək Tenqri anlayışı

[redaktə | mənbəni redaktə et]

Qədim türk inancının monoteist, yoxsa politeist bir din olması ilə bağlı fərqli düşüncələr vardır. Burada ən əsas mübahisə məsələsi Tenqri sözünün nə vaxt Göy, nə vaxt Tanrı mənasında işlənmiş olmağındadır. Hər iki mənada işlənəndə də məntiqli qəbul olunması mümkündür.

Vyana Universitetinin bir məqaləsində qədim türk inancı haqqında iki düşüncənin olduğu belə ifadə olunmuşdur:[19]

  1. Türklərdə nə Şamanizm, nə də Totemizm yoxdur. Türk dini monoteist bir dindir. Bu anlayış əsasən də türk alimləri tərəfindən qəbul olunmuşdur.
  2. Türklərdə həm Şamanizm, həm də Totemizm vardır. Qədim yazılı abidələrdə şamanlardan bəhs olunmasa da, sonrakı dövrlərdə mövcud olduqları sübuta yetirilmişdir. Bir çox şimalda yaşayan türklərin dilində qam sözü hələ də öz varlığını qorumaqdadır. Türklərin Şamanist inancları ilə bağlı Çin yazılarında örnəklər vardır. Türklərin Totemizm inancları haqqında yetərli məlumat olmasa da, bəzi məlumatlar buna işarə edir. Skarlip belə hesab edir ki, ən mühüm dəlil türklərin Törəyiş dastanıdır. Bu əfsanədə türklərin qurddan törədiyinə inanılır. Bundan başqa türk orduları qurd başı təsvir olunmuş bayraqlarla döyüşə getmiş, hətta ordunun yüksəkrütbəli hərbçililərinə Böri (Qurd) adını vermişdir.

Jan-Pol Ru bu məsələyə də digərlərindən daha çox aydınlıq gətirmişdir:[4]

" Monoteist din olan Tenqriçiliyin politeist tərəfləri də vardır. Türklər güclü bir hökmdarın rəhbərliyi ətrafında böyük topluluqlar yaradıb böyük imperiyalar qurduqları zamanlarda monoteizm ön plana çıxmışdır. Politeizm daha çox xalq kütlələri arasında və imperiyalar dağılıb anarxiya vəziyyəti meydana çıxdıqda meydana çıxmışdır. Göy Tanrısı Tenqrinin yerdəki oğlu olan hökmdarla yaxın bir bağlılığı vardı. Hökmdar Tanrının yerdəki nümayəndəsi idi. Tanrı türkçü bir Tanrı olsa da, eyni zamanda milli və hökmdar xüsusiyyətlərinə sahib idi. Necə ki hamı yerdə xaqana qulluq edirsə, Göyə, yəni bütün kainatın Tanrısına da xidmət etməlidir. Buna baxmayaraq hətta Göytürk xaqanlığı dövründən qalma tapıntılarda belə Tanrıdan başqa digər müqəddəs varlıqlara da rast gəlmək mümkündür. Bu varlıqlar bəzən Tanrı üçün işlənən Tenqri sözü ilə bəzən də İduk sözü ilə müqəddəsləşdirilmişdir. İduk daha çox xaqanın həyat yoldaşı olan Xatunla bağlıdır. "

Çağdaş dövrdə Tenqriçilik

[redaktə | mənbəni redaktə et]
Qırğız yazıçı Çoyon Ömürəliyev tərəfindən yazılan Tenqriçilik adlı kitabın üz qabığı. Kitabın adı qədim türk yazılarına oxşadılaraq kiril əlifbası ilə yazılmışdır.

SSRİ dağıldıqdan sonra rejimin təzyiqindən qurtulmuş türk xalqları yenidən öz milli köklərini axtarmağa başladılar. Bu ilk olaraq 1990-cı illərdə Tatarıstanda, sonradan Rusiyanın digər bölgələrində və Qırğızıstanda müşahidə olunmuşdur. Tatarıstanda bu hərəkatın adı əvvəlcə Bizim yol (Bizneng yul) olaraq adlandırılsa da, sonradan Tenqriçilik adı daha sıx-sıx işlənməyə başlamışdır. Bir müddət sonra Tenqriçilik xalqın həvəsi olmaq sərhədlərini aşmış, dövlət tərəfindən də araşdırılmağa və institutları qurulmağa başlanmışdır. Tenqriçiliyin Qırğızıstandakı önəmli qurumu Tenqir Ordodur. Bu qurum qırğız millət vəkili Dastan Sarıgülov tərəfindən qurulmuş və özü tərəfindən rəhbərliyi həyata keçirilmişdir. Bu qurum həm də Tenqriçilik inancını araşdırma mərkəzidir. Tenqir Ordo İstanbul Universitetinin Türk Dünyası Araşdırma Mərkəzi ilə əməkdaşlıq edir. Bu qurumun tədqiqatlarına digər türk xalqlarının da marağı artmış və Mərkəzi Asiyada tez-tez mətbuatda əksini tapmışdır.

Qazaxıstanın prezidenti Nursultan NazarbayevQırğızıstanın prezidenti Əsgər Akayev etdikləri çıxışlarında Tenqriçilik inancının türk xalqlarının ortaq milli və ənənəvi inancı olduğunu vurğulamışdır.[mənbə göstərin]

Tenqriçiliyin Monqolustandakı təşkilatı Qolomt Şamanist İşlər Mərkəzidir (ing. Golomt Center for Shamanist Studies). Bu qurum Tenqriçiliklə bağlı tədqiqatlar aparmaqla yanaşı, inancı qərb ölkələrində yaymaq məqsədilə ingilis dilində sayt yaratmışdır.[20]

Tenqriçilik sözünün çeşidli formaları

[redaktə | mənbəni redaktə et]

Tenqriçilik sözü hələ də yayılmaq mərhələsində olduğundan çeşidli formalarına rast gəlmək mümkündür:

  • Tenqrizm, Tänriizm, Tengrianity.
  • Tenqerizm (monqollarda).
  • Tanqriizm ya da Tanqrizm (qədim bulqarlarda Tenqri sözü Tanqra olaraq işlənirdi).
  • Tenqrianizm (Rafael Bezertinovun kitabında).
  • Tenqriçilik, Göy Tanrı dini, Göy Tenqri dini (Türkiyədə).

Çağdaş dövrdə mövcud olan Tenqriçilik adətləri

[redaktə | mənbəni redaktə et]
  • Gedənin arxasından su tökmək
  • Taxtaya üç dəfə vurmaq
  • Qurğuşun tökmək
  • Göz muncuğu
  • Məzar və türbə hazırlamaq
  • Türbədə şam yandırmaq
  • Məzarların ayaq tərəfinə su qoymaq
  • Doğumdan sonra 42 gün davam edən və loğusa adlandırılan mərhələdə olan qadınların başına qırmızı lent bağlamaq
  • Toyda gəlinin başının üzərindən çərəzlər və düyü kimi qidalar atmaq
  • Əlləri göyə açıb dua etmək
  • Doğulan körpə, ölən və yeni evlənənlər üçün qırx adəti (40 gün)
  • Səma rəqsi
  • Türklərin və monqolların qədim dini. Jan-Pol Ru. ISBN 975-8240-70-6.
  • Altay türklərində ölüm. Jan-Pol Ru. ISBN 975-997-091-0.
  • Tenqrizm: türklərin və monqolların dini (ing. Tengrianism: Religion of Türks and Mongols). Rafael Bezertinov.
  • Türklərdə maddi mədəniyyətin meydana gəlməsi. Emel Esin. ISBN 975-997-029-5.
  • Türk mifologiyası. Murad Uraz. ISBN 9759792359.
  • Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri. Füzuli Bayat. 1997. Bakı.
  • Türk şaman mətnləri, əfsanələr və memoratlar. Füzuli Bayat. 2004. Ankara. ISBN 975-8854-37-2.
  • Anadolu xalq sufizminin meydana gəlməsində şamanlığın rolu. Füzuli Bayat. Beynəlxalq Anadolu İnancları Konqresi Bildirişləri. 23–28 oktyabr 2000. Ürgüp, Nevşəhər; 2001. Ankara.
  • Tarixdə və bu gün Şamanizm. Əbdülqədir İnan. Türk tarix qurumu. 2000.
  • Qədim türk inancları və Şamanizm terminləri lüğəti. Əsəd Qorxmaz. 2003. İstanbul.
  • Müsəlmanlıqdan əvvəl türk dinləri. Şamanizm. Yusif Ziya Yörükan. 2005. Ankara.
  • Ana xətləri ilə türk şamanlığı. Füzuli Bayat. 2006. İstanbul.
  1. Lamaizmlə qarışmış şəkildə.
  2. Altaylılar, Yakutlar və s..
  3. Hal hazırda elm mənasında işlənir.
  4. Bəzən yeraltı aləmin doqquz, göy aləminin isə on yeddi qatının olduğu qəbul edilir.
  5. Bu ruh türklərdə Özüt olaraq da adlandırılır. Mahmud Qaşqarlı "Divanü Lüğat-it-Türk" əsərində Özüt ruhundan nəfəs ruhu olaraq bəhs etmişdir.
  6. Süne ruhu olaraq da tanınır.
  1. 1 2 "Tengricilik (Dr. Yaşar Kalafat)". 2006-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Dr. Peter Laut: Vielfalt türkischer Religionen: Tänriismus, Universität Freiburg [1] Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine (Almanca: Türklerde dinlerin çeşitliliği/ Freiburg Üniversitesi'nden Dr. Peter Laut)
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 "Julie Stewart – Mongolian Shamanism (İng.)". 2007-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  4. 1 2 3 4 5 6 7 8 Götter und Mythen in Zentralasien und Nordeurasien Käthe Uray-Kőhalmi, Jean-Paul Roux, Pertev N. Boratav, Edith Vertes: ISBN 3-12-909870-4 İçinden: Jean-Paul Roux: Die alttürkische Mythologie (Eski Türk mitolojisi)
  5. 1 2 3 4 5 6 7 8 Türk Mitolojisi, Murat Uraz, ISBN 9759792359
  6. "Bulgaria Illustrated History" Bojidar Dimitrov.
  7. "Globalisierung à la Tschingis Chan?". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  8. "Urreligion der Ungaren (Almanca) / Eski macarların inancı" (PDF). 2007-09-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  9. Wörterbuch der Mythologie, Band 2, Stuttgart 1973, Hsg. Norbert Reiter, S.249, M. de Ferdinandy adlı yazıçının, Die Mythologie der Ungarn Macarların mifologiyası adlı məqaləsi
  10. "Tangrist sanctuaries". 2007-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  11. University of Saskatchewan, Andrei Vinogradov, Din bilimi ve Antropoloji bölümü, Kasım 2003 Sayfa 78 Arxivləşdirilib 2009-03-27 at the Wayback Machine
  12. Volksreligion in der Mongolei. (Moğolistan'da din)/Prof. Dr. Käthe Uray-Kőhalmi
  13. 1 2 3 Rafael Bezertinov, "Tengrianizm: Türklerin ve Moğolların Dini" (Tengrianism: Religion of Turks and Mongols)
  14. Proto-Magyar texts from the middle of 1st millenium, B. Lukács
  15. 1 2 3 4 Türklerin ve Moğolların Eski Dini / Jean-Paul Roux (s. 268) ISBN 975-8240-70-6
  16. Türklerde Maddi Kültürün Oluşumu / Emel ESİN. (s.252–253)
  17. 1 2 3 4 5 Altay Türklerinde Ölüm / Jean-Paul Roux (s.219)
  18. Altay Türklerinde Ölüm / Jean-Paul Roux (s.288)
  19. Viyana Üniversitesi'nin Einführung in die Ethnologie Zentralasiens Arxivləşdirilib 2006-09-09 at the Wayback Machine (Orta Asyanın Etnolojisi) adlı makalesinde Religion der frühen Türken und Mongolen (Eski Türklerin ve Moğolların Dini) adlı bölüm, S.110 (Almanca) [2]
  20. "Arxivlənmiş surət". 2017-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]