Kartlis Deda

Kartlis Deda (gürcücə: ქართლის დედა; "Gürcüstanın Anası") — Gürcüstan paytaxtı Tiflis şəhərinin simvolu hesab edilən heykəl.

Kartlis Deda
ქართვლის დედა
Xəritə
Ölkə
Tikilib 1958
Hündürlüyü 20 m
Material alüminium
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tiflisin yaradılmasının 1500 illiyi münasibətilə, 1958-ci ildə Sololaki təpəsində ucaldılıb. Gürcü heykəltaraş Elquca Amaşukelinin yaratdığı bu alüminium heykəlin hündürlüyü 20 metrdir. Heykəl əynində gürcü milli geyimi olan qadın fiqurudur. Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc vardır.