Kariyes

Kariesdişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir.

Karies
Karieslə zədələnmiş diş
Karieslə zədələnmiş diş
XBT-10 K02.
XBT-10-KM K02, K02.6, K02.9
XBT-9 521.0
XBT-9-KM 521.0[1][2], 521.07[1][2], 521.00[1][2], 521.06[2]
DiseasesDB 29357
MedlinePlus 001055
MeSH D003731
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaranma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Ən çox yayılmış səbəblər isə aşağıdakılardır:

  • ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi;
  • ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi;
  • dişin sümük toxumasının möhkəmliyinin azalması.

Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir.

Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə, ağız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər.

Emal və dentinin möhkəmliyi irsi faktorlardan asılıdır. Bundan başqa, dişlərin möhkəmliyi uşağın ilk dövrülərdən etibarən qəbul etdiyi qidaların keyfiyyətindən, az və ya çox xəstələnməsindən də asılıdır. İnsanda kəskin və xroniki xəstəliklərin olması, bədəndə baş verən hormonal dəyişikliklər, müxtəlif qan xəstəlikləri az bir zaman ərzində 10-dan artıq dişdə kariesin əmələ gəlməsinə səbəb ola bilər. Eyni zamanda çoxsaylı dişlərdə kariesin inkişaf etməsi bədəndə kalsium mübadiləsinin pozulmasını göstərir və mütləq olaraq həkim-pediatrın məsləhətini vacib edir.

Kariyesin profilaktikası

[redaktə | mənbəni redaktə et]

Çoxsayli mikrob toplumlarının əmələ gəlməsi üçün orta hesabla 12 saat tələb olunur. Məhz buna görə də dişləri gündə iki dəfə təmizləmək məsləhət görülür. Bu mikroblar xüsusilə gecə vaxtları daha aktiv olurlar. Buna görə də valideynlər öz uşaqlarına dişlərini düzgün şəkildə təmizləməyi öyrətməlidirlər. Bu, kariyesin profilaktikası üçün ən yaxşı vasitədir.

Kariesin profilaktikası üçün aşağıdakı qaydalara əməl etmək lazımdır: 1. Ağız boşluğunun gigiyenasına əməl edin: dişləri gündə iki dəfə (səhər və axşam yeməklərindən sonra) olmaqla ftortərkibli diş pastası ilə təmizləyin. 2. Həkim məsləhətinə uyğun olaraq tərkibinə ftor və kalsium elementləri olan müvafiq həbləri qəbul etmək. Kalsium preparatlarını, bir qayda olaraq, ildə iki kurs olmaqla yazda və payızda qəbul etmək olar (pediatrla məsləhətləşin!). 3. İldə 2 dəfədən az olmayaraq (yazda və payızda) uşağın yaşına və həkim məsləhətinə uyğun olaraq tərkibində polivitamin-polimineral kompleksi olan həblər qəbul edilməsi. 4. Konfet, mürəbbə, müxtəlif şirniyyatlar, makaron, peçenye və bu kimi məhsulların qəbulunu azaltmaq. 5. Vaxtaşırı stomatoloqun müayinəsindən keçməli. 6. Tərkibində ftor elementi olan xüsusi vasitələrlə ağız boşluğunu qarqara etmək.

Karies çox təhlükəli bir xəstəlikdir. O yalnız dişin dağılmasına və sonda itirilməsinə səbəb olmur. Kariesli diş daim infeksiya mənbəyi olub son nəticədə ağız-udlağın, həmçinin daxili orqanların da iltihab xəstəliklərinə səbəb ola bilər. Bundan başqa, karies özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki iltihab prosesi diş köküətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə səbəb ola bilər. Buna görə də kariesli dişləri (müvəqqəti və ya daimi olmasından asılı olmayaraq) mütləq müalicə etmək lazımdır.[3]

B.e.-dan qabaq I əsrdən eramızın VII əsrinə qədər olan dövrdə qədim insanlarda kariyes çox az olub. Çünki qədim insanlar indiki qidalarla deyil, daha sərt qidalarla qidalanırdılar və onların diş-çənə sistemində güclü çeynəmə prosesi gedirdi. Ancaq VII əsrdən başlayaraq insanlar buğda, arpa ilə qidalanmağa başlayıblar, un məmulatı ilə qidalanma artdıqca kariyesin faiz göstəricisi yüksəlib.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, Yer üzündə 5 milyarda yaxın insan kariyesdən əziyyət çəkir. Alimlərin araşdırmalarına görə, dişlərində problem yaranan yaşlıların 84 faizi uşaqlıqda ana südü ilə deyil, süni vasitələrlə qidalananlardır.

Azərbaycanda əhalinin 90-95 faizində kariyes var

[redaktə | mənbəni redaktə et]

Karbohidratın artıq dərəcədə qəbulu dişlərdə kariyes yaradır.İnsan orqanizmində flüor adlı mikro elementin normal miqdarda olmaması diş xəstəlikləri yaradır. Flüor suyun tərkibində olur və diş səthini bərkidir,dişlərin parıltılı görünməsinə kömək edir. Azərbaycanda flüor Abşeronun quyu sularında çoxdur. Normaya görə, bir litr suda bir milliqram flüor olmalıdır. Flüor 2 milliqramdan artıq olanda da dişlər üçün yaxşı deyil.Məhz suyun tərkibinin nizamlanmaması Azərbaycanda kariyes probleminin artmasına səbəb olmuşdur. Ona görə də bu gün, demək olar ki, hamının diş və ağız sağlamlığı ilə bağlı problemi var.[4]

  1. 1 2 3 Disease Ontology (ing.). 2016.
  2. 1 2 3 4 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. "Uşaqlarda karies və onun profilaktikası". 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.
  4. "Dişləri necə qorumalı: heyranedici gülüşün sirrləri nələrdir?". 2010-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-07.