Karolina göyrüşü (lat. Fraxinus caroliniana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.
Karolina göyrüşü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Cins: Növ: Karolina göyrüşü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni - Kubadır, Amerika Birləşmiş Ştatlarının subtropik, cənub-şərqindən, cənubi Virciniyadan Texasa qədər yayılmışdır. Bitki ilk dəfə botanik Filip Miller tərəfindən təsvir edilmişdir. Bu bitki Florida gülü, bataqlıq gülü, Karolina gülü və ya su gülü kimi məşhurdur.
Hündürlüyü təxminən 4,0 m olan kiçik ağacdır. Yarpaqları mürəkkəb, üzbəüz, uzun, 7-12 ədəd, yumurtavari-uzunsov, iri, kənarları dişli və ya bütöv, uzunluğu 3-6 sm, eni 2-3 sm-dir. Yarpaqları tünd yaşıl, alt tərəfi bir az tükcüklüdür. Meyvələri çox vaxt 3 qanadlı, toxumları hamar, hissəli, bəzən parlaq, bənövşəyi rənglidir. Qabığı açıq boz, nazik, pulcuqludur. Sarı (erkək) və yaşıl (dişi) çiçəkləri olur. Çox miqdarda tozcuq əmələ gətirir. Erkən yazda çiçəkləyir. Meyvələrin uzunluğu 5 sm-ə qədər olur, ellipsvari, toxumları 1 qanadlıdır (bəzən 3). Toxumu sarı, meyvələri yay-payız arası olan dövrdə yetişir.
Bataqlıqların ətrafında, subtropik düzənliklərdə, nəmişli torpaqlarda, çayların sahillərində, yarımkölgəli ərazilərdə yaxşı bitir. Oduncağın külü güclü allergendir.
Gəncə və Qəbələdə mədəni şəraitdə becərilir.
Oduncağı yumşaqdır, gövdəsindən müxtəlif alətlər, ox və yaylar hazırlayırlar. Ağacın kiçik və orta ölçüləri, enli çətiri, parlaq və mürəkkəb yarpaqları bitkiyə dekorativ görünüş verir. Qabığı təbabətdə istifadə edilir.