Karhenc

Karhenc.

Karhenc (ing. Carhenge) – ABŞ-nin Yüksək düzənliklər regionunda, Nebraska ştatının Allayans şəhərinin yaxınlığında yerləşən və Stounhencin təqlidi olan abidə. Orijinal Stounhencdən fərqli olaraq Karhenc ağır, böyük daşlardan deyil, boz spreylə rənglənmiş köhnə ABŞ avtomobillərindən tikilmişdir.[1] Abidə Cim Reynders tərəfindən 1987-ci ilin iyulundakı gündönümü üçün tikilmişdir. 2006-cı ildə əraziyə xidmət verən turist mərkəzi açılmışdır.

Karhencin yaxınlığındakı başqa bir sənət əsəri.

Karhenc diametri 29 metr olan dairədə düzülmüş 39 avtomobildən ibarətdir. Bəziləri 1,5 metr dərinliyindəki çuxurlara basdırılmışdır. Abidənin tağlarını hazırlamaq üçün bəzi avtomobillər bir-birinə qaynaq edilmişdir. Topuq daşı 1962-ci ilin Cadillac-ıdır.[2] Karhencdə üç maşın basdırılmışdır və onların yanında bunlar yazılıb: "Burada xarici maşınların üç sümüyü vardır. Detroyt yatdığı müddətcə onlar bizə xidmət etmişdilər. İndi isə Detroyt oyaqdır və Amerika böyükdür!".[3]

Karhenc Stounhencin e.ə. 2500-2000-ci illərdəki orijinal strukturunun deyil, hazırkı strukturunun təqlididir.

Stounhenc təqlidindən əlavə Karhenc ərazisində müxtəlif rəngli spreylərlə boyanmış başqa əsərlər də vardır.

Maşın İncəsənət Qoruğunda The Four Seasons.

Karhenc 1987-ci ildə Cim Reynders tərəfindən tikilmişdir. O, Karhenci atasına həsr etmişdir. O, İngiltərədə yaşayarkən Stounhenci tədqiq etmiş, bu isə ona strukturun formasını, proporsiyalarını və ölçülərini oxşatmağa kömək etmişdir. Karhenc ərazisinə sonradan başqa avtomobil heykəlləri də əlavə edilmişdir. Hazırda ərazi Maşın İncəsənət Qoruğu kimi də tanınır.[2]

Reynders Karhencin dostlarına 10 ar ərazi bağışlamışdır. 2011-ci ildə Karhencin dostları ərazini 300.000 ABŞ dolları məbləğində satışa çıxarmışdır.[4] 2013-cü ildə Karhencin dostları ərazini Allayans vətəndaşlarına bağışlamışdır.[5]

Karhenc filmlərdə, musiqilərdə, televiziya verilişlərində və reklamlarda peyda olmuşdur.[6] 2005-ci ildə abidə haqqında "Karhenc: Dahilik yoxsa tullantı?" adlı sənədli film çəkilmişdir. 2007-ci ildə isə "Ölmədən öncə ABŞ və Kanadada görməli 1000 yer" adlı kitabda adı göstərilmişdir.

21 avqust 2017-ci ildəki günəş tutulması Karhencdə də müşahidə olunmuşdur. Nebraska qubernatoru Piter Riketts və 4000 nəfər günəş tutulmasını buradan müşahidə etmişdirlər. Reynders qeyd etmişdir ki, Karhenci yaradarkən 30 il sonra baş tutacaq günəş tutulmasından xəbəri yox idi.[7][8][9]

Karhencin görünüşü.
  1. "Archaeoastronomy at Stonehenge". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  2. 1 2 "Carhenge history". January 25, 2009 tarixində orijinalından arxivləşdirilib.
  3. "America Unhenged". 2004-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  4. "Carhenge For Sale". Reuters. October 31, 2011. September 24, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 6, 2018.
  5. "History". Carhenge of Alliance, Nebraska. 2009-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2018.
  6. For example: Film - Omaha, The Movie Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine (1995); Popular music - Steely Dan (album cover, Remastered, The Best of Steely Dan, 1993); P.O.D. (music video, "Youth of the Nation", 2002); Television - Biker Build-Off; Where in the World Is Carmen Sandiego? (episode: "The Great Train Slobbery"); Commercials - Nissan Pathfinder (2006), Nebraska Cornhuskers football (2007).
  7. "As Eclipse Madness Sweeps U.S., A Stonehenge Made Of Cars Prepares", Morning Edition, NPR, August 10, 2017, March 18, 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 7 fevral 2018
  8. Hendee, David. "Gasps, cheers and tears as eclipse wows viewers at Carhenge". Arxivləşdirilib 2020-08-02 at the Wayback Machine Omaha World-Herald. Arxivləşdirilib 2022-02-17 at the Wayback Machine August 22, 2017. Retrieved November 6, 2017.
  9. Pluhacek, Zach. "Carhenge creator watches once-in-lifetime event near one-of-a-kind creation". Arxivləşdirilib 2020-07-30 at the Wayback Machine Lincoln Journal Star August 21, 2017. Retrieved November 6, 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]