Karles Vesley Mumbere

Karles Vesley Mumbere – Rvenzururu Krallığının növbəti kralı.

Karles Vesley Mumbere
Doğum tarixi 1952[1]
Fəaliyyəti siyasətçi

25 il ərzində ABŞ-də bir həkimin yanında köməkçi kimi çalışaraq, yaşlılara və xəstələrə baxan 50 yaşlı Karles Vesley Mumbere 19 oktyabrda kral olacaq.

Karles Vesley Mumbere həmin gün başına tac qoyacaq və Uqandanın Kasese bölgəsində mərkəzi hökumət tərəfindən də tanınan Rvenzururu Krallığının kralı olacaq.

Onun atası 1960-cı ildə Uqandadakı 300 min nəfərlik bir etnik qrup tərəfindən kral elan edilib. Ancaq o zaman Uqanda mərkəzi hakimiyyəti buna qarşı çıxıb. Razılığa gələ bilməyən tərəflər illərlə silahlı və siyasi müstəvidə mübarizə aparıblar.

30 yaşında Mumbere təhsil almaq üçün ABŞ-yə gəlib. Ölkəsindəki siyasi qarışıqlıq səbəbindən bir müddət sonra ona vəsait göndərilməyib. O da təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb və bir həkim köməkçisi kimi işləməyə başlayıb.

  1. https://en.wikipedia.org/wiki/Charles_Mumbere.