Karl Aleksandr adası, həmcimin Karl Aleksandr Torpağı — Frans-İosif Torpağı arxipelaqı Ziçi adaları qrupuna daxil olan ada. Uzunluğu 29 km, maksimal eni 18 km, sahəsi 329 km² təşkil edir. Adanın böyük hissəsi buzla örtülü olur. Ən hündür nöqtəsi 365 metrdir. Ada şərqdən Rayner adası, cənubdan isə Cekson adası ilə ensiz boğazlarla ayrılır. Ada Avstriya-Macarıstan qütb ekspedisiyasını maliyyələşdirən aristokrat Karl Aleksandrın şərəfinə adlandırılmışdır.
Karl Aleksandr adası | |
---|---|
rus. Остров Карла-Александра | |
Ümumi məlumatlar | |
Sahəsi | 329 km² |
Uzunluğu |
|
Eni | 18 km |
Hündür nöqtəsi | 365 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
81°27′44″ şm. e. 57°37′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Şimal-şərqində 4 kiçik ada yerləşir: