Karaqin rayonu (rus. Карагинский район) — Rusiya Federasiyası, Kamçatka diyarı tərkibindəki inzibati ərazi vahidi. Rayon Koryak dairəsi daxilində yerləşir. İnzibati mərkəzi Ossora qəsəbəsidir.
Karaqin rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
59°14′49″ şm. e. 163°03′45″ ş. u. |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1 aprel 1926 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Karaqin inzibati rayonu, Kamçatka yarımadasının şimal hissəsində yerləşir. Şimal-qərbdən Oxot dənizinin suları ilə, şərqdə Berinq dənizi ilə yuyulur. Üç ərazi zonasından ibarətdir: şimal, cənub və Karaqinski adası. Rayonun sahəsi 40,6 min km² -dir.
Ərazinin böyük hissəsi Sredinnı silsiləsinin şimal hissəsini tutur. Şimal-qərbdə Parapol vadisi, şimal-şərqdə Koryak dağının ətəkləri geniş ərazini əhatə edir. Sahil xətti rəngarəngdir. Parapol vadisinin ovalıqları bir çox yerlərdə bataqlıqdır.
İqlim şəraiti ağır və rəngarəngdir. Qış oktyabr ayında başlayır və aprelin sonunda (orta hesabla 200 gün) bitir. Ən soyuq ayın (fevralın) orta temperaturu −14 ° C, bəzi günlərdə −36 ° S-ə qədər enir. Qar örtüyü martın ortalarında ən yüksək hündürlüyə çatır (130 sm). Küləyin orta sürəti 4,2 m/s-dir. Yağıntının miqdarı ayda 530 mm-dir. Bahar qısa sürür. Gündəlik orta yemperatur may ayının ortalarında 0 ° C-dən yüksək olmağa başlayır. Bu dövrdə şərqdən və qərbdən əsən küləklər havaya soyuqluq gətirir. Temperaturur artması yavaşlayır.
Xüsusilə sahil bölgələrində yay sərin olur. Ən isti ayda (iyul) orta aylıq temperatur + 12 ° C-dir. Yağıntının miqdarı ayda 730 mm-dir. Fasiləsiz yağış yağır.
Mərkəzi Karaqa kəndi olan Karaqin rayonu 1 aprel 1926-cı ildə təşkil olundu. Onun tərkibində hazır ki, Karaqinin bütün ərazisi (Uka Kənd Sovetinin ərazisindən başqa) və Olutorski rayonunun ərazisi daxil idi. 10 dekabr 1930-cu ildə Koryak Milli Dairəsi təşkil olunduqdan sonra Olyutorski Karaqin rayonundan ayrılaraq müstəqil bir rayona çevrildi. 1933-cü ildə Uka Kənd Sovetliyi Karaqin rayonuna birləşdirildi.
1 aprel 1942-ci ildən Ossora kəndi rayonun inzibati mərkəzi oldu.
1 iyul 2007-ci ilə qədər rayon Kamçatka vilayətinin Koryak muxtar dairəsinin tərkibində idi.
Şimalın yerli xalqları - 36.9 %, o cümlədən:
Rayon ərazisində balıqçılıq və maralıçılıq inkişaf etmişdir. Təsərrüfatların heç biri məhsul yetişdirməklə məşğul deyil. Rayon subsidiya hesabına fəaliyyət göstərir.
Təbii qaz və neft, qonur kömür, qızıl, kükürd, platin və nikel-mis filizlərinin ehtiyatları vardır.