Karl Nesselrode

Karl Nesselrode

Nesselrode Karl Vasilyeviç (alm. Karl Robert von Nesselrode‎; 13.12.1780-23.3.1862) – Rusiya imperiyasının xarici işlər naziri, kansleri, qraf.

Karl Nesselrode 1816-1856-cı illərdə Rusiyanın xarici işlər naziri olmuşdu. 1845 –ci ildən kansler idi. 1816-cı ildən İranla münasibətlər onun rəhbərliyi altında həyata keçirilirdi. Türkmənçay müqaviləsini Peterburqa gətirən A.S.Qriboyedov onun qəbulunda olmuşdu.[1]. 1853-1856-cı illərdə Krım müharibəsində Rusiyanın diplomatik cəhətdən təcrid edilməsində mühüm rol oynamış, 40 ildən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

  1. Тынянов Ю. Смерть Вазир-Мухтара. М., 1988

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]