Kardinal tetra

Paracheirodon axelrodi (lat. Paracheirodon axelrodi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü.

Kardinal tetra
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Yarımdəstə:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Kardinal tetra
Beynəlxalq elmi adı

Qırmızı neon və ya kardinal tetra ( lat.Paracheirodon axelrodi ) — xarasinkimilər fəsiləsinin tropik şirin suda yaşayan şüalı balıq növüdür. Ən məşhur və gözəl akvarium balıqlarından biridir.

Adını amerikalı ixtioloq Herbert R. Axelrodun şərəfinə almışdır.

Dişilər erkəklərə nisbətən daha iri olub uzunluğu 5 sm-ə, erkəklərin uzunluğu isə 2,5-3,0 sm-ə qədərdir. Belləri zeytuni-bej rəngdədir. Gözlərindən yağ üzgəcinə qədər neon kimi parıldayan parlaq mavi zolaq var, bu zolağın altında isə enli qırmızı zolaq yerləşir. Qarınları ağımtıldır. Dişilər erkəklərdən daha dolğundur və anal üzgəclərinin kənarı daha qabarıqdır.

Erkək və dişilər arasında fərqlər

Cənubi Amerikanın OrinokoRio Neqro çaylarının hövzələrində yayılmışdır. Su bitkiləri ilə örtülmüş, durğun, dayaz, + 23 ... + 27 ° C, pH 4.0-6.0 və sərtliyi 5-12 ° dH olan sularda yaşayır. Pelagik, miqrasiya etməyən, sürü halında yaşayan balıq növüdür.

Kiçik qurdlar və xərçəngkimilərlə qidalanır.

Akvariumda saxlanması

[redaktə | mənbəni redaktə et]

Qırmızı neon ən sakit və sülhsevər balıqlardan biridir. Bu balıqları minimum 6-8 balıqlıq sürü şəklində saxlamaq lazımdır ki, başqa balıqların arasında itməsinlər və akvariumda daha gözəl görsənsinlər. Qohum növlərdən olan və ya oxşar xarakterə malik balıqlarla yaxşı yola gedirlər. Akvariumun orta laylarında üzməyi sevirlər. Tünd rəngli qruntu olan akvariumda 8-10 qırmızı neon çox effektiv görünür. Qırmızı neonları saxlamaq üçün elə də böyük akvarium lazım deyil, 50 litirlik akvarium kifayət edər. Lakin akvariumda çoxlu bitki və qaranlıq sahələr olmalıdır, çünki qırmızı neonlar gizlənməyi sevirlər. Optimal temperatur 23-25 C° olmalıdır. Ayda iki dəfə suyun ¼ hissəsini dəyişdirmək lazımdır. Çox da tələbkar balıqlar deyillər. Hər növ yemlə yemləmək olar. Lakin qırmızı neonlara yem alarkən balıqların ağız ölçüsünü nəzərə almaq lazımdır.

  • Cheirodon axelrodi
  • Hyphessobrycon cardinalis